Akġf aġirli


Məhəmməd Ağa ġAXTAXTINSKĠ



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə74/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   70   71   72   73   74   75   76   77   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Məhəmməd Ağa ġAXTAXTINSKĠ
"Kaspi" qəzeti, 1891, № –
33 
 
ĠRġAD 
Bu günlərdə şəhərimiz iki vəqəənin (əhəmiyyətli hadisənin) şahidi oldu. 
Bu vəqəələr müsəlmanca "İrşad" və rusca "Fəhlə və Əmələ Vəkilləri Şurasının 
əxbarı" ("İzvestiya Soveta Raboçix Deputatov") namilə iki yeni və gözəl 
qəzetələrin intişara (nəşrə) başlamasından ibarətdir. "Həyat" dəxi zatən məsləkmi 
məzkur "Şura əxbarı"nın məsləkinə tovfiq edib (uyğunlaşdırıb) mündərəcatının 
əmələ (işçi) və fəhlənin, ələlxüsus füqərayi-kasibənin (proletarların) mənfəətinə 
həsr edəcəyindən "Şura əxbarı" davam etdikcə oradakı məqalələri bol-bol tərcümə 
edib, ya o amalda (məzmunda) məqalələr yazıb, qareini-giramə (hörmətli 
oxuculara) ərz edəcəyindən və bu surətlə hər kəsi onun əfkarına (fikirlərinə) aşina 
(tanış) etmiş olacağından, biz bugünkü məqaləmizdə, ancaq "İrşad" haqqında bir 
neçə söz söyləmək istəriz. 
Biz "İrşad"ın zühur (meydana çıxması) və intişarını (nəşrini) ən səmimül 
qəlb təbrik edəriz. Çünki "İrşad"ın zühuru həyati-milliyyəmizdə qayət mühüm bir 


143 
xitvəyi-tərəqqidir (tərəqqi addımıdır). Hətta deyə bilərəm ki, bu xitvənin (addımın) 
əhəmiyyəti əxirən (keçənlərdə) sair şəhərlərdə sahəyi-intişara çıxan qəzetlərin 
zühurundan dəxi ziyadədir (artıqdır). Bu dərəcə mühüm bir vəqeə (əhəmiyyətli 
hadisə) bizim şəhərimiz üçün olsa-olsa "Əkinçi" qəzetəsinin zühuru idi. "Əkinçi" 
qəzetəsi bir zamanda çıxmış idi ki, o vaxt müsəlmanca heç bir qəzetə yox idi. Hətta 
cəmaətimiz qəzetə nədir - onu belə bilmiyordu. Əgər qəzetə millətin, cəmaətin 
gözü isə, o cəmaəti birgözlü edən Həsən bəy həzrətləri idi. İştə, cəmaəti ilk dəfə də 
ikmali məxluqat (daha kamil yaradılmış) olan insan kimi "Həyat" ilə bərabər 
ikigözlü edən "İrşad" olmuş oluyor. Gərçi cəmaət üçün insan kimi ikigözlü olmaq 
da az olub yunan xürafatındakı (əfsanələrindəki) Arqos kimi "Yüz göz" - sədçeşm 
olmaq lazımdır. Lakin bugünkü halımızda bizim üçün ikigözlü ola bilmək də bir 
səadət sayümalıdır. Streoskor (müsəlmanca "mücəssəmbin" iki eyni şəkli hər iki 
gözlə baxdıqda bir şəkil kimi göstərən optik cihaz - Ş.H.) deyilən aləti şübhəsiz 
qarelərimizdən çoxu görmüşdür. Görmüşsə, biliyor ki, əşya və əcsami (şeyləri və 
cisimləri) hali-təbii və həqiqəsində mücəssəm (görkəmli) göstərə bilmək üçün bu 
alət cüftə (qoşa) misilli fotoqraflara müraciət ediyor. Bu iki fotoqrafdan biri sağ və 
digəri sol gözə məxsusdur. İştə şəhərimizin cəmaəti də hadisati-dəhri (əsrin 
hadisələri) və şüuni-aləmi (dünya işləri) iki qəzetə vasitəsilə ikitərəfli seyr və 
tamaşa edərsə, şübhəsiz o şüuni (işləri), o hadisatı daha dürüst, daha mücəssəm 
(ətraflı) və mükəmməl bir surətdə görmüş olur. Ələlxüsus, böyük bir inqilab dövrü 
olan bu günlərdə hər halda bir ncçə gözlü olmaq zəruridir. Şəkk və şübhə yoxdur 
ki, "İrşad" ilə "Həyat"ın fikirlərində çox kərələr ixtilaf olacaqdır. Məbadə 
cəmaətimiz bu ixtilafi-əfkarı (fikir aynlığını) ittihadsızlığa (birlik toqquşmasından 
həqiqət qığılcımı parlamaqda) olduğu hər kəscə müsəlləmdir (qəbul olunmuş 
aksiomadır). Elm və həqiqətin ən böyük, ən şərəfli dostlarının belə hər zaman əfkar 
və arasında ixtilaf olmuşdur. Ərəstü-Əflatuna (Aristotel-Platonla), Calinos-Əbu 
Qırtas, Əbu Əli Sina-ibn Rüşdə müxalif idilər!.. Bütün bugünkü elektrik bariqələri 
(panltıları) italiyalı Volta ilə Qalvanın ixtilafı arasından çıxdı!.. Binaənəleyh (buna 
görə) pəmaətə, millətə lazım olan, mücahidlərin, mürşidlərin, dəlillərin (yol 
göstərənlərin) ittihadi-əfkarı (fikir birliyi) deyil, bəlkə ittihadi-qülub (qəlb birliyi), 
ittifaqi-hissiyyati-qəlbiyyələridir!.. Qəlbən "Həyat”ın "İrşad" ilə müttəhid (əlbir) və 
müttəfiq bulunduğuna və bulunacağına kimsə şübhə etməsin!.. 
"İrşad"ın bu gün çıxan birinci nömrəsini böyük bir zövqi-ruhani ilə 
mütaliə etdik, möhtəviyyatı (məzmunu) mündəricatı pək gözəl və müfid (faydalı), 
üslub və şivəsi pək şirin!.. 
Başda Bakı ruhani məclis üzvü, fazil və möhtərəm axundlarımızdan Molla 
Ağa Əlizadə həzrətlərinin bir təbriknaməsi bədə (sonra) Molla Məhəmmədzadə 
həzrətlərinin 
mənidar 
(məzmunlu) 
bir 
məqaləsi, 
sonra rüfəqamızdan 
(dostlarımızdan) sabiq baş mühərririmiz Əhməd bəy Ağayevin "İslam və 


144 
Hürriyyət” sərlövhəli bir bəndi ki, bunda hürriyyət neməti islamın şərtlərindən biri 
olduğu mükəmmələn isbat ediliyor. Daha sonra "İrşad"ın məsləki haqqında bəzi 
izahat və ilx... Bu babda (hissədə) deyilir ki: qəzetənin məsləki, əshabi-kəhfin 
(padşahın zülmündən qaçanların) yüzlərcə il yatıb oyandıqdan sonrakı əvza 
(vəziyyət) və əhvalını bəyan edər kimi olacağından, "qum, qum ya əyyühəlqafilun" 
(dur, dur ey qəflətdə olanlar) sözünü virdi-zəban (dildə əzbər) edib təkrar etməkdən 
ibarətdir. Niyyətimiz diyir: "İrşad" millətimizi, cəmaət hürriyyəti, cəmaət 
muxtariyyəti nemətlərindən müstəfiz (feyziyab) etmək və bu nemətlərin bizə bəxş 
olunmasına bais olan ərbabi elm (elm xadimləri) və qələmin, fəhlə və əməlinin 
(zəhmətkeşin), kasıbların, əhl-sənət və ziraətin (əkinçinin) hüquq və mənafeyini 
müdafiə eləməkdir. Bundan başqa "İrşad" Qafqaziyada sakin tayfaları, ələlxüsus 
erməniləri və müsəlmanları sülh və müsalimətə (barışığa), ittifaq və ittihada 
(birliyə) dəvət edəcəkdir ki, vətənimiz bu surətdə irəlidə böyük bir təhlükədən xilas 
olub hürriyyət və mədəniyyətin cəmi nemətlərinə nail olsun. 
"Həyat", "İrşad"ın bütün bu niyyətlərinə təhsinxalı olub (tərəfdar olub) 
cənab haqdan təmənna və istirham (xahiş) edir ki, "İrşad"ın məsləkində müvəffəq 
buyursun!.. Ancaq "İrşad" qəzetəsi əshabi-kəhf fəqərəsində (əhvalatında) bir 
maddəyi xatırlarından çıxarmasınlar. Məlumdur ki, əshabi-kəhf (gizlənmiş şəxslər) 
oyandıqdan sonra "karvanın dalınca sürətlə getsələr" dəxi karvana 
yetişməyəcəklərini bildiklərindənmi, yoxsa başqa bir səbəbdənmi, hər nədənsə 
təkrar mağaraya gedib bəstəri-xabi (yataq yuxusunu) tərcih etdilər (seçdilər)!.. 
"İrşad" millətimizi naümid (ümidsiz) etməsin. Bildirsin ki, bu gün atla, ya 
dəvə ilə səyahət edilmiyor. Dəmiryollar, avtomobillər kimi vəsaiti-nəqliyyə 
mövcuddur. Binaənəleyh (buna görə) hər an sürətlə teyyi-mərahil (mərhələli yol) 
edib irəlidə gedən qafilələrə (karvanlara) yetişmək mümkündür... Təkrar əshabi-
kəhf kimi uyumağa heç lüzum yoxdur. 
"İrşad"ın hürufat kimi və mürəttib qələtləri kimi bəzi qüsurları varsa da, 
bu xüsusda şübhəsiz məzurdur (üzürlüdür). Çünki hənuz idarə və mətbəə işlərini 
yoluna qoymamışdır. Bir də dəmiryolların, teleqrafların ümumən tətil etdiyi böylə 
bir zamanda vəlou (hətta) nəvaqisli (nöqsanlı) olsun qəzetə çıxara bilmək hər halda 
böyük bir hünər və qeyrətə vabəstədir (bağlıdır). İnşallah, "İrşad" bu nöqsanları da 
qəribən (tezliklə) islah edər. Baqi (daima) qəzetənin hər xüsusda xeyirxahi olub
ümid ediyoruz ki, mürşid (düz yol göstərən) və müridləri (onun ardınca gedənləri) 
ilə bərabər "İrşad" din və millət və insaniyyət yolunda cəhd və qeyrət xüsusunda 
bizim ilə həmdəst vifaq (həmfikir yoldaş) olaraq çalışacaqdır! 
"İrşad"ın müdir və sahibi-imtiyazı (ixtiyar sahibi) Əhməd bəy Ağayev 
kimi, kamil bir publisist və naşiri İsa bəy Aşurbəyov kimi qeyrətli bir novcəvan 
olduqca buna əmniyyətimiz bərkəmaldır (ümidimiz tamamdır). 
Dər biyaban kər ze şovqe-Kəbə


145 
xahi zəd qədəm,
Sərzənişha kər dəhəd xare-moğilan qəm məxor!..
(Əgər Kəbənin həvəsilə biyabanda istəsən qədəm vurarsan, Dəvə tikanı 
əgər səni dalasa da, qüssə yemə!) 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə