Akġf aġirli


"Mətbuat haqqında nizamnamə"nin qəbulu



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə69/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   65   66   67   68   69   70   71   72   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Mətbuat haqqında nizamnamə"nin qəbulu
Azərbaycan Xalq Cümhuriyyəti mətbuatın və jurnalistikanın inkişafı üçün 
hüquqi bazanın yaradılması üçün də ciddi addımlar atdı. Parlamentdə 1919-cu ilin 
oktyabr ayının 30-da "Mətbuat haqqında nizamnamə" qəbul edilmiş, Azərbaycan 
tarixində mətbuatın ilk hüquqi əsasları yaradılmışdır. Bu, ölkədə fəaliyyət göstərən 
müxtəlif istiqamətli mətbuatın və mətbəə işinin fəaliyyətini tənzimləyən ilk 
qanunvericilik aktıdır. Nizamnamə 2 hissədən ibarətdir. Birinci hissədə 20 bənd, 
ikincidə isə 3 bənd var. Nizamnamənin birinci bəndində mətbuat azadlığı bəyan 
edilir, "hökumət tərəfindən heç bir vəsiqə (icazə) istəniləməyəcəyi" bildirilirdi. 


132 
İkinci bənddə "ancaq məhkəmə təriqi ilə təhti-məsuliyyətə alına bilmə" diqqətə 
çatdırılırdı. Üçüncü bənddə isə "Baş hökumət idarəsi nəzdində olacaq mətbuat 
işləri baş müfəttişinə" idarə və ümumi nəzarət işləri həvalə olunurdu. 
Azərbaycanda söz və mətbuat azadlığını, fikir plüarizmini dövlətin əsas 
prioriteti hesab edən və hüquqi baxımdan əsaslandıran bu qanunvericilik aktında 
M.Ə.Rəsulzadənin dediyi kimi "azad mətbuatla anarxiya mətbuatının arasındakı 
fərqlər" müəyyən edilirdi. 
Parlamentin 23 oktyabr 1919-cu il tarixli iclasında qanun layihəsi 
"Azərbaycan"ın redaktoru Şəfi bəy Rüstəmbəyli tərəfindən müzakirəyə təqdim 
olunmuşdur. Layihə ətrafında hakimiyyətə müxalif olan "Hümmət"çilər, 
sosialistlər fraksiyasının millət vəkilləri çıxış etmişlər. Həsən bəy Ağayevin 
sədrliyi ilə keçirilən iclasda Şəfi bəy Rüstəmbəyli, Səməd Ağamalıoğlu, İbrahim 
Əbilov, Nəsib bəy Yusifbəyli, Əliheydər Qarayev, Əhməd Pepinov, 
M.Ə.Rəsulzadə və başqaları fikir və təkliflərini səsləndirib, layihə barəsində 
mövqe bildirmişlər. Gərgin keçən müzakirələrdə layihənin üçüncü bəndinə 
sosialistlər ciddi etiraz bildirərək salonu tərk ediblər. Müzakirələrdə diqqətçəkən 
məqamlardan biri ondan ibarətdir ki, Ş.Rüstəmbəyli öz çıxışında mətbuatın 
qanunla tənzimlənməsinin Avropa təcrübəsindən danışır. Ş.Rüstəmbəyli bildirirdi 
ki, Avropada ictimai-siyasi hərəkatın tarixinə görə, azadlıq qeyri-məhdud 
səviyyədə ola bilməz. Mətbuat və söz azadlığı sərhədsiz şəkildə qəbul olunsa, 
insanlar ondan istədiyi kimi istifadə edəcək. Bu, ölkədəki siyasi durumu 
gərginləşdirə, xarici təhdidləri artıra, ideoloji basqıları gücləndirə, nəhayətdə yeni 
qurulmuş dövlətə ziyan gətirə bilər. O, göstərirdi ki, bütün sahələrdə olduğu kimi 
mətbuat da qanuna tabe olmalıdır. Gərgin keçən müzakirələrdən sonra qanun qəbul 
edilib. 
Qanun ilk dəfə “Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı”nda 27 
noyabr və 27 dekabr 1919-cu il saylarında dərc olunmuşdur. 
Mətbuat tariximiz üçün böyük əhəmiyyət daşıyan "Mətbuat haqqında 
nizamnamə" ilk dəfə professor Şirməmməd Hüseynov tərəfindən ərəb 
qrafikasından latın əlifbasına transleterasiya edilmişdir. 
1918-1920-ci illəri əhatə edən cümhuriyyət dövrü mətbuatı ideoloji 
mübarizələrin ağırlığı dövrü kimi xarakterizə olunur. Dövrün ən kəskin problemi 
olan milli məsələdə və müstəqil dövlət qurmaq ideyası ətrafında bolşeviklərlə 
müsavatçılar zidd mövqedə dayanırdılar. Unitar dövlət tərəfdarı olan və dünya 
proletar inqilabı ideyası ilə xəstələnmiş bolşeviklər müstəqil dövlət qurmaq istəyən 
milli qüvvələrə qarşı açıqdan-açığa düşmən movqeyində dayanırdılar. Belə 
ziddiyyətli, mübarizələrlə dolu olan zaman kəsiyində Azərbaycan mətbuatının 
çeşidli nümunələri eyni məkanda yan-yana fəaliyyət göstərirdi. 


133 
Milli jurnalistikamızın təcəssümü olan mətbu orqanların özünəməxsus 
mövzu problemləri var idi. Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onu 
inkişaf etdirmək, bolşevik-daşnak birləşmələrinin düşmənçiliyinin mahiyyətini 
xalqa çatdırmaq, Qarabağda erməni millətçilərin törətdikləri müharibə və qırğınları 
dünyaya yaymaq, cəmiyyətin demokratikləşməsinə nail olmaq kimi ağır və 
məsuliyyətli vəzifələr milli mətbuatımızın qarşısında dayanırdı. Azərbaycan milli 
publisistikasının problemləri təkcə daxili həyatla məhdudlaşdırırdı. Həm də İranın 
hakimiyyəti altında olan Cənubi Azərbaycandakı vəziyyəti diqqətdə saxlamaq idi. 
Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuat tariximizin şərəfli 
səlnaməsidir. Çox təəssüf ki, 1920-ci il aprel ayının 28-də bolşeviklərin hakimiyyət 
çevrilişi baş verdi, Azərbaycan sovetləşdi, ölkədə yeni tipli sovet mətbuatı 
formalaşmağa başladı. 


134 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə