Akġf aġirli


Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Ə.Cavad, Ə.Müznib



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə62/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   58   59   60   61   62   63   64   65   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Ə.Cavad, Ə.Müznib, 
M.S.Axundzadə, Üzeyir bəy Hacıbəyli, Z.Hacıbəyli, Seyid Hüseyn, Ə.Abid, Əli 
Yusif, Əli ġövqi, Yusif Vəzir, Fərhad Ağazadə 
və digər dövrün tanınmış 
publisistləri iştirak edirdi. 


123 
Bu mətbu orqana müxtəlif vaxtlarda Üzeyir Hacıbəyli, Şəfi bəy 
Rüstəmbəyli, Xəlil İbrahim, Ceyhun Hacıbəyli redaktorluq etmişdi. Rusca nəşrinə 
isə Şəfi bəy Rüstəmbəyli, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları rəhbərlik etmiş, 
onun yaradıcılıq istiqamətlərini müəyyənləşdirmişdi. 
Ceyhun bəy Hacıbəyli 1891-ci ildə Şuşada anadan olub, 1910-1916-cı 
illərdə Peterburq Universitetini, sonra isə Fransanın Sarbonna Universitetini bitirib 
vətənə dönür. "Azərbaycan"ın 1918-ci ilin oktyabr ayının 8-dən 1919-cu ilin 
yanvar ayının 16-na kimi nəşr olunan saylarının redaktoru olub. 1919-cu ildə 
Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə Versal Sülh Konfransına daxil olan 
Ceyhun bəy Hacıbəyli nümayəndə heyətinin tərkibində Parisə gedir. Səfərlə bağlı 
"Azərbaycan" qəzetinin 9 yanvar sayında "Möhtərəm qarelər adlı məqaləsində 
yazırdı: "Vətən və millət uğrunda əlimdən gələn xidməti və öhdəmə düşən 
vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifadə məşğul ikən, vətən övladlarının xahiş 
və əmrinə müti olaraq cahan sülh konfransına göndərilməklə öhdəmə daha ağır və 
məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşür. Bu böyük xidməti möhtərəm 
arkadaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzetə 
idarəsindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin 
istədiyimiz yoldakı həlli hüsn ifasından asılı olaraq məsul vəzifəmiz haqqında var 
qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kəlami-sidq 
və səmimiyyətlə xudahafiz deməyi özümə fərz bildim. "Azərbaycan" qəzetinin 
müdiri Ceyhun bəy Hacıbəyli". 
Qəzetin oxucularına müraciət edən Ceyhun bəy Hacıbəyli bilmirdi ki, 
Azərbaycanın 1920-ci ildə 28 aprel işğalı baş verəcək və o bir daha vətənə 
dönməyəcək. C.Hacıbəyli Azərbaycanın istiqlalı uğrunda mühacirətdə də ideoloji 
mübarizə apardı, Parisdə çıxan "Qafqaz", Münhendə nəşr edilən "Azərbaycan" 
jurnalının redaktoru oldu. "Azadlıq" radiosunun yaradıcılarından biri də 
C.Hacıbəylidir. 
1962-ci ildə 71 yaşında vəfat etmiş və Parisin Sen-klu qəbiristanlığında 
dəfn olunmuşdur. 
"Azərbaycan"ın rusca nəşrinin redaktoru 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə