147
TUTACAĞIMIZ YOL
Dəhşətlərinə şahid olduğumuz böyük müharibə
böyük bir həqiqəti -
əsrimizin milliyyət əsri olduğunu isbat etdi.
"Dünyanın xəritəsi qəribə dəyişəcək" deyə heyrətlə qarışıq bir cümlə indi
bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin alacağı yeni şəklə
vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər heç
şübhə yoxdur ki, vüzuh (aşkar) və rüsux (qətiyyətlə) peyda (zühur) etmiş milliyyət
məfkurələrinin də boyük təsiri var və olacaqdır.
Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir idemal (məfkurə)
bəsləyən
millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər. Şübhəsiz ki, sözün tam
mənası ilə deyiləcək qədər kuhəfkən (dağ dağıdan) topların
hakim olduğu hərb
meydanlarında təsirsiz qalmayan bu qüvvət yaşıl mahudlu barışıq masası üzərində
də əsaslıca bir təsir yapacaq.
Hər hankı qalib tərəf az-çox sorunclu bir dinclik vücuda gətirmək istərsə,
əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvətli milliyyət məfkurəsini
ehmal edəməz! Bunun böylə olacağı arabir gələcəyin sülhü haqqında söz söyləyən
Avropa mütəfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhsunə mənsub siyasilərcə,
milliyyət əsasına
riayət etməyəcək, millətlərin hüququnu gözətməyəcək bir sülh
əqdnaməsi çox çəkməz yırtılar və sorunclu bir dinclik təmin edəməz.
Hüquqi-təbiisi paymal olmuş bir millət baqi (əbədi) qalıncaya qədər
Avropa müvazineyi-düvəliyyəsi (dövlətlər müvazinəti) hüquqi və sorunclu bir sülh
üzü görməkdən məhrum qalacağı kimi, kəndi (öz) vətəndaşları arasında ögey-
doğmalıq gözədən bir dövlət də həqiqi bir qüvvətə söykənməyəcək, mütərəqqi və
qüvvətli bir təşkilata malik olmayacaqdır.
Demək ki, müəyyən bir məfkurəyə və əksər əfradınca (fərdlərcə)
müşəxxəs (tanınmış) qayeyi-amala
malik olan millətlər, dövlətlər arasındakı
münasibətdə əhəmiyyət qazandıqları kimi, dövlətlərin daxili siyasətləri üzərinə də
böyük təsirlər icra edəcəklərdir. Bu surətdə ayrı-ayrı millətlər bir millət olaraq
yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli,
müəyyən fikir və amallar
ətrafında birləşərək bütün bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı
yıldıza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir yıldıza malik
olmayan millətlərlə yeni əsaslar üzərinə qurulacaq həyat hesablaşmayacaq və böylə
silahdan məhrum qalan heyətlər kimsəyə söz eşitdirməyəcəklərdir!
İştə millətimizin bir qəzetçisi olmaq hesabilə
öhdəmizə düşən rəhbərlik
vəzifəsinin ifası üçün tutacağımız yolun nöqteyi-əzimətini (məramını) təşkil
edəcək əsas - milliyyət əsasıdır.
Fəqət sui-təfahümə (anlaşmaya) meydan qalmamaq üçün həmən ixtar
edəlim ki, (xatırlayalım ki) bizim qəbul etdiyimiz milliyyət düsturu "Zemşina",
148
"Novoye vremya"nın və sair bu kimi sağ qəzetə və məhfillərin (heyətlərin) bəhimi
(vəhşi) millətçiliklərindən əlbəttə başqadır. Onlarca
özgə millətlərin mənafeyi
milləti-hakimənin mənafeyinə fəda edilməlidir. Halbuki bizim tərvic elədiyimiz
əsas bütün milliyyətlər üçün bir dərəcə hürriyyət və müsavat tələb edir ki, bununla
biz rus camaatının da salim düşünür qismilə heç bir ixtilafda bulunmuyoruz.
Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad
etmək məcburiyyətindədir.
Dostları ilə paylaş: