Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə56/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   52   53   54   55   56   57   58   59   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Ġttihad" 
qəzeti müsəlman 
həmrəyliyini önə çəkir, ölkədə baş verən proseslər barəsində yazılar çap edirdi. 
1918-ci il 31 mart soyqırımı zamanı erməni-bolşevik birləşmələri tərəfindən 
redaksiyası dağıdılmış, fəaliyyətinə son qoyulmuşdur. Azərbaycan Xalq 
Cümhuriyyəti dönəmində nəşri bərpa olunmuş, fəaliyyətinin ikinci dönəmi 
"İttihad" firqəsinin sədri Qarabəy Qarabəyov tərəfindən həyata keçirilmişdir. 
Birinci Dünya müharibəsi dönəmində sosialistlərin və eserlərin də mətbu 
orqanları çap edilirdi. "Hümmət" qəzeti 1917-ci il oktyabr inqilabından sonra 
nəşrini davam etdirmişdi, Eserlərin isə "Zəhmət sədası" adlı qəzeti fəaliyyətə 
başlamışdır. 
*** 
 
Birinci Dünya müharibəsi dönəmində Azərbaycan mətbuatı tarixində 
liberal istiqamətli satirik jurnallar da nəşr olunmuşdur. 
"Tuti" 
adlı satirik məcmuə 
1914-cü ilin dekabrında, müharibənin başlandığı bir vaxtda işıq üzü gördü. İlk 
sayında "Tuti" öz məqsəd və məramını açıqlayaraq yazırdı: "Doğru, qərəzsiz və 
açıq türk dilində yazıb cəmaətimizə nəfi və millət nöqteyi-nəzərincə əhəmiyyətli 
maddələrı təlim edən hər növ məqalələrə məcmuəmizdə yer verilir". Özündən 
əvvəlki satirik nəşrləri təkrar etməyəcəyini oxuculara vəd edən "Tuti" yazırdı: 
"Məcmuəmizin başında gedən şəkillərə diqqətlə baxınız, o mənim məsləkimdir. 
Sağda bir çəmənlik, solda da bir xarabazər bağ görünür. O bağda qurumuş bir 
ağacdan ağzı sınmış bir qəfəs asılmışdır. Oradan xilas olub üzüm çəmənliyə tərəf 
durmuşam. Arzum budur ki, sizinlə bahəm inşallah, çəmənliyə yetişib çayın 
kənarında, bülbüllərin cəh-cəhi eşidilən bir məqamda börkümüzü yanımıza 
qovaraq çırt çubuğuna vəd verək". 
Məram və məqsədini açıqlayan jurnalın baş məqaləsindən hiss olunur ki, 
"Tuti"çilər insanların azad yaşayacaq bir dövrdə olmasını arzulayırlar. 
Jurnalın redaktoru Cəfər Bünyadzadə, naşiri Tağı Nağıyev idi. "Tuti"nin 
yaradıcı heyətinə C.Bünyadzadə, M.S.Ordubadi, Seyid Hüseyn, M.Hadi, 
M.Hacınski, S.Mümtaz və başqa yazarlar daxil idi. 


116 
1914-cü ildə Haşım bəy Vəzirov Bakı Şəhər İdarə rəisinə "Məzəli" adlı 
satirik jurnalın nəşrinə icazə üçün ərizə təqdim edir. Həmin ilin oktyabr ayının 29-
da artıq H.Vəzirova naşirlik şəhadətnaməsi verilir. Siyasi və yerli mövzularda 
karikaturaların dərcinə də razılıq alan H.Vəzirov "Məzəli"ni Hacı İbrahim 
Qasımovla birgə çıxarmışdı. İlk sayı 1914-cü ildə işıq üzü görən jurnal "Səda" 
mətbəəsində nəşr olunmuşdur. "Məzəli"nin üst-üstə 42 sayı çap olunmuşdur. 1914-
cü ilin dekabr ayından 1915-ci ilin iyun ayınadək "Məzəli" H.Vəzirovun redaktor-
naşirliyi ilə çıxmış, 1915-ci ilin iyunundan həmin ilin oktyabr ayına, yəni jurnal 
bağlananadək onun redaktoru H.İ.Qasımov olmuşdur. 
Jurnalda C.Cabbarlı, Əzim Əzimzadə, Əliqulu Qəmküsar, Əliabbas 
Müznibi, Əbdülxaliq Yusif kimi publisistlər iştirak etmişlər. 
1915-1916-cı illərdə 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə