150
Amma şükür olsun, Aslan bəy and içdi Allaha ki, sosialistlərimiz imdada
yetişib, üçüncü qədəmimizi daha da gen qoymaq üçün qolumuzdan yapışdılar.
Qədəmlərimiz bir-birindən mübarəkdir.
Bunlara ad qoyaq.
Birinci qədəm - müstəqil hökumət.
İkinci qədəm - şürayi-milli, yaxud parlaman.
Üçüncü qədəm isə - əlbirlik!
Bütün parlaman fraksiyalarımızın İstiqlal üstündə əlbir olub,
söz-sözə
verdiklərini xoşbəxt qulaqlarımız ilə eşitdik. İnşallah bu yoldakı, işlərini görməklə
gözlərimizin də aydın olduğunu hiss edərik.
İndi doğrudan da demək olar ki:
- Millət irəli gedir!
Artıq, bu sözə gülməyəcəyik, çünki irəliyə doğru üç böyük addım atmışıq
və geri dönmək fikrimiz də yoxdur. Aslan bəy demişkən:
- O getdi:
Aslan bəy bu iki sözü bütün məclis tərəfindən gurultulu alqış almaq üçün
demədi, həqiqət elə belədir ki var:
-
O, yəni o mənhus geri - getdi! Arvadlar sözü olmasın:
- Elə getsin ki, dalınca da bir qara daş!
Haman o "mənhus geri"nin mənhus əsərlərindən idi ki, Aslan bəydən
sonra kürsü xitabətə çıxan Şeyxülislamov "Hümmət" firqəsinin adından danışmaq
istərkən başındakı fikrini söyləmək üçün ağzından söz tapmayırdı!
Aşkar idi ki, natiqin başındakı, fikir rus dilində hazırdır. İndi bunu
türkcəyə tərcümə etmək lazım. Ona görə gərək məclis əhli səbr edib, gözləsin,
lakin tərcümə üçün də türkcə yaxşı bilmək lazımdır, halbuki natiq türkcə
bisəvaddır. Pəs nə olsun?
Hər nə oldu - desin!
Odur ki, "paydar" deyəcək yerdə "paymal" deyirdi.
"Cümhuriyyətə inam" əvəzinə "cümhuriyyətə ənam" çıxırdı.
Bir çox
sözlər vardır ki, heç deyə bilmirdi, gərək məclis əhli özü başa düşə idi. Qərəz,
binəva çox əziyyət çəkirdi. Yaxşı ki, kömək edənlər az deyil idi. Bir tərəfdən sədri
məclis, bir tərəfdən də yaxındakı yoldaşları "sufliyorlıq" zəhmətini müzayiqə
etməyirdilər.
Bir də natiqin canını qurtaran bir əhvalat idi: yalan yanlış da olsa, dediyi
sözlərin mənası o qədər şayani-əhəmiyyət idi ki, haman hər mətləbindən sonra
uzun alqışlar guruldayırdı, natiq bu fasilədən istifadə edib o biri fikrini tərcüməyə
çalışırdı.
Həqiqət, Şeyxülislamov cənablarının bir para mətləblərini qızıl xətt ilə
yazıb saxlasan səzadır.
151
Deyirdi ki:
- Azərbaycan istiqlalı yolunda mübarizə etmək lazım gələrsə,
birinci
mübarizə cərgəsində biz sosialistləri görərsiniz!
-
İndi "Znamya truda" qəzetəsi müsəlman sosialistlərinin bu cürə
sözlərini eşidib də söyməsin, bəs nə eləsin? Ümidləri puç oldu getdi...
"Znamya truda"nın başına yığılmış olan yalançı sosialistlər bu ümiddə
idilər ki, Azərbaycan istiqlalının təzə qoyulmuş binasını uçurub dağıtmaqda
müsəlman sosialistləri onlar ilə əlbir olacaqdırlar və Azərbaycan evi Azərbaycan
övladının öz əlilə yıxılacaqdır.
Görünür, onlar belə güman edirmişlər ki, bizim sosialistlər, sosializm kimi
ali bir elmi ağıl və bilik sayəsində dərk etməyib, yalnız bir "moda"
olmaq üzrə
özlərinə sosialist adını qoyubdurlarmış, binaənileyhə "bizdən ayrı olmağa
utanarlar" ya ki, onları uşaq kimi tovlamaq olarmış ki, belə iş yaxşı deyil, rus
demokratiyasından ayrılıb istiqlal qurmaq sosializm işinə xəyanətdir və sairə və
sairə və sairə.
Lakin bizim sosialistlərimizin ağıl və dərrakəsi "Znamya truda" başına
yığılmışların şeytanət və xəbasətinə qələbə çalıb, sosialistlərimizin "moda" üçün
deyil, bəlkə ciddi surətdə miskinlər tərəfdarı olduqlarını hər kəsə bildirdilər.
Miskinlərin də kim olduğu məlumdur:
Bizim kəndçilərimizdən, bizim əmələ və rəncbərlərimizdən başqa miskin
kim ola bilər?
Deməli, "Znamya truda"çıların bu ümidi də çürük qoz kimi puça çıxdı,
sosialistlərimizi uşaq kimi tovlaya bilmədilər!
Odur ki, indi də qorxuzmaq istəyirlər, xox gəldi edirlər! Belə ki “Znamya
truda”nın son nömrələrinin birində bizim sosialistlərə itab və xitabən acıqlı bir
məqalə yazılıbdır:
- Siz nə ixtiyarla özünüzə "Azərbaycan sosialistləri" adını qoydunuz?
Deməli, bunların sözündən belə çıxır ki, rus sosialisti,
alman sosialisti,
firəng sosialisti olar, amma Azərbaycan sosialisti olmaz, necə ki, Azərbaycan
istiqlalı da ola bilməz!
-
Andranikləri müdafiə edən bu cürə "sosialist"lərdən hələ çox sözlər
eşidəcəyik...
Belə güman edilməsin ki, bu sətirləri
yazan özü sosialistdir, ona görə
sosialistlərimizin hünərləri haqqında bu qədər danışır. Xeyr, mən sosialist, filan
deyiləm, ola bilər ki, hələ ağlım o dərəcəyə çatmayıbdır, ancaq məni bu qədər
fərəhləndirən Azərbaycan istiqlalı məsələsində sosialistlərimizin bu dərəcə sağlam,
düzgün və həqiqi bir vəziyyətdə bulunmalarıdır.
Məni fərəhləndirən,
sosialistlərimizin parlaman kürsüsündə ağızlarından çıxan gözəl və pürməzmun
sözlərdir.
152
Məsələn, Şeyxülislamovun bu sözlərini eşidib də hansı Azərbaycan övladı
fərəhlənməz ki, deyirdi:
- İstiqlalımıza inanmayan, gələcəyimizə ümidvar olmayan adamlar,
hökumətimiz içində olmamalıdır!
Qərəz! Mətləbi uzatmayaq. Növbəti dördüncü addımmdır. Bu addımın da
adı:
- Ləyaqətdir!
Yəni müstəqil yaşamağa layiq olduğumuzu bildirsək, axırıncı olan beşinci
addımımızı da atıb mənzili-məqsədə yetişərik. Beşinci addım isə:
- İstehqaqdır.
İstiqlalə müstəhəqq olduğumuzu dünyaya aşkar edək. Bu axırıncı addım
da atılarsa, özümüzü məqsədimizin mənzilində görərik. O məqsəd isə:
- Yaşasın müstəqil Azərbaycan!
Kəlami-insaniyyət pərvəranəsinin sülh konfransında vilsonların ağzı ilə
bütün cahana elan və elam edilməsindən ibarətdir!
Dostları ilə paylaş: