Akġf aġirli


Cümhuriyyət dövrünün satirik nəĢrləri



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə67/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   63   64   65   66   67   68   69   70   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Cümhuriyyət dövrünün satirik nəĢrləri.
Cümhuriyyət ideyalarına sadiq 
qalan və baş verən proseslərə ciddi münasibət göstərib ictimai fikri 
müəyyənləşdirən mətbu orqanlar kimi, 1918-ci ildən sonra satirik jurnallar da nəşr 
olunurdu. İlk sayı 1918-ci ilin 5 oktyabrında nəşr olunan "Şeypur"un naşiri Səməd 
Mənsur, redaktor M.Ə.Sidqi idi. "Şeypur"un 1918-ci illərdə 11, 1919-cu ildə 3 sayı 
işıq üzü görür, fəaliyyətini 1949-cu ilin yanvarın 8-dən sonra dayandırmışdır. 
"Şeypur" Azərbaycan Xalq Cümhuriyyəti ideallarını təbliğ edir, dövlət 
quruculuğu prosesində qarşıya çıxan əngəlləri, çətinlikləri qələmə alır, bolşevik 
təbliğatına qarşı mətbu mübarizə aparır, Bakı neftini ələ keçirmək istəyən dövlətlər 
arasındakı çəkişmələri ifşa edirdi. "Molla Nəsrəddin" ənənələrini davam etdirən 
"Şeypur" da müxtəlif üsullardan istifadə olunur, satirik şeirlər, felyetonlar dərc 
olunurdu. 
"Şeypur"un başlıca gülüş hədəflərindən biri ermənilərin Qarabağda 
törətdikləri vəhşiliklər idi. Jurnalın 1919-cu il 11 yanvar tarixli 13-cü sayında 
"Azərbaycanlı" imzalı müəllifin "Erməni yuxusu" adlı felyetonunda bu məsələyə 
toxunulurdu. "Şeypur"çular Azərbaycanın müstəqilliyini qəbul etməyən 
bolşevikləri də eyni cür gülüş hədəfinə çevirdi: "Kerenski hökumətindən sonra 
Rusiyada baş qaldırıb dünyanı azad edəcəyini vəd edən füqəra tərəfdarı, bir nan 
firqə adamı "bolşoy" (yəni böyük adam) peyda olub... Həmin firqə Bakıda 
rəhmətlik Şaumyandan ibarət idi. Bakıda yaşlı iranlılardan bəziləri bu firqənin 
məramnaməsini qəbul edib, bərbad halda olan İranı abad etmək istəyirdilər. Jurnal 
müstəqilliyi, milli dövləti qorumağına vacibliyini öz oxucularına bu cürə çatdırırdı: 
"Mart hadisələrindən sonra suya batmış toyuq kimi suyun süzülə-süzülə, büzülmüş 
bir tərəfdə qalmışdım. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında 


130 
əzilirdin. Küçədən keçəndə divar dibi yeriyib, öz ana dilində danışmağa ehtiyat 
edirdin. Bu altı ay sənin üçün çox zülmlər olub. Lakin oyunlar üçün çalmaq şeypur 
olmayıb. İndi şükür olsun "Şeypur"umuzu partlayana qədər çalmağa başlayırıq". 
"Şeypur" Azərbaycan dövlətinin maraqlarının əleyhinə yazılar yazan 
mətbu orqanlarına qarşı da satirik gülüşdən istifadə edirdi. Belə qəzetlərdən biri 
rusca nəşr olunan "Vperyod" qəzeti idi. "Şeypur" bu barədə yazırdı: "Vperyod" 
əslən rus sözü olub, axır vaxt ermənilər onu çox istemal edirdilər. Bu sözün əsl 
mənası "qabağa" deməkdir. Amma nədənsə ermənilər onu tərsinə başa düşüb 
"dala" deyə işlədirlər. Bizim zamanlarda da erməni daşnaklarının həmin adda 
Bakıda bir qəzetləri çıxırdı. Müsəlmanlara müraciətlə hər gün şirin-şirin məqalələr 
yazmaqda idi". 
"Şeypur"la yanaşı, həftəlik illüstrasiyalı satirik jurnal olan "Zənbur" da 
nəşr olunurdu. 1918-ci ilin aprel-noyabr aylarında çap olunan "Zənbur"un təsisçisi 
"Türk Nəşriyyat Cəmiyyəti" idi. 1909-cu ildə nəşr olunan eyniadlı jurnalın və 
Molla Nəsrəddin ədəbi məktəbinin davamçısı olan "Zənbur"un naşiri Mirzə 
Əbdülxaliq Axundov, rəssamı isə Əzim Əzimzadə idi. Jurnalda Əliabbas Müznib, 
Əli Nəzmi, Səməd Mənsur, Hacı Qasım Səyyah kimi müəlliflər fəal iştirak edirdi. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə