Akġf aġirli


mart soyqırımı və milli mətbu orqanların fəaliyyətinin



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə59/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   55   56   57   58   59   60   61   62   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

31 mart soyqırımı və milli mətbu orqanların fəaliyyətinin 
dayandırılması.
Azərbaycam müstəqillik arzusundan və öz tarixi torpaqlarında dövlət 
qurmaq istəyindən daşındırmaq, onun sərvətlərini əldən buraxmamaq məqsədi ilə 
kütləvi qırğın aksiyalarını həyata keçirmək niyyəti ilə hazırlıqlar aparılırdı. 
Azərbaycanın aydınları, ziyalıları, siyasi xadimləri, publisistləri təhlükənin 
yaxınlaşdığını görür, milli mətbuat orqanlarında xəbərdarlıq edirdilər. 1918-ci ilin 
mart ayının əvvəlində vətənin bütövlüyü, müstəqilliyi, xalq hakimiyyəti yaratmaq 
uğrunda çağırışlar müxtəlif partiyaların mətbu orqanlarının əsas mövzularına 
çevrilmişdi. Manşetlərdən, məqalələrin başlıqlarından hər şey aydın görünürdü: 
"Birlik tələb olunur", "Birləşəlim", "İttifaq edəlim", "İttihad gərək". Görkəmli 
Azərbaycan jurnalisti, dramaturqu, Mirzə Bala Məhəmmədzadə "Açıq söz"ün 
1918-ci il mart ayının 15-dəki sayında "Azərbaycan çağırıyor" məqaləsində 
yazırdı: "Ey gənc türklər! Bu gün Kəbeyi-müqəddəsiniz olan vətənimizi azad 
ediniz... Vətənin yolunda can verməyən, milli muxtariyyəti yolunda can verməyən, 
milli muxtariyyəti yolunda varından keçməyən bir millət yaşamaq istəmir 
deməkdir". Məqalənin dərcindən çox keçməmiş, 1918-ci ilin 31 mart tarixində 
bolşeviklərin və Erməni Milli Şurasının hərbi birləşmələri azərbaycanlılara qarşı 
xüsusi amansızlıqla qətliamlar həyata keçirdi. Bakıda, Şamaxıda, Qubada, 
Salyanda, Neftçalada 30 min insanın həyatına son qoyuldu. Qatillər minlərlə 
insanı, abidələri məhv etməklə yanaşı, "Novruz", "Turan", "Açıq söz", "Kaspiy" 
mətbəələrini yandırmış, Orucov qardaşlarının mətbəəsini dağıtmışdı. Bu 
vəhşiliklərdən dünyanın xəbər tutmaması üçün qəzet və jurnalları, dərgiləri, çap 
avadanlıqlarını sıradan çıxarmaq yolu tutanların fəaliyyəti nəticəsində 
"Açıq söz", 
"Bəsirət", "El həyatı", "Ġstiqlal", "Ġttihad" 
qəzetləri fəaliyyətlərini 
dayandırmalı oldu. Bolşevik-erməni ideoloqları gözəl anlayırdılar ki, hər bir xalqın 
azadlığına, müstəqilliyinə gedən yol mətbuatın fəaliyyətindən keçir və bu qəzetləri 
sıradan çıxarmaqla istədiklərinə nail ola bilərlər. Bəzi istisnalarla Azərbaycan 


119 
demokratik mətbuatı 1918-ci ilin martın 31-dən, sentyabr ayının 15-dək özünün 
iflic dövrünü yaşadı. 
Azərbaycan türklərinin qətlə yetirildiyi 31 mart tarixindən sonra tək milli 
yöndə olan mətbu orqanlar bağlanılmadı, o cümlədən bu soyqırım barəsində sırf 
faktoloji yazılar dərc etmiş bir neçə fərqli siyasi yönümlü qəzetlər də qapadıldı. 
Bakı Xalq Komissarları Sovetinin mətbuat bürosunun qərarı ilə "mart hadisələrinə 
düzgün qiymət vermədiyi, açıqdan-açığa qərəzli məqalələr çap etdirdiklərinə və 
vahid sosialist cəbhəsində dayanmadıqlarına görə 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə