Akġf aġirli


Dövrün görkəmli publisistləri



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə64/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   60   61   62   63   64   65   66   67   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Dövrün görkəmli publisistləri
"Azərbaycan" qəzetində 
Üzeyir Hacıbəylinin 
yaradıcılıq fəaliyyətinin 
xüsusi əhəmiyyəti var. Ü.Hacıbəylinin "Azərbaycan"da istifadə etdiyi forma əsasən 
"Təəssürat" başlığı ilə verilirdi. İlk parlament jurnalisti kimi Ü.Hacıbəylinin Milli 
Şuranın iclaslarından yazdığı reportajlar forma və zənginliyinə görə seçilir, uzun 
illər keçməsinə baxmayaraq, bu qələm ustadının yaradıcılıq məhsulu indi də maraq 
kəsb edir. O, parlamentdəki hadisələri şərh və təhlil edərək baş verənləri hesabat 
xarakterində xalqa çatdırır, erməni-daşnak qüvvələrinin Qarabağ və Naxçıvanda 
apardığı terror siyasətini ifşa edirdi. 
Müəllif siyasi-publisistikasında milli birliyə və milli həmrəyliyə çağırış 
edir, anarxiyanın aradan qaldırılması və qanunlarının alililiyinin təmin olunması 
prinsiplərini önə çəkirdi. "Azərbaycan" qəzetinin 1919-cu il 198-ci sayında "Qara 
təhlükə" adlı məqaləsində çar Rusiyasının hüdudlarını bərpa etməyə çalışan, 
müstəmləkəçilik hökmranlığının tərəfdarı olan Denikin kəskin tənqid hədəfinə 
çevrilirdi. O, Azərbaycan istiqlalının düşmənlərinin Denikin və erməni-daşnak 
birləşmələrindən ibarət olmadığını yazır, "içimizdəki denikinlər" barəsində də 
xalqa məlumat verirdi. 
1918-1920-ci illərdə Üzeyir Hacıbəylinin yaradıcılığının əsas istiqaməti 
Azərbaycan isliqlalının qorunub-saxlanılması ərazi bütövlüyünün təmini, xalqın 
sosial-iqtisadi hüquqlarının müdafiə olunmasından ibarət idi. O, ermənilərin 
xalqımıza qarşı apardığı təbliğatını ifşa edir, publisistik yazılarında vaxtaşırı bu 
məsələyə kəskin münasibət bildirirdi. 
Ü.Hacıbəylinin Azərbaycanın milli müstəqilliyini qəbul etməyən, onun 
yenicə qurulan dövlətinə qəsd niyyəti güdən qüvvələrə, müxalifətçi partiyalara 
qarşı yazdığı satiralar da çox səciyyəvidir: "Gözlər var ki, dünənə qədər əsir və qul 
olan milləti bu gün azad və sərbəst görmək istəmirlər. Qulaqlar var ki, lal edilmiş 
bir millətin dilinin bu gün açılıb da söz söyləməsini eşitmək istəmirlər. Qəlblər var 
ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün müstəqil və azad olmasını 
qəbul etmək istəmirlər". 
("Azərbaycan" qəzeti, 18 kanuni - əvvəl 1918, №
 
56).


126 
Cümhuriyyət dövri milli mətbuatının siyasi-publisistikasının ən parlaq və 
ən dəyərli nümunələrinin müəlliflərindən biri də 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə