|
Akġf aġirliAZERBAYCAN METBUATI TARIXI 1875-1920DĠL, DĠN VƏ ZAMAN
Dilcə - biz türküz, türklük milliyyətimizdir. Binaən əleyh (ona görə)
müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə
malikiyyətimiz-məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs
qayeyi-amalımız, işıqlı yıldızımızdır.
Dincə - müsəlmanız. Hər bir din öz mütədəyyinləri (inananları) arasında
məxsusi bir təməddün (mədəniyyət) vücuda gətirmişdir ki, bu təməddün də bir
beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz türklər
beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətlərilə şərikli bir əxlaqa,
dini bir tarixə, müştərək bir yazıya, xülasə ortaq bir təməddünə malikiz. Qəlblər bir
Allaha mütəvəcce (üz tutan) və dilimiz müəyyən virdlər (daim təkrar edilib
söylənən, dualarla mütəzəkkir (yada salınan) olduğundan bütün müsəlmanlarla
şərik bir ruha sahibiz. Bu şəriklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi
mütəzərrir etdiyi kimi, bu yolda olacaq islahat feyzlərindən də bizi nəsibsiz
qoymaz.
Zamanca da - biz texnikanın (alyatın), elm və fənnin möcüzələr yaradan
bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqa
əsrimizdəki elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası
ilə zəmanə adamı olmalıyız.
Demək ki sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna
çalışmaq istərsək ki, zaman bunu iqtiza (tələb) ediyor - mütləqa 3 əsasa
sarılmalıyız.
TÜRKLƏġMƏK,
ĠSLAMLAġMAQ VƏ MÜASĠRLƏġMƏK
İştə millətimizin həyati-ictimaiyyəsini islah üçün üzərinə dayandığımız se
(üç) payeyi-mədəniyyət!.
Xülasə, tutacağımız yolda önümüzə çıxacaq olanlara qarşı yeganə
vasitəmiz olacaq açıq söz!
149
M.Ə.Rəsulzadə,
"Açıq söz" № - l, 2 oktyabr 1915
Dostları ilə paylaş: |
|
|