Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə77/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   73   74   75   76   77   78   79   80   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

DĠL, DĠN VƏ ZAMAN 
Dilcə - biz türküz, türklük milliyyətimizdir. Binaən əleyh (ona görə) 
müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə 
malikiyyətimiz-məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs 
qayeyi-amalımız, işıqlı yıldızımızdır. 
Dincə - müsəlmanız. Hər bir din öz mütədəyyinləri (inananları) arasında 
məxsusi bir təməddün (mədəniyyət) vücuda gətirmişdir ki, bu təməddün də bir 
beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz türklər 
beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətlərilə şərikli bir əxlaqa, 
dini bir tarixə, müştərək bir yazıya, xülasə ortaq bir təməddünə malikiz. Qəlblər bir 
Allaha mütəvəcce (üz tutan) və dilimiz müəyyən virdlər (daim təkrar edilib 
söylənən, dualarla mütəzəkkir (yada salınan) olduğundan bütün müsəlmanlarla 
şərik bir ruha sahibiz. Bu şəriklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi 
mütəzərrir etdiyi kimi, bu yolda olacaq islahat feyzlərindən də bizi nəsibsiz 
qoymaz. 
Zamanca da - biz texnikanın (alyatın), elm və fənnin möcüzələr yaradan 
bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqa 
əsrimizdəki elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası 
ilə zəmanə adamı olmalıyız. 
Demək ki sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna 
çalışmaq istərsək ki, zaman bunu iqtiza (tələb) ediyor - mütləqa 3 əsasa 
sarılmalıyız. 
 
TÜRKLƏġMƏK,
ĠSLAMLAġMAQ VƏ MÜASĠRLƏġMƏK 
İştə millətimizin həyati-ictimaiyyəsini islah üçün üzərinə dayandığımız se 
(üç) payeyi-mədəniyyət!. 
Xülasə, tutacağımız yolda önümüzə çıxacaq olanlara qarşı yeganə 
vasitəmiz olacaq açıq söz! 


149 
M.Ə.Rəsulzadə,
"Açıq söz" № - l, 2 oktyabr 1915 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə