Akġf aġirli


Partiyasının orqanı olmasa da, müsavatçılıq ideologiyasını təbliğ edən "İqbal"



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə48/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   44   45   46   47   48   49   50   51   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920


Partiyasının orqanı olmasa da, müsavatçılıq ideologiyasını təbliğ edən "İqbal" 
qəzeti çap edildi. 
1912-ci ildə Sənətulla İbrahimovun redaktorluğu ilə ilk sayı işıq üzü görən 
"İqbal" Orucov qardaşlarının mətbəəsində çap olundu. Geniş fəaliyyət proqramı ilə 
nəşr olunan bu qəzetin auditoriyası böyük idi. M.B.Məhəmmədzadə "Azərbaycan 
türk mətbuatı" kitabında yazır: "... Yeni fikirli qəzetə olması ilə "İqbal" ictimai və 
mədəni hərəkatımızda pək mühüm bir mövqe işğal etmişdir". 
1913-cü ildə Sənətulla İbrahimovun ordu sıralarına yola düşməsindən 
sonra qəzetin redaktorluğunu Hüseyn Sadiq üzərinə götürdü. Azərbaycanın 
istiqlalçılıq məfkurəsinin banilərindən olan M.Ə.Rəsulzadənin 1913-cü ildə 
İstanbuldan Bakıya qayıtmasından sonra ölkədə, məxsusi olaraq mətbuat sahəsində 
canlanma yaranmışdı. 1914-ci ilin oktyabr ayından sonra M.Ə.Rəsulzadə "İqbal" 
qəzetinin baş redaktoru oldu. Bu qəzet fəaliyyətinin son 4-5 ayında Müsavat 
Partiyasının lider və fəalları tərəfindən nəşr olunub, qəzetin əsas ideya-siyasəti 
istiqaməti milli ideologiyanın təbliğinə yönəlsə də, bu mətbu orqan partiyanın 
rəsmi orqanı kimi fəaliyyət göstərmədi. Müsavatçıların bu nəşr ətrafında birləşməsi 
hökumət orqanları tərəfindən narahatlıqla qarşılanmış və bu mətbu orqan 
qapadılmışdı. “İqbal”ın nəşri dayandıqdan sonra Orucov qardaşları mətbəəsində 
“Yeni iqbal”ı çıxarmağa başlamışdılar. 1915-ci ildə “Yeni iqbal”da 
M.Ə.Rəsulzadənin çap olunmuş bir məqaləsi Müsavat liderinin həbsinə səbəb 
olmuşdur. "Yeni iqbal" 1917-ci ilə qədər nəşr olunmuş, sonra isə "Açıq söz" qəzeti 
ilə birləşmişdi. 
"Yeni Fyuzat" Birinci Dünya müharibəsi ərəfəsində nəşr olunan həftəlik 
məcmuələrdən biridir. Hər həftənin şənbə günü nəşr olunan jurnalda mövzulara 
uyğun olan şəkillər də dərc olunurdu. “Yeni Fyuzat”ın ilk sayı 1910-cu ilin 


100 
sonlarında işıq üzü gördü. Jurnalın müdiri və sahibi Əli Paşa (Səbur) Hüseynzadə, 
baş redaktoru Əhməd Kamal idi. Jurnalın əsas şüarı aşağıdakı iki misra ilə bu 
şəkildə oxuculara təqdim olunurdu: 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə