Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə61/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   57   58   59   60   61   62   63   64   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Azərbaycan"ın 
ilk sayında Bakının azad olunması, Qafqaz İslam 
Ordusunun qardaş köməyi barəsində yazılar, informasiyalar kifayət qədər maraq 
doğurur. Bu haqda xəbərlərdə deyilirdi ki, Azərbaycan Cümhuriyyəti adına Qafqaz 
İslam Ordusunun komandanı Nuru Paşa həzrətləri tərəfindən belə bir teleqram 
gəlmişdir: "Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri 15.09, saat 9-a işləmiş igid 
ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Fəriq 
Nuru". Qəzetin ilk sayında "Bakının süqutu" başlığı altında yazı və bir neçə təbrik 
teleqramları dərc edilib. Belə təbriklərin birini Nuru Paşaya Fətəli Xan Xoyski 
göndərmişdir: "Qafqaz İslam Ordusu komandanı səadətli Nuru Paşa həzrətlərinə, 
təhti komandanıza olan cəsur türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtı 
olan Bakının düşməndən azad edildiyi münasibətilə millətin zati ali 
həmiyyətpərvərənlərinizi dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar 
olduğunu ərz etməklə ixtiyar edirəm, əfəndim. Heyəti vüsəla rəisi Fətəli xan". 
"Azərbaycan"ın ilk sayında Nuru Paşanın sentyabrın 15-də Gəncəyə 
göndərdiyi teleqram da dərc olunub: "Gəncədə Azərbaycan Cümhuriyyəti 
Rəyasəti - Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini 
ziyarət etmək üzrə Heyəti - Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, 
əfəndim. 15.9.34. Yavərani-həzrəti-şəhriyaridən Fərik-Nuru". "Azərbaycan" 
qəzetinin verdiyi məlumata əsasən, hökumət üzvləri həqiqətən "yarın", yəni 
sentyabrın 17-də qatarla Bakıya yola düşmüş, şəhərin azad olunması münasibətilə 
keçirilən hərbi paradda iştirak etmişlər. 
"Azərbaycan"ın Gəncədəki nəşr dövrü cəmi 10 gün çəkmiş, həftədə iki 
dəfə, cəmi isə 4 sayı işıq üzü görmüşdü. Qəzetin ilk sayı "heyəti-idarə" imzası ilə 
çap olunmuşdur. Redaksiya Gəncədə Bulatov küçəsindəki 26 saylı evdə yerləşmiş, 
sonuncu, yəni dördüncü sayı sentyabrın 25-də işıq üzü görmüşdü. İlk dəfə 4 səhifə 
ilə oxucuların görüşünə gələn "Azərbaycan"ın 4-cü sayının üç səhifəsi rus, bir 
səhifəsi isə Azərbaycan türkcəsindədir. 
İlk saylarının materiallarında imzalar olmasa da, qəzetin ərsəyə 
gəlməsində, çətinlikləri dəf etməsində Üzeyir və Ceyhun Hacıbəyovların, Şəfi bəy 
Rüstəmbəylinin əməyi böyük idi. 


122 
Qəzetin Gəncədə çıxan sonuncu sayında "İdarədən" adlı xəbərdə deyilirdi: 
"Qəzetimiz bu gündən Bakıya köçdüyünə binaən hər bir sifarişat üçün bundan 
sonra bu ünvana müraciət etməli: Bakı, "Azərbaycan" qəzeti idarəsinə". 
"Azərbaycan" Bakıya köçdükdən sonra 5-ci sayı 4 səhifədən ibarət 
olmaqla oktyabrın 3-də nəşr edildi və bu sayında özünü "gündəlik ictimai, ədəbi, 
iqtisadi türk qəzetəsi" olduğunu proqramlaşdırdı. Sərlövhəsinin altında rəsmi 
dövlət qəzeti yazılmasa da, "Azərbaycan" Xalq Cümhuriyyətinin ilk rəsmi orqanı 
idi, dövlət tərəfindən maliyyələşirdi və dövlət mətbəəsində gündəlik nəşr olunurdu. 
Qəzetin 5-ci sayının ilk səhifəsində "Hökumət qərardadı", maliyyə naziri 
Ə.Əmircanovun "Elan"ı, baş nazir Fətəli Xan Xoyskinin və ticarət və sənaye naziri 
A.Aşurbəyovun "əhalinin nəzərinə" sərlövhəli müraciətləri dərc olunmuşdur. 
"Azərbaycan" qəzetinin Bakıda çıxan ilk sayında H.Hamidin "Yeni həyat" 
və N.İ. imzalı müəllifin "Azərbaycan gənclərinə", Məhəmməd Sadiqin "Bələdiyyə 
idarələrinin nəzəri-diqqətinə", imzasız yazılmış "Bakı məsələsinə dair məqalat", 
"Osmanlı və Ermənistan münasibətlərinə dair", "Türkiyədəki erməni qəzetləri nə 
söylüyorlar" başlıqlı materiallar çap olunmuşdur. 
Ölkədə vəziyyəti nəzərə alan milli hökuməti və Qafqaz İslam Ordusu 
komandanlığı Azərbaycan dövlətini siyasi-ideoloji təxribatlardan qorumaq üçün 
ölkə ərazisində nəşr olunan mətbuat orqanlarına müvəqqəti hərbi senzura tətbiq 
etdi. Bu barədə məlumat Nuru Paşanın 1930-cu ildə Türkiyə Baş Hərbi 
Qərargahının tarix komissiyasının xahişi ilə yazdığı memuarda əksini tapıb: 
"Bakıda "Azərbaycan namında bir türkcə (rəsmi hökumət qəzetəsi) və bir də rusca 
qəzet nəşr edilirdi. Bu qəzetlər mövqe komandanlığından bir senzor heyəti 
tərəfindən müraqiə edilirdi". Əsasən hərbi məzmunlu yazılardan senzorun kəsmiş 
olduğu hissələr, ağ yerlər "Azərbaycan"ın çox az sayda nüsxələrində görünür. Bu, 
gənc 
Azərbaycanın 
ideoloji 
təxribatlardan, 
dini-etnik 
ziddiyyətlərdən 
sığortalanması üçün lazım idi. 
"Azərbaycan"ın Bakıdakı ilk saylarında ordumuzun Qarabağda apardığı 
uğurlu hərbi əməliyyatlar barəsində mütəmadi informasiyalar, məqalələr dərc 
olunurdu. 
"Azərbaycan" qəzeti Bakıda fəaliyyətə başladığı gündən əməkdaşlarının 
sayını artırdı, yeni yaradıcı qüvvələri redaksiyaya cəlb etdi ki, bu gənc yazarlardan 
biri də Cəfər Cabbarlı idi. "Azərbaycan"da XX əsrin əvvəlləri milli-ictimai fikrin 
ən görkəmli nümayəndəsi, qüdrətli qələm sahibləri iştirak edirdi. Onların arasında 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə