Akġf aġirli


"Kaspi", "Baku", "Bakinets"



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə60/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   56   57   58   59   60   61   62   63   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Kaspi", "Baku", "Bakinets", 
"Vesti Baku" və menĢeviklərin "NaĢ qolos" 
qəzetləri bağlanıldı, bəyanatların, 
əhaliyə müraciətlərin çapı qadağan olundu. Ermənilərin törətdikləri qətliamda dinc 
və silahsız əhalinin qurbanları sırasında Azərbaycanın qüdrətli qələm sahibləri 
Məhəmməd Hadi, Abbas Səhhət və Cəfər Bünyadzadənin də adları var. 
"Azərbaycan" qəzetinin 13 noyabr 1918-ci il sayında M.Hadi və A.Səhhətin vəfatı 
ilə bağlı yazıda qeyd edilir ki, A.Səhhət bolşeviklərin Şamaxıya hücumu zamanı 
Gəncəyə getmək istəmiş, onu yolda erməni-bolşevik quldurları qarət etmişlər. Ağır 
sarsıntı keçirən şair Gəncəyə gələn zaman, aldığı xəsarətlərdən dünyasını 
dəyişmişdi. M.Hadinin isə Gəncədə erməni-bolşevik birləşmələrinə qarşı aparılan 
hərbi əməliyyatlar zamanı dünyasını dəyişməsi də tarixi faktlardandır. Mətbuat 
tariximizə bir sıra sol yönümlü qəzetlərin fəal əməkdaşı, həmçinin "Tuti" jurnalının 
redaktoru olmuş Cəfər Bünyadzadə də martın 31-də Bakıda ermənilərin törətdikləri 
vəhşiliyin qurbanı olub. Bu barədə "Füqəra-kasibəsi" qəzetində C.Bünyadzadənin 
qardaşı Dadaş Bünyadzadə ona ünvanlanan baş sağlıqlarına etdiyi minnətdarlıq 
elanında bildirirdi: "Bir il bundan əqdəm "Tuti" məzhəkə jurnalının müdiri, 
bəradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl 
olunduğunu eşidib-bilən yoldaşlarım Həştərxandan qayıdandan sonra təəssüf 
məktubları almaqdayam". 
Xalqımıza qarşı ermənilərin törətdikləri soyqırım cümhuriyyət dövri 
mətbuatında daim diqqətdə olan bir məsələ idi. Ü.Hacıbəyli "Azərbaycan" 
qəzetinin 31 mart 1919-cu il tarixli sayında dərc etdiyi "31 mart" məqaləsində 
deyilir: "Mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işğal edib Azəri 
türklərinin istiqlal yolunda can verib qan tökdüklərini gələcək nəslə 
oxutduracaqdır. Bugünkü vəzifəmiz isə o qara günləri yaddan çıxartmamaq və 
buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr bir də 
təkrar edərsə, müdafiəsinə hazır olalım, bunun üçün həm hökumətimizin, həm də 
millətimizin yaşaması lazımdır". 


120 
* * * 
Qısa zaman kəsiyində Azərbaycan tarixində çox böyük ictimai-siyasi 
hadisələr baş verdi, Bakı Xalq Komissarları Soveti, həmçinin Zaqafqaziya Seymi 
yaradıldı və çox keçmədi ki, beynəlxalq aləmdə baş verən proseslər, Rusiya, 
Almaniya, Türkiyə ilə İngiltərə arasındakı gərgin hərbi-siyasi münasibətlər və bu 
münasibətlərin Zaqafqaziya uğrunda mənfəət savaşlarına təsiri ilə Seym 
parçalandı. Gürcüstanın ardınca öz müstəqilliyini elan edən Azərbaycan Xalq 
Cümhuriyyəti Milli Şurası 1918-ci il may ayının 28-də İstiqlal Bəyannaməsini 
imzaladı. Cümhuriyyətin qarşısında həlli müşkülə çevrliən problemlər vardı ki, 
onlardan ən önəmlisi dövlətin paytaxtı Bakı şəhərinin bolşevik-daşnak hərbi 
birləşmələrinin nəzarətində olması idi. Bir tərəfdən S.Şaumyanın başçılıq etdiyi 
Bakı Xalq Komissarları Sovetinin "Qızıl Qvardiyası" yaranmış şəraitdən istifadə 
edərək Bakı, Quba, Şamaxı, Salyan, Kürdəmir kimi şəhər və qəsəbələri dağıdıb 
viran qoyaraq Gəncəyə doğru hərəkət edir, digər tərəfdən isə Zəngəzuru işğal edib 
Qarabağa hücum edən Andranik də Gəncəyə hücuma hazırlaşırdı. Bununla bağlı 
M.Ə.Rəsulzadə yazırdı: "Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə çarə 
vardı - Türkiyə. Ümidlər oraya dikilmişdi". 
Regionda baş verən gərgin ictimai-siyasi, hərbi vəziyyətin məntiqi 
nəticəsi kimi gürcülərin almanlarla ittifaqından sonra Osmanlı dövləti ilə 
Azərbaycan hökuməti arasında 4 iyun 1918-ci il tarixində "Dostluq və 
Əməkdaşlıq" haqqında müqavilə imzalandı. Bu müqaviləyə görə, Azərbaycan 
ölkədə asayiş və təhlükəsizliyin təmin olunması, dövlətə qarşı olan təhlükələrin 
aradan qaldırılması üçün Türkiyədən ordu yardımı və silah köməyi ala biləcəkdi. 
Beləliklə, Azərbaycan və Türkiyənin milli hərbi qüvvələrinin, çoxsaylı 
könüllülərinin qatıldığı Qafqaz İslam Ordusu formalaşdırıldı və istiqlal savaşına 
başlanıldı. 
Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi müşaviri kimi 
Türkiyədən Azərbaycana gələn Əhməd bəy Ağaoğlu Gəncədə "Türk yurdu" 
qəzetini nəşr etdi. Çox təəssüf ki, Azərbaycan uğrunda gedən hərbi savaş və mətbə 
imkansızlığı ucbatından qəzetin cəmi üç sayı işıq üzü gördü. Tiflisdən Gəncəyə 
köçən milli Azərbaycan hökuməti Azərbaycanın bütövlüyü savaşında mətbu 
imkanların yoxluğunu hiss etdi və bir sıra tədbirlər görməyə başladı. 
Mətbə işinin təşkilini əsas vəzifə kimi diqqətə alan milli hökumət və ordu 
komandanlığı Tiflisdə vaxtilə fəaliyyət göstərmiş, anadilli qəzetləri nəşr edən bir 
sıra mətbələrin Gəncəyə gətirilib quraşdırılması qərarına gəldilər. Mərkəzi Dövlət 
Tarix Arxivinin 894-cü fondunda saxlanılan milli hökumət qərarlarından bəlli olur 
ki, Tiflisdə Kamal əfəndiyə məxsus olan mətbəənin qiymətləndirilməsi və vəsait 
sahibinə ödənildikdən sonra Gəncəyə gətirilməsi barədə qərar qəbul olundu. 


121 
Qafqaz İslam Ordusu bolşevik-daşnak birləşmələrinə, ingilis qoşunlarına 
qarşı 6 ay savaş apardı. Göyçay, Kürdəmir, Salyan, Neftçala, Şamaxı 
düşmənlərdən təmizləndi və nəhayət, 1918-ci ilin sentyabrın 15-də Bakı azad 
edildi. Bu xəbəri sentyabrın 16-da Gəncədə Yelizavetpol qubernatorunun 
mətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verdi. Dörd səhifədən ibarət 
olan bu qəzetin iki səhifəsi Azərbaycan türkcəsində, iki səhifəsi isə rus dilində 
buraxıldı. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə