Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə63/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   59   60   61   62   63   64   65   66   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

ġəfi bəy Rüstəmbəyli 
1893-cü 
ildə Ağdaşda dünyaya göz açıb. 1911-ci illərdə Kiyev Universitetinin hüquq 
fakültəsində ali təhsil alıb və Gəncəyə qayıdaraq bir müddət burada dairə 
məhkəməsində işləyib. Ş.Rüstəmbəyli 1918-ci ildə Azərbaycan Milli Şurasının 
üzvü və eyni vaxtda "Azərbaycan" qəzetinin rusca nəşrinin redaktoru olub. Qəzetin 
səhifələrində onun Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi 
çıxıb. 
1920-ci ilin 28 aprel tarixində Azərbaycanın bolşeviklər tərəfindən 
işğalından sonra Tiflisə köçməli
 
olub. 1921-ci ildə Gürcüstanın da Qırmızı Ordu 
tərəfindən işğalından sonra Ş.Rüstəmbəyli Türkiyəyə köçür, qalan həyatını 


124 
mühacirətdə keçirir. O, İstanbulda 1923-1927-ci illərdə "Yeni Qafqaziyyə", 1928-
1931-ci illərdə "Azəri-türkü", 1928-1930-cu illərdə "Odlu yurd" və 1932-ci ildə 
"Azərbaycanın yurd bilgisi"ni çap etmişdi. Xalqın bu böyük vətənpərvər oğlu 
1960-cı ildə İstanbulda dünyasını dəyişmişdi. 
"Azərbaycan"ın ərsəyə gəlməsində yaxından iştirak edən və bir müddət 
redaktorluq etmiş 
Xəlil Ġbrahim 
1892-ci ildə Şuşada anadan olmuşdur. İbtidai 
təhsilini Şuşada aldıqdan sonra təhsilini Bakıdakı realnı məktəbdə davam etdirib. 
1912-ci ildə “Nəşri-maarif” Cəmiyyətinin Əmircandakı məktəbində müəllim kimi 
çalışıb, bədii yaradıcılıqla məşğul olub. Dövrün maarifpərvər ziyalıları ilə bir 
sırada dayanan X.İbrahim "Səda", "Açıq söz", "Bəsirət", "İqbal", "Qurtuluş yolu" 
kimi demokratik mətbu orqanlarda çalışmış, hətta bəzi qəzetlərə qısa müddətdə 
redaktorluq etmişdir. İstiqlal tariximizə ədəbiyyat, mədəniyyət xadimi, həmçinin 
görkəmli jurnalist, tənqidçi, teatrşünas kimi daxil olan Xəlil İbrahim 
"Azərbaycan"ın 1919-cu il 4 iyul tarixli sayından 1 sentyabrınadək rus dilində çap 
olunan variantın redaktoru olub. 1920-ci il aprel işğalından sonra Vətəndə qalan 
Xəlil İbrahim 1938-ci ildə repressiya olunaraq "xalq düşməni" kimi güllələnib. 
"Azərbaycan"ın redaktorları arasında Üzeyir bəy Hacıbəylinin də məxsusi 
xidməti var. Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci ildə Şuşa qəzasının 
Ağcabədi qəsəbəsində dünyaya göz açıb, ibtidai təhsilini Şuşada ikinci rus 
məktəbində almışdır. 1899-1904-cü illərdə Qori Milli Semnariyasında təhsilini 
davam etdirmişdir. Bir müddət Cəbrayılda pedoqoji fəaliyyətlə məşğul olduqdan 
sonra Bakıya köçmüşdür. Bədii yaradıcılığa publisistika ilə başlayan C.Hacıbəyli 
"Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" kimi 
qəzetlərdə və "Molla Nəsrəddin" məcmuəsində çıxış etmiş, dövrün qüdrətli qələm 
sahibi kimi tanınmışdır. Qardaşı Ceyhun Hacıbəylinin Parisə Sülh Konfransına 
getməsi ilə "Azərbaycan"da redaktorluq etmiş, ölkənin ictimai-siyasi həyatı, 
istiqlalın qorunması, ermənilərin Qarabağda törətdikləri vəhşiliklər ilə bağlı 
"Azərbaycan"ın səhifələrində xeyli sayda materiallar çap etmişdir. "Azərbaycan"ın 
ilk parlament müxbiri olan C.Hacıbəylinin parlamentdən hazırladığı reportajlar 
müasir nəsil jurnalistləri üçün örnək ola bilər. 
* * * 
"Azərbaycan"ın Gəncədə çıxan ilk dörd sayından sonra Bakıda 1918-ci 
ildə 75, 1919-cu ildə 358 və 1920-ci ildə 85 sayı işıq üzü görüb. 
Fəal jurnalistika tələblərinə cavab verən "Azərbaycan"ın mövzu dairəsi 
çox geniş idi. Burada Azərbaycan dövlətinin siyasi-ictimai, əxlaqi-mənəvi 
maraqlarını qorumaq uğrunda apardığı mübarizə istiqlalçı mətbu orqanların əsas 
devizi idi. Qəzetdəki yazılar Bakı xəbərləri, baş məqalələr, xəbərlər, teatr və 


125 
musiqi, felyeton, müsahibə, siyasi-ictimai icmallar və başqa rubrikalar altında dərc 
olunurdu. "Azərbaycan"ın bölgələrdə də xüsusi müxbirləri var idi ki, bu da 
hadisələrin operativ şəkildə işıqlandırılmasına imkanlar yaradırdı. 
Dünyada və beynəlxalq aləmdə baş verən prosesləri öz səhifələrində dərc 
etməyə çalışan "Azərbaycan" bu mövzuda analitik yazılar və informasiyalar çap 
edirdi. Belə ki, qəzetdə "Türkiyədə", "Paris xəbərləri", "Rusiya hadisələri", "İran 
işləri", "Hindistanda muxtariyyət hərəkətləri" rubrikaları altında xeyli sayda 
məqalələr işıq üzü görmüşdü. Dövlət orqanı olduğundan rəsmi sənədlər, 
protokollar və fərmanlar, parlamentin işinin işıqlandırılması da qəzetin əsas 
proqramına daxil idi. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə