Akġf aġirli


"ĠrĢad" qəzeti, № - 122, 2 dekabr 1907-ci il



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə73/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   69   70   71   72   73   74   75   76   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"ĠrĢad" qəzeti, № - 122, 2 dekabr 1907-ci il 
 
Zaqafqaziya müsəlmanlarını 
necə adlandırmalı 
Yaxın zamanlara qədər Zaqafqaziya islam əhlini rus dilində müsəlman 
adlandırırdılar. Bu anlayış altında təkcə islam dininə sitayiş edənləri yox, 
ümumiyyətlə türk dilində danışan Rusiya Zaqafqaziyasının əhalisini nəzərdə 
tuturdular. Dinlərinə görə ruslar tərəfindən xalqın belə adlandırılması 
müsəlmanların özlərindən qaynaqlanır. Çünki onlar indiyə qədər milli dil və din 
anlayışlarını itirib, öz xalqlarını və öz dillərini müsəlman adlandırırlar. 
Hansı xalqa məxsusdurlar və hansı dildə danışırlar - sualına Zaqafqaziya 
müsəlmanı başqa cavab vermir, yalnız deyir ki, o, müsəlmandır və müsəlmanca 
danışır. Erməni-katoliklər də öz xalqlarını və dillərini katolik adlandırırlar. 
Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox
xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus 
dilində tatar adlandırmağa başlamışdılar. Amma bu yeniliyi heç cür uğurlu hesab 
etmək olmaz. 
Zaqafqaziya məhəmmədilərinin danışdığı dil tatar dili deyil, türk dilidir 
ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı 
türkcələri. 
Zaqafqaziya müsəlmanlarının tatar adlandırılması təcrübəsinin yerinə 
düşmədiyi Bakıda da hiss olunur. Burada daxili quberniyaların tatarları ilə daha 
yaxşı tanış olan ruslar başqalarından tez hiss edirlər ki, Zaqafqaziya türkü ilə daxili 
quberniyadan olan tatar arasında nə qədər böyük fərq var: dilində, görkəmində, 
qanunlarında, adətlərində. Buradan da o irəli gəlir ki, Bakıda da Zaqafqaziya islam 


142 
əhlini fars adlandırma yerinə düşmür. Əgər Zaqafqaziya türkü tatar deyilsə, heç 
fars da deyildir. Xalqlar bir-biri ilə dillərinə görə fərqlənirlər. Türk dili ilə fars dili 
öz aralarında tamamilə fərqlidirlər. 
Zaqafqaziya müsəlmanlarını tatar adlandırmaq həm də ona görə düzgün 
deyil ki, bu müsəlmanların nə özləri, nə də onların yaxın qonşuları - farslar, 
osmanlılar, kürdlər, nə də ermənilər onları bu adla adlandırmayıblar və heç bir 
başqa ad haqda eşitmək belə istəmirlər. Düzünü desək, bu, hətta onları təhqir də 
edir. Tamerlanın hücumları zamanından tatar adı monqol işğalçıları tərəfindən 
qarət edilmiş bütöv Asiyada acıqlı və nifrətlə çəkilir. 
Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun dilini isə Azərbaycan 
dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İrandan Rusiyanın 
payına düşmüş Aderbedjan (Azərbaycan) mahalı - indiki Zaqafqaziyadır, əhalisi də 
türk xalqıdır. Onları həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və 
etnoqrafları başqa adla yox, ancaq Azərbaycan türkləri adlandırırlar. 
Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək 
rahat deyil: məsələn, azərbaycanlı türk və yaxud aderbedjanlı türk dili. 
Ona görə də Zaqafqaziya müsəlmanları azərbaycanlı, Zaqafqaziya türk 
dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə