Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə43/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   39   40   41   42   43   44   45   46   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Oskar Ġvanoviç ġmerlinq 
böyük 
xidmət göstərdi. Mənşəcə alman olan Şmerlinq 1863-cü il iyulun 17-də Tiflisdə 
anadan olub. 1889-cu il Peterburqda, 1893-cü ildə isə Münhendə rəssamlıq 
akademiyalarını bitirərək Tiflisə dönmüşdü. 1902-ci ildə Tiflis Rəssamlıq 
məktəbinin direktoru olmuş, burada nəşr olunan bir sıra qəzet və jurnallarda 
karikatura, illüstrasiyalar çəkmişdir. 
Şmerlinqin yaradıcılıq fəaliyyəti Azərbaycanla sıx bağlıdır. O, 1888-90-cı 
illərdə Qarabağda, Xankəndində çalışıb, Şuşada təşkil olunan teatr tamaşalarına 
dekorasiyalar verib. 
Mirzə Cəlil "Molla Nəsrəddin"i nəşr etməyə başlayanda Tiflisdə yaşayan 
Şmerlinqi işə dəvət edir. Bu barədə Mirzə Cəlil yazır: "Bizim birinci işimiz, birinci 
vəzifəmiz gözümün qabağında dərin yuxuda olan islam milləti idi. Və birinci 
növbədə əziz nadirül vücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim 
bəxti qara Şərqin yatmış millətlərinin qəflət yuxusunu öz ustanə fırçası ilə təsvir 
etsin. Və istəyi tarixini 1906-cı ilində, aprel ayının 7-də səhnəyə intişara qoyulan 
birinci "Molla Nəsrəddin"in baş səhifəsində, şirin yuxuda yatan millətlərin təsviri 
haman təsvirdir ki, vücudu bizim üçün çox qiymətli olan Şmerlinq nəqqaşımız öz 
məharətli qələmi ilə onu haman tarixdə yaratdı". 
Şmerlinqə şəkillərin mövzusunu, ideya istiqamətini, hətta süjetini Mirzə 
Cəlil və Ömər Faiq verir, tiplərin xarakterini, məkan və zamanı,
 
onların 
mimikasını, cizgilərini rəssama başa salırdılar. Jurnalın ilk sayında Mirzə Cəlilin 
düşündüyü, təsvir etdiyi Molla Nəsrəddinin surətini də Şmerlinq çəkmişdir. 
Məcmuənin 
populyarlıq 
qazanmasında, 
oxucu 
auditoriyasının 
genişlənməsində Şmerlinqin müstəsna xidmətləri var. Rəssamın yaradıcılığını 
yüksək qiymətləndirən Mirzə Cəlil yazır "Keçən günləri yadıma salıb məcmuənin 
yolunda mərhəmət göstərənləri bir daha yada saldıqda onların içində ən dəyərli 
köməkçimiz Oskar İvanoviç Şmerlinqə qəlbimin incə bir guşəsindən intəhasız 
salamlar göndərirəm". Şmerlinq də "Molla Nəsrəddin"də fəaliyyət göstərdiyi 
dönəmi iftixar hissi ilə xatırlayırdı: "Əzizim Mirzə Cəlil” Bu gün bizim "Yeni 
fikir" qəzetinin müdiri sizin salamınızı mənə yetirdi... Keçmiş günlərin xoş 
xatirələri, xüsusilə "Molla Nəsrəddin"də birgə işimizlə olaqədar xatirələr məni 
fərəhləndirir. O vaxtlardan çox keçmişdir, ətrafımızda çox şey dəyişmişdir, amma 
bizim satira və yumora olan həvəsimiz əvvəlki kimi güclü qalmışdır. Siz Bakıda 
mənim üçün əziz olan "Molla Nəsrəddin"in nəşrini davam etdirirsiniz, mən də 
Tiflisdə həmin sahədə işləyirəm". 
Sovet Azərbaycanının ilk illərində Şmerlinq bir müddət Gəncədə, 20-ci 
illərin ortalarında isə Tiflisdə Azərbaycan dilində çıxan "Yeni fikir" qəzetində 
çalışmışdır. 


94 
Məşhur karikatura və illüstrasiya ustası kimi tanınan 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə