Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə71/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   67   68   69   70   71   72   73   74   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Tarixi mətbu 
irsimizdən səhifələr 
Həsən Zərdabi
 
Rusiyada əvvəlinci türk qəzetəsi 
 
Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq 
cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar 
oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq 
məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. 
Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, 
qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü 
malımıza sahib olurlar və bir az vəqtdən sonra biz onlara rəhbərlik edib, onların 
malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik. 
Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, 
deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara 
deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç 
bir qanun olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, 
bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə 
söz də ələlxüsus doğru söz, mürur ilə qanmazın başını deşib onun beyninə əsər 
edər. 
Belədə mən onları necə görüm və görmək mümkündürmü? Hər kəs öz 
qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq 
fikrindədir. Amma ətrafda müsəlman qardaşlarımız bir-bir düşmənimiz əjdəhanın 
ağzına düşüb yox olduğunu görmək də istəməyir. 


136 
Belədə qəzetə çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə 
yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç 
olmaz ki, doğru söz yerdə qalsın. 
Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil 
artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə 
tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun 
dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar. 
Bəs qəzetəni necə çıxardım? Pul yox, yazıçı yoldaşı yox, çapxana yox, 
hürufat yox, əmələ yox. 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən 
izin almaq da ki, bir böyük bəladır. Bizim qubernator mütəvəffi (vəfat etmiş - red.) 
general Staroselski (1874-1876-cı illərdə Bakıda qubernator olmuşdur - red.), 
doğrudur, xalis rus idi, amma onun övrəti gürcü qızı idi. Ona görə Qafqazın yer 
əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, 
qəzetinin adını "Əkinçi" qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü 
də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım. 
Çünki ol vəqtdə yazı-pozu şikəstə xətti ilə olurdu və basma xəttini oxuyan 
yox idi və tamam Rusiyada işlənən hürufat çox yaman idi, ona görə mənə məsləhət 
elədilər ki, qəzetini daş basması ilə (litoqrafiya) basdırım. Mən buna razı olmadım. 
Çünki litoqrafıya ilə çıxan qəzetə həftədə bir və ya iki dəfə çıxa bilir. Amma 
mənim ümidim var idi ki, sonra qəzetini hər gündə çıxarım və bir də Osmanlı və 
İran məmləkətlərində ol vəqtdə qəzetələr çıxırdı və onlar da hürufat ilə basılırdı və 
daş üstə çıxanlar da sonra hürufat ilə basılacaqdı. 
Belədə yaxşı olurdu ki, işin binasından oxuyanları basma xəttinə öyrədim 
ki, sonra dübarə zəhmət çəkib onları tazədən basma xəttinə öyrətmək lazım 
olmasın. O vəqtdə Bakıda iki basmaxana var idi. Onların birisi də ki, Qubernski 
Pravleniyanın idi, bircə müsəlman hürufatını alayarımçıq düzən Minasov adlı 
erməni var idi. Onu götürdüm danışdırdım. Söz verdi ki, nə qədər hürufat düzən 
lazım olsa, öyrənib mənim qəzetəmdə işlədər. 
Sonra fikrə getdim ki, yaxşı hürufatı haradan alım? Rusiyada, doğrudur, 
yaxşı hürufat yox idi, amma qəliblər qayırdıb, tazə hürufat tökdürmək mümkün idi. 
İş burasındadır ki, tazə qəliblər qayıran kargahçı 5-10 puddan ötrü onları 
qayırmağa razı olmazdı. O vəqtdə İstanbulda olan bizim şirvanlılar ilə mənim irsal-
mərsulum var idi. Onların yazmağından bilirdim ki, orada bizim türk dilində bir 
neçə qəzetə çıxır. Hətta onlardan gündə çıxanı da var. Ona görə lazım bildim ki, 
gedib İstanbulu da ziyarət edim və orada işlənən yaxşı hürufatdan 5-10 pud alıb 
gətirim. 
1875-ci (1874-cü olmalıdır - red.) sənənin iyul ayında gedib İstanbulda 10 
pud hürufat alıb, avqust ayında qayıdıb gəldim. Hürufat qışda gəlib çatdı. Əlahiddə 
basmaxana açmağa pulum olmadı. Ona görə Staroselski mənim hürufatımı 


137 
Qubernski Pravleniyanın basmaxanası üçün satın aldı. Kağız və qeyri-ehtiyac 
hazırlayıb "Əkinçi" qəzetəsini çıxarmağa 1875-ci sənənin iyul ayının 2-də 
başladım. 
İyul ayına qəzetənin açılmasını salmaqdan muradım o idi ki, zikr olan 
Minasovdan başqa, türk hürufatı düzən tapılmadı. O da bircə bacısı oğlunu gətirib, 
yanında şagird saxladı. Belə də labüd qalıb mən özüm də ona gərək kömək 
edəydim. Basmaxana hər nömrəni bir küçük vərəq üstə hər 1000 vərəq basmaqdan 
ötrü məndən 15 manat həqq istədi. 
Hesab çəkib gördüm ki, qəzetəni hər iki həftədə bir dəfədən artıq çıxara 
bilmərəm. Qəzetə çıxarmaq elannaməsini Novruzda paylamışdım və Qafqazın 
tamam şəhərlərinə və böyük kəndlərinə də göndərmişdim. İyul ayınacan 100 
müştərim var idi ki, hərəsindən 3 manat, cümlətan 3000 manat vüsul olmuşdu. 
Qubernator naçalniklərə hökm yazdı ki, hər bir kəndin yüzbaşısı qəzetə alsın. Bu 
tövr ilə 300 də müştərim artdı ki, cümlətan 1200 manata qədər qəzetə satılmaqdan 
vüsul oldu. Qəzetə əldə satdırmaq və elamnamə basdırmaq da ki, ol vəqtdə yox idi, 
qəzetəni 8-9 yüzə qədər basdırırdım. Onun 400-nü müştəri olanlara və artığını 
Bakının küçə və bazarlarında paylatmaqdan savayı, qeyri-şəhərlərə də müftə 
göndərirdim ki, qəzetə oxumağa adət eləsinlər. 
Əvvəlinci nömrələri çıxarmağın zəhməti çox artıq oldu. Yayda 
şagirdlərim Bakıdan evlərinə getmişdilər. Mən tək qalmışdım və bir də Minasov 
ömründə qəzetə işi görməmişdi və çox ağır işləyirdi. Ona görə özüm yazırdım, 
hürufatı düzməyinə kömək edirdim, qələtlərini düzəldirdim. Əvvəlinci yarım ili, 
yəni yanvarın birinəcən 500 manata qədər zərər elədim. Amma müştərilərimin 
qədəri yüzdən üç yüzə qədər artdı. O ki yüzbaşılardı, naçalniklər onlara qəzetə 
vəqtində göndərmədiyinə görə onların qədəri azaldı. 
Yanvarın 1-dən 400-ə qədər müştərim var idi. Novruzdan sonra qəzetənin 
vərəqlərini böyüklətdirdim və o ilin payızında qəzetəni həftədə bir dəfə çıxartdım. 
Çünki yazıçı yoldaşlarım gün-gündən artırdı və Minasov öz bacısı oğlu ilə işə artıq 
öyrənmişdi. İl qurtaranda hesabını çəkib gördüm ki, 1000 manata qədər zərərim 
var. Üçüncü, sənə - 1877 sənədə yüzbaşılardan savay 400-ə qədər müştərim var idi. 
Mənim əvvəlinci köməkçilərim şagirdlərim idi. Onlar yazmaqdan savayı qəzetəni 
müftə paylamağa, poçta verməyə də kömək edirdilər. Onların hamısı qəzetə 
oxumaq ilə yazıb oxumağı öyrənmiş idilər və öz vətən dilində qəzetə görəndə çox 
şad olurdular. O günü onlar üçün bir böyük bayram olurdu 
"Əkinçi"nin əvvəlinci bədbəxtliyi qubernator Staroselskinin Bakıdan 
getməyi oldu. Ondan sonra vitse-qubernator bir yoğun senzor oldu. (Aleksandr 
Yulianoviç Fonderbryugen nəzərdə tutulur, ləqəbi "yoğun" - kök olmuşdur
Ukrayna almanı idi - red.). İkinci və böyük bədbəxtliyi Osmanlı davasının 
başlanmağı oldu. Nə qədər Osmanlı davası başlamamışdı, bir tövr bu yoğun ilə 


138 
yola gedirdim. Elə ki dava başlandı, özləri rus olmayan, amma rus dövlətinə ixlas 
göstərmək istəyənlər, əz an cümlə bu yoğun hər bir cəhətdə artıq diqqət edib qəzetə 
çıxarmağı düşvar elədilər. 
"Əkinçi"yə ixtiyar vermişdilər ki, siyasi xəbərləri qeyri-qəzetlərdən çap 
eləsin. Amma onların birisini də çap etməyə qoymadılar və bir tərəfdən də 
müştərilərimiz dava xəbəri istəyirlərdi. Senzordan təvəqqə elədim ki, özü qeyri-
qəzetlərin siyasi xəbərlərindən göstərsin ki, hansıları çap etmək mümkündür. Ona 
da razı olmayıb, izin verdi ki, dövlət tərəfdən hər gündə gələn telləri çap edim. 
Əlbəttə, həftədə bir dəfə çıxan qəzetədə bir həftənin müddətində gələn tellərin 
hamısını çap ctmək mümkün deyil idi. Çünki hər gündə 2-3 yüz sətrə qədər tel 
gəlirdi və onlardan seçib lazım olan qədərini də basdırmağa qoymadılar. Xülasə, 
siyasi xəbərləri basmaq mümkün olmadı və müştərilər məndən çox narazı oldular. 
Müsəlmanların düşmənləri ki, Staroselskinin vəqtində bir iş görə 
bilmirdilər, hər tərəfdən "Əkinçi"nin üstə tökülüb onun bağlanmağına səy etdilər. 
Jandarma polkovnikinə hər gündə məndən və "Əkinçi"dən adsız donoslar 
göndərdilər. Jandarma tərəfindən mənim üstümə qarovulçular qoyuldu. Onların 
birisi mənim rus qulluqçumun qardaşı adma gecələr mənzilimin içində yatırdı. 
Birisi də küçə qapısında durub mən hər tərəfə gedəndə məni aparıb-gətirirdi. O 
vəqtdə mən hər gecə 1-2 saat kluba gedib bilyard oynuyurdum və jandarma 
polkovniki də bəzi vəqtdə mənim ilə oynuyurdu. Onunla belə həftədə bir neçə dəfə 
o polkovnik məni aparıb, məndən cavab istəyirdi ki, doğrudurmu, filan günü axşam 
filankəslərin yanına gedib, filan sözü demisən. Mən ona cavab verirdim ki, filan 
saatda sənin ilə bilyard oynuyurdum. Deyirdi ki, mən özüm də yaxşı bilirəm, 
amma neyləyim, "zakon" belədir, gərək xəbər alım. 
Belə donosları bircə jandarmaya versəydilər, yenə dərd yarı idi, amma 
onları vəzirlərə, sərdara və qeyrilərə də göndərirdilər ki, onların cavablarını 
yazmaqdan biçarə jandarma yorulmuşdu. Amma bununla belə mən qəzetəni 
vəqtlərində çıxarırdım. 
Elə ki Dağıstanda şuluqluq başlandı, "Əkinçi"nin günü dəxi artıq qərə 
oldu: bir gün Nəcəf bəy Vəzirovun məqaləsi ki, Moskvadan göndərmişdi, 
vermişdim düzməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr 
oxuyub onları elm, təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olmağa izin 
vermişdi. Qəzetə çap olub paylanandan sonra qubernatorun hökmünə görə o 
nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum oradadır. 
Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri-mənası var. 
Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri-nömrə çap edəsən. 
Cavab verdim ki, qeyri-nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator 
özü bir nömrə çıxardıb paylatdı. Çünki nömrə mənim adımdan çıxmışdı, mən 
təvəqqe elədim ki, dəxi mənim adımdan qəzetə çıxarmasınlar. 


139 
Bu tövr mən istəyirdim qəzetəni vəqtilə bağlayıb dava qurtarandan sonra 
çıxardım. Amma müsəlmanların düşmənləri əl çəkmədilər. Bir gün gimnaziyanın 
direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə, gərək mən Yekaterinodar 
şəhərinə gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan 
çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim. 
Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq 
qulluğuna məni götürmədilər və bakılılardan heç kəs məni qulluğa götürmədi. 1-2 
yerə cəmiyyət qulluğuna girmək istədim, amma məni seçkidən qaraladılar və 
qaralayanlar da Bakı müsəlmanları oldu ki, oraya xaricilərdən intixab etdilər. 
Belədə mən nə ki "Əkinçi"ni dəxi çıxarda bilmədim, hətta Bakıda da qala bilməyib 
öz kəndimizə köçüb getdim. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə