Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə70/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   66   67   68   69   70   71   72   73   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Nəticə 
 
Çağdaş Azərbaycan mətbuatı möhkəm tarixi ənənələrə söykənərək bu gün 
çoxsaylı problemlərə baxmayaraq, növbəti inkişaf mərhələsini yaşayır. "Əkinçi" ilə 
başlayan milli mətbuat tariximizin yaradıcıları Həsən bəy Zərdabi, Ünsizadə 
qardaşları, M.Şahtaxtlı, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ü.Hacıbəyli, 
M.Ə.Rəsulzadə, N.Nərimanov kimi qüdrətli publisistlər, dövrün çətinliklərinə, rus 
imperiyasının milli ayrıseçkilik siyasətinə, çətin senzura şəraitinə sinə gərərək 
bugünkü mətbuatımızın təməlini qoydular. Milli jurnalistikamızın əsasları 
müəyyənləşdirildi, 
mətbu 
sözün 
imkanlarından 
xalqın 
maariflənməsi, 
təşkilatlanması və dövlət quruculuğuna doğru istiqamətlənməsi prosesi ardıcıl 
şəkildə həyata keçirildi. Xalqın maariflənməsi missiyasının daşıyıcısı olan 
"Əkinçi" öz nəşri ilə milli jurnalistika sisteminin yaradılması ilə də məşğul oldu. 
"Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül" müsəlman həmrəyliyinin təbliğatçısı kimi 
xalqın bədii zövqünün formalaşmasına, azor-baycançılıq ideologiyasmın 
əsaslarınm yaradılmasına çalışdı. "Şərqi-rus" sələflərinin yolunu gedərək liberal 
dünyagörüşün təcəssümü olaraq şəxsiyyət azadlığının daşıyıcısına çevrildi. 
C.Məmmədquluzadə, Ö.F.Nemanzadə kimi jurnalistikamızın milli xarakterini 
yaratdı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun mətbu fəaliyyəti 
Azərbaycan mətbuatı tarixinə insan və hüquq azadlıqlarının, demokratiyanın, milli 
kimliyin nəzəri problemlərini gündəmə gətirdi. Siyasi publisistika milli dövlətçilik 
ideologiyasının əsaslarını formlaşdırmağa xidmət etdi. "İrşad" xalqa hürr yolu
bərabəryaşama haqqını göstərdi, "Həyat" milli kimliyin və milli özünüdərkin 
təcəssümünə çevrildi, erməni-daşnak təbliğatının qarşısına ciddi sədd oldu. 
Cəmiyyətin siyasi strukturlaşması Ə.Ağaoğlu, Ə.Hüseynzadənin yaratdıqları 
mətbu orqanlar vasitəsilə həyata keçirildi. Kütlə xalqlaşmağa doğru addım atdı, 
birləşdi və türk-müsəlman həmrəyliyi və milli varlığın qorunması cümhuriyyət 
ideallarına yol açdı. Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə parçalanan 
Azərbaycanın bütövlüyü, onun problemləri, sosial-iqtisadi durumunun çətinliyi 
milli jurnalistikamıza vətəndaş məsuliyyəti anlayışını gətirdi. Çox keçmədi ki
milli mətbuatda aparılan ideoloji diskussiyalar, problemlərin açıq şəkildə 
göstərilməsi və onun həlli yolları, xalqın azadlıq istəyinin nəticəsi kimi 
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. İstiqlalına qovuşan Azərbaycanın dövlət 
müstəqilliyini, ərazi bütövlüyünü, şəxsiyyət azadlığını, qanunların aliliyini və 
demokratiyanı təbliğ edən "Azərbaycan"ı yarandı. 1920-ci ilin 27 aprel çevrilişi 
təkcə ölkənin siyasi sistemini dəyişmədi, həm də jurnalistikasının, mətbu 
orqanlarının istiqamətlərini sosialist quruculuğuna, həmrəyliyinə yönəltdi, ölkədə 
yeni tipli qəzetlər, jurnallar nəşr olundu. 70 ildən sonra yenidən Azərbaycan öz 
istiqlalını bərpa edərək milli mətbuatın da çağdaş inkişafına başlanıldı. 


135 
Mətbuat tariximizin 1875-1920-ci illərini tədqiq edən zaman müəllifin 
gəldiyi nəticə ondan ibarətdir ki, çağdaş Azərbaycan mətbuatının şərəfli tarixi var. 
Bu tarixin hər bir mərhələsindən yeni jurnalist nəslinin öyrənməli olduğu 
nümunələr və təcrübə kifayət qədərdir. Öz tarixini bilməyən millətin taleyinin sonu 
acınacaqlı olduğu kimi, öz mətbu irsinə sahiblənməyən, ondan bəhrələnməyən 
jurnalist də peşəkar ola bilməz. Bəlkə də müəllifin gəldiyi bu qənaətə fərqli 
yanaşmalar da olacaq, ancaq fakt öz faktlığında qalır. Jurnalistin isə faktdan başqa 
heç nəyi yoxdur. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə