Akġf aġirli


Cümhuriyyət dövrünün bolĢevik mətbuatı



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə68/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   64   65   66   67   68   69   70   71   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Cümhuriyyət dövrünün bolĢevik mətbuatı
1918-1920-ci illərdə müstəqil Azərbaycan dövlətinə müxalifətdə olan 
mətbuat orqanları içərisində bolşeviklərin yaratdıqları nəşrlər say etibarilə çox idi. 
Bolşeviklər 1917-1920-ci illərdə Azərbaycanda 40-dan artıq mətbuat orqanı nəşr 
etmişdilər. Bolşevik mətbuatını çox hazırlıqlı, marksizm ideologiyası ilə 
silahlanmış siyasi qüvvələr idarə edirdilər. Məhz bunun nəticəsində sinfi mahiyyət 
daşıyan, proletariatın avanqardı olanlar geniş mətbuat şəbəkəsi yaratmışdılar. 
Müstəqil Sovet Azərbaycanı ideyasını müdafiə edən Nəriman Nərimanovun, 
sosialist ideyalarının daşıyıcısı olan M.S.Ordubadinin, Ə.Qarayevin, Seyidcəfər 
Pişəvərinin, Ruhulla Axundovun bu baxımdan məxsusi fəaliyyəti var. 
1904-cü ildən nəşr olunan "Hümmət" qəzeti 1917-1918-ci illərdə 
bolşevizmin əsas təbliğat tribunası idi. Bu dövrdə "Hümmət" M.S.Ordubadinin və 
Dadaş Bünyadzadənin redaktorluğu ilə nəşr edilirdi. 
Cümhuriyyət dövrü bolşevik mətbuatının on fəal nümayəndəsi Əliheydər 
Qarayev idi. Əvvəlcə menşevik "Hümmət" partiyasının millətçi fraksiyasına 
mənsub olan "Al bayraq" qəzetinin redaktoru olmuşdur. Ə.Qarayevdən öncə "Al 
bayraq" Əhməd Cövdətin müdirliyi ilə nəşr olunmuş, 1919-cu ildə Tiflisdə nəşri 
dayandırılıb, Bakıya köçürülmüşdür. Bu leqal bolşevik qəzetinin Bakıda yeganə 
sayı 1920-ci il martın 31-də nəşr olunmuşdur. Qəzet Azərbaycan Xalq 
Cümhuriyyətinin fəaliyyətini tənqid edir, kütlələri sosialist inqilabi uğrunda 
mübarizəyə çağırırdı. Dövlətə qarşı çıxış etdiyi üçün bağlanılmışdır. 


131 
"Al bayraq"dan başqa Ə.Qarayevin "Əxbari", "Zəhmət sədası", 
"Azərbaycan füqərası", "Bednota", "Qolos truda", "Məşəl", "Oktyabr inqilabı" 
kimi qəzet və jurnalları da var idi. 
"Tartan-partan" Ə.Qarayevin müdirliyi ilə Tiflisdə nəşr olunan satirik 
jurnal idi ki, bu məcmuə 1918-ci ildə bir sayının çapından sonra fəaliyyəti dayandı. 
Ə.Qarayevin rusca nəşr etdiyi digər leqal bolşevik qəzeti "Bednota" idi. 
Bu nəşr 1919-cu ilin sentyabrın 14-dən oktyabrın 26-na qədər fəaliyyət 
göstərmişdi. "Bednota"da Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları və 
fəhlə konfransları barəsində yazılar dərc olunurdu. Azərbaycanın müstəqilliyinin 
əleyhinə fəaliyyət göstərdiyinə görə qapadılmışdır. 
AXC dövründə rusca nəşr olunan leqal fəhlə qəzetlərindən biri də "Nabat" 
idi. Mətbəə fəhlələrinin Həmkarlar İttifaqı tərəfindən 1919-ci ilin martın 10-dan 
iyulun 21-dək nəşr edilmiş, 4 min nüsxə tirajla 51 sayı çap olunmuşdur. "Nabat" 
11-ci nömrəyədək həftəlik, sonra isə gündəlik nəşr edilmiş, ilk saylarında 
menşeviklərin "vahid sosialist cəbhəsi" xəttini yürütmüşdür. Artıq 8-ci 
nömrəsindən sonra bolşevik platformasına keçmişdir. Müstəqillik əleyhinə təbliğat 
apardığı üçün qapadılmışdır. 
Bakıda yerli bolşeviklərlə bir mövqedə dayanan və Azərbaycan müstəqil 
dövlətinə müxalifətdə olan "Bakinets" (1907-1920), "Bakinskaya jizn" (1919), 
"Bakinskoye slovo" (1918-1920), "Bakinskoye utro" (1919), "İskra", "Naşajizn" 
(1919), "Proletariy" (1919) kimi rus dilində bir çox nəşrlər fəaliyyət göstərmişlər. 
Cümhuriyyət dövründə Azərbaycanın dövlət müstəqilliyinə, ərazi 
bütövlüyünə qarşı erməni dilində də qəzet və jurnallar çap edilirdi. 1919-cu ildə 
nəşr edilən "Artsax", "Aparay" kimi qəzetlər düşmən mövqeyindən çıxış edir, 
qarşıdurmalara əsas yaradırdı. Rus dilində işıq üzü görən "Znamya truda", 
"Yedinaya Rossiya", "Naşa vremya", "Vperyod" kimi qəzetlər milli hökumətə 
qarşı aqressiv təbliğat aparırdılar. 
Ümumiyyətlə, bu illərdə təkcə rus və ermənicə qəzetlər deyil, gürcü, 
yəhudi, polyak, farsca nəşrlər fəaliyyət göstərirdilər. Müxtəlif dillərdə nəşr olunan 
bu mətbu orqanların əksəriyyəti Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə idi.

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə