Akġf aġirli


Dövri mətbuatın təsnifatı



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə66/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   62   63   64   65   66   67   68   69   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Dövri mətbuatın təsnifatı 
Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əhatə edən motbu orqanları 
daşıdıqları ideyalar kimi məzmunca da bir-birindən fərqlənirdi. Mətbuat 
tariximizin araşdırıcısı, filologiya elmləri doktoru İslam Ağayev bu dövrü əhatə 
edən kütləvi informasiya vasitələrini aşağıdakı qruplarda təsnifatlandırır: 

Azərbaycan Demokratik Respublikasının ideyalarını təbliğ
edən milli 
mətbuat;
-
Milli hokumətə müxalifətdə olan bolşevik ideyalı mətbuat; 
-
Azərbaycan bolşevik mətbuatı ilə müxalifətdə olan mətbuat;
- Azərbaycanı ərazi cəhətdən parçalayıb Ermənistana birləşdirmək 
uğrunda mübarizə aparan mətbuat;
- Özünü bitərəf adlandıran, heç bir siyasi partiyaya mənsub olmayan 
informatik qəzet və jurnallar.
1918-1920-ci illərdə tək Bakıda deyil, Gəncədə, Şuşada, Tiflisdə
İrəvanda və digər bölgələrdə çap olunan mətbu orqanlar tək Azərbaycan dilində 
deyil, rus, erməni, fars, polyak, gürcü və alman dillərində nəşr edilirdi. 


128 
Bu müxtəlifdilli çeşidli mətbu orqanlar arasında daha geniş oxucu 
auditoriyasına Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı mətbu 
orqanlar malik idilər. Çünki bu tip mətbu orqanlar zəngin tarixi ənənələrə, özündən 
əvvəlki milli mətbuat nümunələrinə əsaslanırdılar. Belə qəzetlərdən biri "İstiqlal" 
idi. Bu qəzetin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü 
görüb. "İstiqlal"ın ideya-siyasi istiqaməti, məqsəd və vəzifələri M.Ə.Rəsulzadənin 
ilk nömrədə çap olunan baş məqaləsində şərh olunmuşdur: "İnsanların istiqlalına 
hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyətinə istiqlal deyilir. Hürriyyəti-
şəxsiyyə nə qədər müqəddəs isə, şəxslərin məcmusu olan millətlərin istiqlalı da o 
nisbətdə müqəddəsdir. Azərbaycan istiqlalı! İştə, bir şüar ki, firqəmiz onun ilk 
ələmdarı olmaq şərəfi ilə iftixar eylər. İştə, bu qanlarla söndürülməyən və bu gün 
hər kəsi kəndisini tanımaya vadar edən, yolunda dönməz bir əzmlə cihad etdiyimiz 
Azərbaycan istiqlalını müdafiə üçün "İstiqlal" nəşrə başlayır". Qəzetin epiqrafı 
üçün böyük türk şairi Tofiq Fikrətin
 
"Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol" 
 
 
beyti seçilmişdir. "Turan" mətbəəsində çap olunan “İstiqlal”ın əsas 
müəllifləri istiqlalçı publisistlər idi. M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala 
Məhəmmədzadə, Ə.Həmdizadə, Ümmugülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər 
Cabbarlı, Məhəmmədəli Rəsulzadə kimi dövrün qüdrətli qələm əhli “İstiqlal”ın 
əsas yaradıcı sütunları idi. 
Qəzetin "Firqə həyatı" rubrikası altında Bakı və ətraf rayonlarda Müsavat 
Partiyasının özəklərinin fəaliyyəti işıqlandırılırdı. Partiyalararası ixtilaflar, ideoloji 
savaş qəzetdə dərc olunur, siyasi polemikalara yer verilirdi. "Müsavat”la "İttihad" 
partiyaları arasında fikir iftilaxları da “İstiqlal”da dərc olunmuşdur. "İstiqlal"ın 
səhifələrində bədii ədəbiyyat da önəmli yer tuturdu. M.Ə.Rəsulzadənin, 
Ə.Cavadın, Ümmugülsümün, Əli Yusifin, C.Cabbarlının ədəbi yaradıcılığına da 
qəzetdə yer verilmişdir. 
1919-cu ildə nəşrə başlayan "Övraqi-nəfisə" aylıq ədəbi-bədii, ictimai-
siyasi jurnalın naşiri Zülfüqar Hacıbəyli, redaktoru Əliabbas Müznib idi. Rəngli 
çap olunan bu jurnalın rəsmlərini Əzim Əzimzadə çəkmişdir. 
Azərbaycanın istiqlalını, dövlət müstəqilliyini təbliğ edən "Övraqi-nəfisə" 
ermənilərin törətdikləri soyqırım və zorakılıq hərəkətləri, daşnakların vəhşilikləri 
barədə publisistik yazılar da dərc olunurdu. Ədəbiyyat, musiqi, teatr, memarlıq 
nümunələri barədə yazılarla yanaşı, fotoşəkillər də jurnalın nəfis şəkildə nəşri üçün 
əhəmiyyətli idi. Firudin bəy Köçərlinin, Abdulla Şaiqin, Camo Cəbrayılzadənin, 
Əliabbas Müznibin, Əmin Abidin, Məhəmməd Hadinin əsərləri jurnalın 


129 
səhifələrində işıq üzü görür, oxucuların marağına səbəb olurdu. "Övraqi-nəfisə"də 
ədəbiyyat tarixinə həsr olunan araşdırmalar da başlıca yer tuturdu. Burada Molla 
Pənah Vaqif, Əbdülqasım Nəbati, Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə, 
Haşım bəy Vəzirov, Məhəmməd Hadi, Əliabbas Müznib, Xədicə xanım Ədvi, 
Əliağa Vahid və başqa şair və yazıçıların tərcümeyi-halı, əsərləri çap olunurdu. 
Topluda şərq musiqisi və musiqi alətlərinə dair maraqlı yazılara da rast gəlmək 
mümkündür. Ərəb yazıçısı Cürci Zeydanın əsəri, "Tac-Mahal"ın və Bakının 
memarlıq abidələri barədə yazı və rəsmlər maraq doğurur. "Övraqi-nəfisə"nin ilk 
sayında qətlə yetirilmiş Hüseyn Ərəblinski barəsində məqalə dərc olunmuşdur. 
Jurnalın 6 sayı işıq üzü görmüşdür, kağız qıtlığı üzündən nəşri 
dayandırılmışdı. 
İlk sayı 1920-ci ilin əvvəlində çıxmış "Qurtuluş" jurnalı da Azərbaycan 
Xalq Cümhuriyyətinin ideyalarına xidmət edən nəşr idi. Bu jurnalda A.Şaiq, 
H.Cavid, S.Mümtaz və başqa ədiblər iştirak edirdilər. 1920-ci il aprel çevrilişindən 
sonra "Qurtuluş"un çapı dayandırılmışdı. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə