Akġf aġirli


Ə.H-zadə (Əli bəy Hüseynzadə) "Həyat" № 121,19 dekabr 1905



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə75/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   71   72   73   74   75   76   77   78   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Ə.H-zadə
(Əli bəy Hüseynzadə) "Həyat" № 121,19 dekabr 1905. 
 
 
"MOLLA NƏSRƏDDĠN" BAĞLANDI 
Cümҝ günü axşam saat səkkiz idi. Yazı otağında tənha oturub 
fikirləşirdim. Fikirləşirdim ki, nə üçün bir para adamlar "Molla Nəsrəddin"in 
yazdığını, məqsədini yaxşı düşünməyib fürsət axtaranların hiylə və təvillərinə 
(başqa məna vermələrinə) aldanırlar. Nə üçün camaatımız bu qədər avamdır? 
Bu qədər qışqırıq saldılar da gündə gözlərinin qabağında min cür bidin 
(dinsiz) və biqeyrət işlərə, aşkar haram və məsiyyətlərə (günahlara) sükutla tamaşa 
edirlər... 
Mən bu cür xəyalatda ikən balkonda ayaq səsləri çoxaldı. Getdikcə 
şiddətləndi, şaşqa şıqqıltısı qaba ayaq səslərinə qarışdı. Yerimdən durdum, qapını 
açıb gördüm ki, bir sürü polis bizə doğru gəlir. 
Mən özüm-özümə dedim: genə bir müsəlmanın, bəlkə millət atası adını 
qəsb edən bir müsəlmanın donos, şəridir. 
Donos şərlərinə çox düçar olduğumuz üçün pristava gülə-gülə dedim: 
"Genə nə var?" 
Dedi: "Bir zad yox, ancaq qubernator buyurur ki, "Molla Nəsrəddin" 
idarəsi və "Qeyrət" mətbəəsi bağlansın". 
İndilik çarə nə: Ağa deyir sür dərəyə, sür dərəyə. "Molla Nəsrəddin" 
bağlandı, lakin mətbəəmiz öz işində davam edir. 
Ertəsi gün senzor idarəsinə gedib şikayət elədim ki, nə səbəb ilə 
bağladıbsınız? Təəccüb edib dedilər ki, heç bir zaddan xəbərimiz yox. O saat 
bildim ki, hansı millət atası hökumətə donosbazlıq edib, məsləkimizi hökumətə 
müzurr (zərərli) göstəribdir. 
Bildim ki, millətin heç bir dərdinə, heç bir ehtiyacına hərgiz baxmayıb 
donosbazlıqla hökumətə xidmət göstərən yalançı millətçilər kimlərdir. Bildim ki, 
maarif ağacımızı içindən yeyən yenə öz qurdumuzdur. Bildim ki, millətimizin 
hüququnu paymal (məhv) edən, millət qəlbini kəsməyə çalışan baltanın sapı yenə 
bizdəndir. Bildim ki, müsəlman donundakı islam xainləri, "Molla Nəsrəddin"in 22-
ci nömrəsində ayıların, qurdların, aslanların parçalanmış islamı qapıb yeməkləri 


146 
barəsindəki şəkilləri əldə dəstəvuz edib "Molla Nəsrəddin"i hökumətə asi göstərən 
alçaqlar nə cür müsəlmanlardır. 
Bildim ki, 22-ci nömrədə 3-cü səhifədə, birinci sütunda yazılan: "Amma 
heç kəs ilə dava eləməyibsiniz ki, niyə müsəlman qızlarını uruslaşdırırlar" 
fəryadını bir özgə dona geydirib xuliqanlıq edənlər bu cürə bir həqiqəti deyənləri 
hökumətə asi (üsyançı) göstərib millətinə xəyanət edənlər hansı xainlərdir. 
Qoy bu cəhalət babaları ikiqəpiklik mənfəətləri, üçgünlük şöhrət və 
rahatlıqları üçün hər növ xainlik, hər qisim həlqeyi-həqarəti boyunlarına keçirib bir 
neçə gün ömür sürməyə çalışsınlar. 
Qoy beş-on avamın xatiri üçün həqiqət və hikməti inkar etsinlər! Camaatı 
köhnə-qəflət və qaranlıqda saxlamağa bəzil-şeytanat (şeytanlara hədiyyə) etsinlər! 
Lakin bu bişüur (şüursuz) müstəbidlər, bu islam şəriətini əllərində 
oyuncaq edənlər burasını heç fikir etmirlər ki, belə bir vaxtda bu cür alçaq 
qulluqlar ilə milləti aldatmaq olmaz. Bu qədər şüurlarıdamı yox, bilələr ki, 
hürriyyət və müsavatı ümumiyyətlə istənilən belə bir vaxtlarda həqiqət və maarif 
selinin qabağında donosbazlıq ilə durmaq olmaz! 
Biçarələr elə güman edirlər ki, "Molla Nəsrəddin" bağlanmaqla onların 
eyibləri örtüləcək. Dəxi bilmirlər ki, aləm sürətlə dəyişilməkdədir. Bu az 
maarifimizlə də olsa, içimizdə bir çox Molla Nəsrəddinlər var. Bu gün Molla 
Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar. 
Bixəbər və qafil donosçu gərək biləydi ki, həqiqət ilə köhnə cahilanə 
adətləri 
fərq 
edənlər, 
şəriəti həqiqeyi-adətə qarışdırmayanlar getdikcə 
çoxalmaqdadır, dəxi bir para cahillərin, nadanların xatiri üçün həqiqət fəda 
edilməyəcək! 
Bu gün "Molla Nəsrəddin" bağlandı, amma "Molla Nəsrəddin"i meydana 
gətirən fikirlər bağlanılmayacaq. 
"Molla Nəsrəddin" müdiri və mühərrirləri çoxdan söyülməyi, bağlanmağı, 
nadanların tənə (rişxənd) və töhmətini və xurafatpərəstlərin küfrünü gözünə 
almışdır. "Molla Nəsrəddin"in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz 
qüsuratımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyə mane olan öz cahilanə 
adətlərimizə acı-acı gülüb millətin səadətinə çalışmaqdır. Binaən-əleyh (o səbəbə 
görə) heç bir təhdid, donosbazlıq, bağlanmaqlıq "Molla Nəsrəddin"in bu əzm və 
məsləkinə mane olmayacaqdır. 
"Molla Nəsrəddin"in müdiri - möhtərəminə vəkalətən həqiqətpərəst 
müştərilərə kəməli-cürətlə ərz edirəm ki, "Molla Nəsrəddin"in yenə özü və ya onun 
əvəzi yaxın vaxtda mövqeyi-intişara qoyulacaqdır. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə