Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə35/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   31   32   33   34   35   36   37   38   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

* * * 
 
Mətbuat və ədəbiyyat tariximizin araşdırıcısı, MEA-nın müxbir üzvü
professor Əziz Mirəhmədov XX əsrin əvvəllərində yaranan ictimai, siyasi və 
mədəni hərəkatı öyrənmək zərurətini lakonik şəkildə belə ifadə edir: "XX əsr 
ədəbiyyatını nəinki "Molla Nəsrəddin"siz, habelə “Fyuzat”sız təsəvvür etmək 
çətindir". Tariximizin sovet dönəmində "Həyat", "İrşad" kimi mətbu orqanları 
"Mürtəce burjua qəzetləri" kimi ətraflı araşdırmalardan, tədqiqatlardan kənarda 
saxlamaqla yanaşı, Azərbaycan milli jurnalistikasına yeni ənənələr gətirmiş "Molla 
Nəsrəddin" jurnalı ilə müqayisə etmişlər. Əslində “Fyuzat”çılarla "Molla 
Nəsrəddin"çilər arasında ideya baxımından fərqliliklər olsa da, oxşarlıqlar da yox 
deyildi. Azərbaycan xalqının maarifə, tərəqqi yoluna və çar rejiminin iztirablarına 
qarşı mübarizəyə çağırışında fərqliliklər yoxdur. Sadəcə, Cəlil Məmmədquluzadə 
inqilabçı-demokratizmin, Ə.Hüseynzadə isə təkamül yolu ilə inkişafın, 
dəyişikliklərin tərəfdarı idi. "Molla Nəsrəddin" realistlərin məfkurə, sənət 
dünyasının təşəkkülündə hansı işləri görmüşsə də, "Fyuzat" Azərbaycan 
ədəbiyyatında, bədii-estetik fikrində romantizmin əsasını qoymuş, M.Hadi, 
H.Cavid, A.Şaiq, A.Səhhət kimi qüdrətli ədiblərin yetişməsində əvəzsiz xidmət 
etmişdir. 
"Fyuzat" məcmuəsi XX əsrin 30-cu illərinədək Cəlil Məmmədquluzadə, 
M.Hadi, A.Şaiq, M.S.Ordubadi kimi böyük ədiblər tərəfindən yüksək 
qiymətləndirilmişdi. Lakin 1930-cu illərdən 1990-cı illərədək mətbuat və ədəbiyyat 
tariximizə həsr olunan elmi tədqiqatlarda, publisistik yazılarda "mürtəce mətbu 
orqan" kimi təqdim olunmuşdur. 1990-cı illərdən sonra professor Şamil Vəliyev, 
filologiya elmləri namizədi Ofelya Bayramlı, Rasim Kazımoğlu və başqaları 
"Fyuzat" irsinə baş vurmuş, elmi monoqrafiyalar, tədqiqat əsərləri çap etmişlər. 
O.Bayramlı tərəfindən “Fyuzat”ın çap olunduğu 32 sayı ərəb qrafikasından 
transleterasiya edilib 492 səhifə həcmində nəşr olunmuşdur. 


82 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə