Akġf aġirli


Məhəmməd Əmin Rəsulzadədir



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə65/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   61   62   63   64   65   66   67   68   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Məhəmməd Əmin Rəsulzadədir. 
M.Ə.Rəsulzadənin Azərbaycanın milli məfkurə və istiqlal savaşından doğan bu 
məqalələri xalqın milli və mənəvi dəyərləri üzərində demokratik şəraitdə 
yaşamasına, dövlət və dövlətçilik ideallarına xidmət edirdi. M.Ə.Rəsulzadənin 
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdə qələmə aldığı 
"Azərbaycan paytaxtı" adlı tarixi-publisist məqaləsi öz ictimai-siyasi əhəmiyyətinə 
görə, tariximizin və istiqlal savaşımızın tədqiqi baxımından əhəmiyyətini bu gün 
də qoruyub saxlayır. ("Azərbaycan" qəzeti, 1918, kanuni-əvvəlin, № 3, 6,19,31). 
Bakı erməni-daşnak, ingilis hərbi birləşmələrindən azad olunub
Azərbaycana qovuşandan sonra cümhuriyyətin paytaxtının tarixi barədə kifayət 
qədər materialların olmamasından təəssüf hissi keçirən M.Ə.Rəsulzadə bu barədə 
yazırdı: "Mən mətbuatı çox aradım. Lakin Bakı barədə bir yazıya rast gəlmədim. 
Bu həvəs mənə cəsarət verdi: müxtəsər də olsa, Bakının tarixi haqqında bir kaç 
yarpaq qaralayalım. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycanın 
paytaxtının şan və heysiyyatı və hüciyyəti ilə olmayacaq... Düşündüm ki, nəqis də 
olsa, bir şey olsun. Biz nəqisini başlarıq, mütəşəbbüs gənclərimiz də çalışar, vətən 
eşqi, məmləkət məhəbbəti ilə səy edər, bu başlancığı təkmil edərlər..." 
Uzun illərin jurnalist təcrübəsinə istinadən publisistika ilə məşğul olan 
Məhəmməd Əmin Rəsulzadənin " Azərbaycan"da və digər istiqlal mətbuatında 
çıxan siyasi məqalələri həyatı faktları, zənginliyi və fərqli üslub tərzi ilə diqqəti bu 
gün də cəlb edir. 
Azərbaycanın istiqlal mətbuatında alovlu publisist kimi tanınan 
Yusif 
Vəzir Çəmənzəminli 
(1887-1943) bir müddət Cümhuriyyətin Ukrayna və 
Türkiyədə səfiri kimi fəaliyyət göstərib. Hələ məktəb illərindən bədii yaradıcılıqla 
məşğul olan Yusif Vəzir mətbu orqanlarla yaradıcılıq əlaqəsi qurmuş, aktual 
problemlər ətrafında geniş həcmli siyasi-publisistik məqalələr çap etdirmişdi. 
Kiyev Universitetinin hüquq fakültəsindəki təhsil dövründə qələmə aldığı 
Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi əsasları ilə bağlı "Azərbaycan 
Muxtariyyəti" kitabı 1917-ci ildə işıq üzü görüb. Kitabçanın "Ayıl, toplaşın" adlı 
müqəddiməsi "Açıq söz" qəzetinin 20 noyabr 1917-ci il tarixli sayında ayrıca 
məqalə şəklində oxuculara təqdim olunub. Türk millətinə xitab edən müəllif 
müqəddimədə yazırdı: "Ey nəcib türk milləti, ayıl! Bir rəşadətli balalarını yad et. 
Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında 
tapdandığı kifayət edər. Ayılın, toplaşın! Rusiyanın siyasi həyatı yeni bir dairəyə 
girir. Rusiyada yaşayan millətlər üçün tarix yeni bir səhifə hazırlayır". 
"Azərbaycan" qəzetinin 1919-cu il 31 iyul, 1-i və 4-ü avqust saylarında 
çap olunan məruzələrində Yusif Vəzir Çəmənzəminli səfiri olduğu Ukrayna ilə 
Azərbaycanın vəziyyətini müqayisə edir, ölkəmizin maraq və mənafeləri üçün bir 


127 
sıra tədbirlərin görülməsinin vacibliyinə diqqətə gətirirdi. Onun milli 
müstəqilliyimizin uğurlu təmini üçün üstünlük verdiyi zəruri məsələlərdən biri, 
bəlkə də birincisi milli ordu hissələrinin təşkili ilə bağlı idi. Siyasi hesabat 
mahiyyəti daşıyan bu məruzə məqalələrində o, ordu quruculuğuna böyük önəm 
verərək yazırdı: "İndidən ölkələrimizin idarəsini öz əlimizə almalıyıq və camaatın 
rahat yaşamasını təmin etməliyik. Bu işlərdə də ümdə iş görən qoşun olacaq". 
İstiqlalçı yazarın siyasi publisistikasının əsasını həm də yenicə qurulmuş 
Azərbaycan dövlətinin xarici siyasəti problemi təşkil edirdi. Onun bu mövzuda 
yazdığı "Xarici siyasətimiz" məruzəsi siyasi məqalələr şəklində "Azərbaycan"ın 
1919-cu ilin iyul ayının 3-dən 21-dək qəzetin 11 sayında dərc olunmuşdu. 
"Azərbaycan" qəzeti məqalədən öncə məruzə-məqalənin planını dərc edərək, 
toxunulacaq mövzuları sadalayıb. Bu məqalələrdə müəllif Ukrayna ilə Azərbaycan 
dövlətləri arasında yaranacaq əlaqələrə, Ukraynadakı milli hərəkata toxunandan 
sonra xarici siyasətimizin prioritetləri ilə bağlı öz düşüncələrini oxuculara çatdırır. 
Daxili problemlərlə yanaşı, dövlətin öz xarici siyasətini müəyyənləşdirərkən, real 
siyasi vəziyyətin nəzərə alınmasının vacibliyini qeyd edən Y.Vəzir yazır: "Təbiidir 
ki, sağlam bir vücuda malik, ədalətli bir idarəsi, məclisi-məbusam, gözəl qanunları 
və Avropa üsulunda məhkəməsi olan dövlət beynəlmiləl münasibətdə avropalılar 
ilə həm hüquq olmalıdır". 
"Milli və mədəni işlərimiz" silsilə məqalələrini "Azərbaycan"ın 1919-cu 
ilin iyul, avqust saylarında ardıcıl şəkildə dərc etdirən Yusif Vəzir ölkədə mədəni-
maarif, mətbuat, kitabxana və nəşriyyat məsələləri ilə bağlı düşüncələrini 
vətənpərvərlik hissi ilə qələmə alıb. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə