Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə32/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   28   29   30   31   32   33   34   35   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Fyuzat" jurnalı 
"Həyat" qəzetinin 1906-cı il sentyabr ayının 3-də çıxan sonuncu sayında 
belə bir elan vardı: "Həyat" qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə 
"Fyuzat" namı ilə ədəbi, fənni, ictimai, siyasi bir həftəlik məcmuə intişara 
başlayacaqdır:" "Fyuzat" Əli bəy Hüseynzadənin baş redaktorluğu, Hacı 
Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabr ayının 1-dən 
Bakıda nəşr olunmağa başladı. "Ədəbi, fənni, siyasi, ictimai, müsəvvər həftəlik 
türkcə məcmuəyi-islamiyyə" olan "Fyuzat" redaksiyası Nikolayevski küçəsində 
Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşirdi. İllik abunə haqqı 6 manat, 6 
aylıq isə 3 manat 50 qəpik idi. Mətbuat və ictimai-siyasi, bədii fikir tariximizə 
ədəbi məcmuə kimi daxil olan "Fyuzat" Ə.Hüseynzadənin "Həyat" qəzetinin 
sonuncu sayında "Vidanamə" başlıqlı məqaləsində göstərdiyi kimi "qüdrətli, ədəbi 
qələm sahiblərinin cəm" olduğu nəşr kimi diqqəti çəkdi. Jurnalın ilk sayında 
məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə "Həyat və meyli-fyuzat" 
məqaləsində fyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı: "Məcmuəmizə 


77 
"Fyuzat" adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor... 
"Fyuzat" 
ləfzon
"feyz"in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və 
mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət 
edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi 
zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə 
daimi bir meyli-səadət, bir meyli-fyuzatdır". 
"İcmal" məqaləsində Əli bəy Hüseynzadə öz ömrünü başa vurub yerini 
"Fyuzat"a vermiş "Həyat" qəzetini xatırlayır və "Həyat"ın "yoxluğundan keçən" iki 
aya qədər bir vaxtda baş verən ictimai-siyasi hadisələri diqqətə gətirirdi. Avropada, 
İranda, Osmanlı dövlətində və Qafqazdakı siyasi vəziyyətə toxunan müəllif 
yazırdı: "İnqilabçılar qüvvətlərini, hökumət isə niyyətlərini gizlətməyə qeyrət 
ediyorlar... Gizli, fəqət şiddətli bir mübarizənin əlami meydanıdır". İlk sayından 
etibarən dərc etdirdiyi məqalələrdən göründüyü kimi "Fyuzat" yalnız ədəbi orqan 
kimi nəşr olunmamış, dünyada baş verən proseslərə siyasi münasibət bildirmişdi. 
Dərginin ətrafında dövrün görkəmli ədəbiyyat xadimləri, publisistlər 
toplaşmışdı. Məmməd Hadi, Hüseyn Cavid, Axund Yusif Ziya Talıbzadə, Abdulla 
Şaiq, M.Ə.Rəsulzadə, Abdulla Sur, Əhməd Kamal, Əhməd Raiq, Abbas Səhhət, 
Tofiq Fikrət kimi qələm sahibləri nəşrin əhəmiyyətini artırır, ədəbiyyata həvəs 
yaradırdı. Bəzi tədqiqatçılar, ədəbiyyatşünaslar 1905-1910-cu illər arasında 
Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü "Əli bəy və 
"Fyuzat" dövrü adlandırırlar. 
Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq "Fyuzat"ı "islam 
aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı" kimi dəyərləndirirdi. 
İlk dəfə Qafqazda yaşayan türklərin istiqlal bəyannaməsi məcmuənin 7-ci 
sayında elan olunmuşdur: "Biz qafqazlıyız - Qafqaz əhlinin öz ümumi idarəsinə 
özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb edirik". Əlbət ki, bu, 
Azərbaycanın istiqlalına gedən yolun başlanğıcını müəyyənləşdirən tezis idi. Ədəbi 
məcmuə olmaqdan daha çox "Fyuzat" türk xalqlarının həmrəyliyini, milli 
ideologiya ətrafında birliyini, siyasi hüquqlarını müdafiə edən mətbu orqan idi. 
Ona görə də ilk sayını müxtəlif coğrafiyada yaşayan türklər sevinclə qarşılayır, 
arzu və istəklərini redaksiyaya göndərirdilər. Məsələn, Tatarıstandan Həsən Səbri 
Ayvazov yazırdı: "Qafqas qitəyi-mübarəkəsi heç mücahidsiz qalırmı? Cahanın on 
qaranlıq, aləmi-bəşəriyyətin ən vəhşi zamanlarında belə Qafqas əqtari-ərzə nur 
saçıyordu. Millətimin bugünkü gündə bəlkə yüz dərəcədə cahil bulunan bir 
zamanında Rusiya müsəlmanları arasında mətbəəyi-islamiyyə ilk Qafqasda 
açılmışdı. "Əkinçi"lər, “Kəşkül”çülər Qafqas övladları, Qafqas qəhrəmanlarıdır". 
"Fyuzat"ın 7-ci sayında dərc olunan başqa bir məqalədə isə Türkiyədən 
yazırdılar: "Fyuzat" meydani-intişara qopuldu. Bizə bu lazım idi. "Fyuzat" 


78 
mənbəyi-feyz və kəmalatdır. “Fyuzat”ın yolu ilə Asiya qövmünün və Rusiya 
müsəlmanlarının məsud və bəxtiyar olmalarını təfaül edəriz". 
Dövrün ədəbi, siyasi qüvvələri məhz bu dərginin ətrafında toplanaraq XX 
əsrin ilk onilliyində milli şüurun, milli özünüdərk prosesinin aparıcılarına 
çevrildilər və fyuzatçılıq adlı siyasi, ədəbi cərəyanın intişarına xidmət etdilər. 
Fyuzatçılıq ilk növbədə çarizmə, əsarətə, istibdada qarşı çevrilmiş və türk 
xalqlarının mənəvi birliyinin təcəssümü olan turançılıq ideologiyasının 
daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmırdı, 
tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurdu. Bu ideologiyanın 
məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə