Akġf aġirli


H.ZƏRDABĠNĠN DƏFN MƏRASĠMĠNDƏ



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə72/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   68   69   70   71   72   73   74   75   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

H.ZƏRDABĠNĠN DƏFN MƏRASĠMĠNDƏ
ƏHMƏD BƏY AĞAYEVĠN NĠTQĠ 
Cəmaət! Biz buraya cəm olmuşuq məşhur və məruf Həsən bəy Məlikovun 
cənazəsini təşyi etməyə. 
Baxınız! Göz qabağında nə görürsünüz? Beş gün bundan əqdəm fail
muxtar, hərəkət, hiss, fel sahibi olan bir zatın şimdi bir cansız, hərəkətsiz, heç bir 
işə, heç bir şeyə qabil olmayan bədəni duruyor. Nə oldu, nə ittifaq düşdü? Bu 
bədənə dirilik verən, bu bədəni hərəkətə, hissə, felə qabil edən ruh dediyimiz şey 
ondan ayrıldı! Pəs insanın insanlığı, insanın diriliyi, insanın varlığı ibarətdir onun 
ruhundan. Lakin ruh özü nədir? Bu məsələləri nə əqil, nə elm və nə fənn həll 
edəməyib. Hətta lisani-Allah olan Qurani-Şərifimizdə bu məsələ barəsində 
buyrulub: "Əgər səndən sual olunsa ki, ruh nə şeydir, cavab ver ki, bu, bir əmrdir 
Allah yanında". 
Fəqət əgər ki, ruh özü bizə məlum deyilsə, onun məzhəri, vücudi-zahirisi, 
səmərələri bizə məlumdur. Günün olduğu günün şüasından aşkar olduğu kimi, 
ruhun da varlığı onun səmərələrindən aşikardır. Bu səmərələr hansılardır? Haman 
insanı haləti-heyvaniyyətdən xilas edib də insanlıq halətinə yetişdirməkdən, yəni 
elm və fənn, tərəqqi və təaliyə, həmcinsi olan millətə və ümuminsaniyyətə xidmət 
etməkdən. Odur ki, yenə lisani-Allah olan Quranımız bu günə ruhi təbiiyyə malik 
olanlara əsl insan adı qoyub, qalanlarını kələnam, yəni dördayaqlı adlandırıb. 
İşdə bu nöqteyi-nəzərdə Həsən bəy mərhumun tərcümeyi-halına, ömür və 
güzəratına nəzər edəlim, baxalım, nə dərəcədə o mərhumun ruhu ruhi-əvalimi 
insaniyyəti seyr etmiş və özündən sonra nə əsərlər qoymuş. 
Tam 50 il bundan əqdəm, yəni o vaxtlar ki, Qafqaz dairəsində elm və fənn 
nə olduğuna etina belə olunmuyordu, Həsən bəy mərhum, Moskva şəhərinə gedib 
orada Darülfünunda təhsil etməyə bəzl hümmət etmiş, sonra Darülfünunun 


140 
ülumiri-yaziyyə şöbəsini qurtarıb öz vilayəti olan Bakıya müraciət etmiş, Bakıya 
qayıdıb da bu mərhum nəylə məşğul olmuş? Yerlər qəsb etməyə? Dövlət 
qazanmağa? İsmi-rəsm, şöhrət və pul qazanmağa? Xeyr! Xeyr! Müəllimlik edib öz 
həmcinsi və qövmi olan taifəni düçar olduğu cəhalətdən, zülmətdən xilas etməyə! 
Əlan Qafqaz dairəsində iş görən bir çox ziyalı, mərifətli elm və ürfan 
sahibi olan müsəlmanlar var ki, bu mərhumun şagirdləridir. Onlardan bəzilərinin 
saqqalları ağarmış, oğul-uşaq sahibi olan zəvat bu məclisdə hazırdırlar! Lakin 
mərhum bir müəllimliklə ictifa etməyib, millətinə daha böyük bir dairədə qulluq 
etmək niyyətiylə 1875-ci ildə haman bu Bakıda bir "Əkinçi" adında qəzetə nəşr 
etməyə şüru etmiş. Bu qəzetənin nəşrindən mərhumun məqsədi nə idi? Öz millətini 
uyuduğu cəhalətdən, zülmətdən və onların vəxm qorxulu nəticələrindən xəbərdar 
etmək idi! 
Bu gecə haman "Əkinçi"nin əvvəlinci nömrələrindən mütaliə edirdim. 
Onların birisində mərhum yazmış: "Ey müsəlmanlar! Gərək zəmanə ilə saziş 
etmək! Zəmanənin təqazasına görə iş görmək! Əgər görməsək, zəmanə özü-özünə 
bizsiz iş görüb, fəqət bizi əzər, bizi döyər, keçər". Bu sözlər 1875-ci ildə yazılmış! 
Müsəlmanlar bu sözləri səmi etibara almadı. 1877-ci ildə Qafqazın bir böyük qalası 
əldən getdi. 1882-ci il İranın Blücistanı ingilislərin əlinə düşdü; haman ildə 
firənglər, ingilislər Misirə daxil olub Misiri təsərrüf etdilər. Yenə haman illərdə 
Tunis əldən getdi. Xülasə, aləmi-islam öz dağılmağında davam etdi! 
Baxın, bu şəhərin özündə bizim halımıza: qeyrilər tərəqqi və təali, sərvət 
və rəfahiyyət fikrində olduqları zaman, biz bir-birimizin canına, malına, irzi-
namusuna düşüb, bir-birimizi dağıtmaqdayız! 
Həsən bəyin sözünə baxmamaq azdır! Həsən bəy bizə haqq söz dedikdə 
acığımız tutub ağzına belə döyürdük! Ən əvvəlinci tənə və sərzəniş ki ona edirdik, 
onun kasıblığı, onun biçizliyi idi. Ağzını açıb danışdıqda biz ona deyirdik: kəs 
səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını 
pul qazanmağa sərf etmək əvəzinə, bizə bir millətə qulluq etməyə sərf edirdi! 
Lakin mücahid, bu millətpərəst bizim heç bir cövri-cəfamızdan geri durmayıb öz 
tutduğu yolunda qəribə bir səbat ilə davam edib milləti ayıltmaq işi ilə, taifəsinə 
xidmət etmək üçün əlindən gələn cümlə-səyi bəzl edirdi. Əlan Bakıda 11 rus-
müsəlman məktəbi var! Bu məktəblər cümləsi o biçarənin səylərinin, zəhmətlərinin 
nəticəsidir! 
Şimdi bu qədər böyük, bu qədər ali şəxsin təşyinə gəlib də, biz ona nə 
deyək! Nə növ onunla vida edək? Əqidəmcə biz gərək o ruhi-paka xitab edib də 
deyək! "Ey ali ruh! Şimdi sən gedirsən ata-babalarımızın, əcdadımızın hüzuruna! 
Onlara bizdən salam yetirib də bizim şikayətimizi de: Ey əcdad, ey babalar! Bizə 
nə gün qoydunuz?! Bizə nə növ irs qoydunuz, getdiniz?! Stanlarımız xərabə, 
vilayətlərimiz viranə! Cümlə millətlər arasında sərnigün, xar, zəlil, məqhur, 


141 
məzlum, əhvalımız pozğun! Günü-gündən tənəzzül edib, günü-gündən puç və zay 
olmaqdayız! Əlan işimiz, sənətimiz oğurluq, quldurluq, bir-birimizin canına, 
malına, irzi-namusuna qəsd etmək imiş! Ey kaş nə biz olaydıq, nə böylə irs". 
Şimdi üzümü cavan məktəb uşaqlarına tutub da diyoram: 
"İştə Həsən bəyin bu bihörmət, bihiss, natəvan qalmış bədəni sizə ibrət 
olsun! Dünyadan cümləmiz böyləcə gedəcəyiz! Heç bir şeyi aparmayacayız! 
Bizdən qalan fəqət o insanlıq, o öz millətimiz, öz taifəmizə və ümuminsaniyyətə 
qulluq və xidmət qalacaq ki, əlan Həsən bəyin ruhunu bir qədər əziz və möhtərəm 
ediyor. 
Həsən bəyi özünüzə nümunə edin və ələddəvam o ustadı-bihəmtanın 
ruhuna rəhmət oxuyun. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə