77
"Fyuzat" adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor...
"Fyuzat"
ləfzon
"feyz"in cəmil-cəmi
olub rifah və bərəkətə, bolluğa, maddi və
mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət
edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi
zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə
daimi
bir meyli-səadət, bir meyli-fyuzatdır".
"İcmal" məqaləsində Əli bəy Hüseynzadə öz ömrünü başa vurub yerini
"Fyuzat"a vermiş "Həyat" qəzetini xatırlayır və "Həyat"ın "yoxluğundan keçən" iki
aya qədər bir vaxtda baş verən ictimai-siyasi hadisələri diqqətə gətirirdi. Avropada,
İranda, Osmanlı dövlətində və Qafqazdakı siyasi vəziyyətə toxunan müəllif
yazırdı: "İnqilabçılar qüvvətlərini, hökumət isə niyyətlərini gizlətməyə qeyrət
ediyorlar... Gizli, fəqət şiddətli bir mübarizənin əlami meydanıdır". İlk sayından
etibarən dərc etdirdiyi məqalələrdən göründüyü kimi "Fyuzat" yalnız
ədəbi orqan
kimi nəşr olunmamış, dünyada baş verən proseslərə siyasi münasibət bildirmişdi.
Dərginin ətrafında dövrün görkəmli ədəbiyyat xadimləri, publisistlər
toplaşmışdı. Məmməd Hadi, Hüseyn Cavid, Axund Yusif Ziya Talıbzadə, Abdulla
Şaiq, M.Ə.Rəsulzadə, Abdulla Sur, Əhməd Kamal,
Əhməd Raiq, Abbas Səhhət,
Tofiq Fikrət kimi qələm sahibləri nəşrin əhəmiyyətini artırır, ədəbiyyata həvəs
yaradırdı. Bəzi tədqiqatçılar, ədəbiyyatşünaslar 1905-1910-cu illər arasında
Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü "Əli bəy və
"Fyuzat" dövrü adlandırırlar.
Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq "Fyuzat"ı "islam
aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı" kimi dəyərləndirirdi.
İlk dəfə Qafqazda yaşayan türklərin istiqlal bəyannaməsi məcmuənin 7-ci
sayında elan olunmuşdur: "Biz qafqazlıyız - Qafqaz əhlinin öz ümumi idarəsinə
özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb edirik". Əlbət ki, bu,
Azərbaycanın istiqlalına gedən yolun başlanğıcını müəyyənləşdirən tezis idi. Ədəbi
məcmuə olmaqdan daha çox "Fyuzat" türk xalqlarının həmrəyliyini,
milli
ideologiya ətrafında birliyini, siyasi hüquqlarını müdafiə edən mətbu orqan idi.
Ona görə də ilk sayını müxtəlif coğrafiyada yaşayan türklər sevinclə qarşılayır,
arzu və istəklərini redaksiyaya göndərirdilər. Məsələn, Tatarıstandan Həsən Səbri
Ayvazov yazırdı: "Qafqas qitəyi-mübarəkəsi heç mücahidsiz qalırmı? Cahanın on
qaranlıq, aləmi-bəşəriyyətin ən vəhşi zamanlarında belə Qafqas əqtari-ərzə nur
saçıyordu. Millətimin bugünkü gündə bəlkə yüz dərəcədə cahil bulunan bir
zamanında Rusiya müsəlmanları arasında mətbəəyi-islamiyyə
ilk Qafqasda
açılmışdı. "Əkinçi"lər, “Kəşkül”çülər Qafqas övladları, Qafqas qəhrəmanlarıdır".
"Fyuzat"ın 7-ci sayında dərc olunan başqa bir məqalədə isə Türkiyədən
yazırdılar: "Fyuzat" meydani-intişara qopuldu. Bizə bu lazım idi. "Fyuzat"
78
mənbəyi-feyz və kəmalatdır. “Fyuzat”ın yolu ilə Asiya qövmünün və Rusiya
müsəlmanlarının məsud və bəxtiyar olmalarını təfaül edəriz".
Dövrün ədəbi, siyasi qüvvələri məhz bu dərginin ətrafında toplanaraq XX
əsrin ilk onilliyində milli şüurun, milli özünüdərk prosesinin aparıcılarına
çevrildilər və fyuzatçılıq adlı siyasi, ədəbi cərəyanın intişarına xidmət etdilər.
Fyuzatçılıq ilk növbədə çarizmə, əsarətə, istibdada qarşı
çevrilmiş və türk
xalqlarının mənəvi birliyinin təcəssümü olan turançılıq ideologiyasının
daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmırdı,
tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurdu. Bu ideologiyanın
məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu
Dostları ilə paylaş: