Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə40/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   36   37   38   39   40   41   42   43   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Əli Nəzmi (1878-1946) 
ömrünün 50 ilini bədii yaradıcılıqla məşğul 
olmuş, Mirzə Cəlil, Sabir kimi ömrünü vətənin tərəqqisinə, mədəniyyət və maarifin 
çiçəklənməsinə həsr etmişdi. Müəllimi və ideya dostu Mirzə Cəlil şairin 
"Sijimqulunamə" kitabına yazdığı ön sözdə deyirdi: "Biz bunu qəti deyə bilərik ki, 
"Molla Nəsrəddin"ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və 
lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan birinci Məşədi Sijimqulu Kefsiz 
olubdur. Sabirin vəfatından sonra ikinci Sabirimiz birincisinin yerini boş qoymadı. 
Məşədi Sijimqulu Kefsizin zövq və səfalı, məzə və duzlu şeirinin heç bir vaxt dalı 
kəsilmədi. O özü cismən qocaldısa da, onun kəlamının lətafəti bir zərrə qədər 
əsgilmədi". 
1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"də görkəmli ədiblərdən olan 
Əliqulu Qəmküsar mənzum və mənsur əsərləri ilə çıxışlar etdi. Mədəniyyət və 
ədəbiyyat tariximizdə işıqlı ziyalı kimi tanınan Ə.Qəmküsarı Mirzə Cəlil yüksək 
qiymətləndirir, onun barəsində yazdığı məqalədə məslək dostunu belə 
qiymətləndirirdi: "Məlum ki, Azərbaycanda müqtədir şairlərimiz yox olmayıbdır, 


91 
ancaq şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır, belə ki, şair 
"Molla Nəsrəddin"in 3-cü ilindən, yəni 1908-ci sənədən başlayaraq Qəmküsarın 
mənzum və mənsur əsərlərinə, məqalə və şeirlərinə rast gəlmək olar. Şairimizin 
əvvəl illərdə "Cüvəllağı", "Cüvəllağı bəy", "Xadimi millət", "O taylı", "Sarsaqqulu 
bəy" təxəllüsləri məşhurdur. Belə ki, həmin təxəllüslərlə Qəmküsar yoldaşımız 
məcmuəmizdə iştirak edibdir". Ə.Qəmküsar dövrünün ictimai problemlərini, 
eybəcərliklərini öz əsərlərinin mövzusu və hədəfi seçmişdi. Onun "Molla 
Nəsrəddin"də çap etdirdiyi əsərlərdə cəmiyyətdə kök salan sosial ziddiyyətlər
yoxsulluq, dini fanatizm, qadın azadlığı öz əksini tapırdı. 
Azərbaycanın görkəmli dramaturq və nasiri 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə