Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə79/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   76   77   78   79   80   81   82   83   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Azərbaycan" qəzeti
16 dekabr 1918-ci il №
 
66 
 
 
Üzeyir bəy Həcıbəyli 
QARABAĞ HAQQINDA 
 
Təqribən bir ay bundan əvvəl idi ki, Qarabağdan gələn ahu-fəryadlar həm 
hökumətimizi, həm də cəmiyyətimizi təhciz etməklə Azərbaycan torpağının bu 
hissəsinə xüsusi bir nəzər yetirilməsini tələb edirdi. 
Nə olmuşdu orada? 
Ermənilərin generalı ədd olunan Andranik öz xunxar dəstəsilə Qarabağın 
Zəngəzur adlanan uyezdi üzərinə tökülüb müsəlman əhalisini qətlü-qarət kimi 
quldurlara məxsus əməlləri ilə tədhiş edib buraları "müsəlmanlardan təmizləmək" 
istəyirdi. 
Şübhəsizdir ki, hökumətimiz Azərbaycan türklərinə qarşı icra edilən və 
rəva görülən bu vəhşiliklərə göz yuma və istimdad fəryadlarına qulaq asmaya 
bilməzdi. Hökumətimiz ingilis komandasının nəzərini dəxi bu günə, vəhşi əməllərə 
cəlb edib Andranikin əmali-vəhşiyanəsinə nəhayət çəkdirdi. 
Andranik fitnəsi nəticəsi olaraq Qarabağın hal və ovzayi elə bir fövqəladə 
surət kəsb etdi ki, hökumətin bu cəhət haqqında xüsusi qeydkeşliyinə böyük bir 
ehtiyac görünüb, ciddi tədbirlər ittixazi lazım gəldi. 


153 
Bu tədbirlər nə ola bilərdi? Qarabağı işlər düzələcəyə qədər müvəqqəti 
olaraq ümumi idarə təhdindən ayırıb xüsusi bir idarə altına almaq ki, əvvələn, 
Qarabağın fövqəladə haləti mərkəzi hökumətin ümum - məmləkət qeydkeşliyi işinə 
xələl yetirməsin, yəni hökumət bütün diqqəti yalnız bir Qarabağa münhəsir etmək 
məcburiyyətində qalmasın və saniyən Qarabağ dəxi fövqəladə halətinə görə lazım 
olan xüsusi tədbirlər ittixazindən mərhum edilməsin, o idi ki, hökumət Zəngəzur, 
Şuşa, Cəbrayıl və Cavanşir uyezdlərindən ibarət olan Qarabağı xüsusi bir general-
qubernatorluq şəklinə salmaq əmrini lazım və vacib bildi. Mərkəzi hökumətin 
vəkili ycrinə olan general-qubernatora hökumətdən bir para fövqəladə ixtiyarat 
veriləcəkdir ki, Qarabağın fövqəladə halətini adi bir surətə salmaq yolunda o 
ixtiyaratdan istifadələr etsin. 
Təkrar edirik ki, aclıq, azar, yolsuzluq, əmniyyətsizlik şuriş narazılıq və 
sair bu kimi hadisələrdən əmələ gələn bu fövqəladə halət Andranik avantürasının 
nəticəsindən nəşət edən bir vaqeədir, binaən-ileyhə hökumətimizin Qarabağda 
general-qubernatorluq təşkil etmək tədbirinə dəxi Andranik hərəkatı səbəb 
olmuşdur. 
Andranik Azərbaycan hüduduna soxulub da vəhşiliklər icra edərkən 
hökumətimiz Ararat hökumətinə müraciət edib Andranikin oraya qarşı münasibəti 
nə olduğunu istifsar etdi. Ararat hökuməti ikiəlli Andraniki rədd edib "onun bizə 
heç bir dəxli yoxdur, xudsər bir adamdır" deyə cavab verdi. Andranik dəxi öz 
tərəfindən erməni hökumətindən küsdüyünü, təkrar-təkrar söyləməyi mövqeyi 
gələn yerlərdə müzayiqə etməyirdi. 
Erməni hökumətinin Andranikdən üz döndərib də incimiş olduğuna və 
bunun da o hökumətdən küsməyinə safdərunların və ya iş bilənlərin nə nəzərlə 
baxdıqları başqa məsələdir. Hər halda biz erməni hökumətinin sözlərinə inanmağı 
qərar qoyub və Andranikin erməni hökumətinə dəxli olmayan xudsər bir quldur 
olduğu nöqteyi-nəzərdə dayanıb öz torpağımızı və öz əhalimizi bu quldurun 
əlindən xilas etməyə çalışdıq və biləxərə bu işdə müvəffəqiyyət hasil etdik. Bəd 
andraniklər tərəfindən vurulmuş zərbələrin yaralarını sağaltmaq üçün o zərbələrə 
uğramış olan yerlərimizi öz məsləhətimizə görə xüsusi bir idarə altına alıb, 
general-qubernatorluq təşkil etmək istədik. 
Halbuki bizim bu tədbirimiz Ararat hökumətinə xoş gəlməyibdir. Bu 
xüsusda protest edib "Ermənistan ərazisi hüququnda təcavüz" olunur deyir. 
Bu əhvalı eşitmiş olan "Naşa vremya" adlı erməni qəzetəsi ki, Bakı 
erməni milli komitəsinin naşiri-əfkarıdır. Birdən-birə qorxuya düşüb Allah 
eləməsin ki, bu işin axırı müharibəyə müncərr ola deyib nədənsə "müharibə" 
sözünü tez meydana atır və gözləmədiyimiz bir halda erməni cümhuriyyətinin 
halını fəna və müşkül bir surətdə təsvir edib, müharibə olursa, bu hal daha fəna bir 
şəklə girəcəyindən bəhs edir və bəhsinə "ciddiyyət şəkli" vermək üçün 


154 
Ümumazərbaycan demokratiyasına müraciət edərək "provakasiyaya uymayın" 
deyə xəbərdarlıq etməklə hökumətimizin tədbirlərini fitnə və provakasiya 
adlandırır. 
Quldur Andranikin vəhşiliklərinə qarşı məzəmmət yolu ilə bir söz belə 
ağzına almayan və biləks Andranikin bir erməni "qəhrəmanı" sifətiylə sənaxani 
olan və onun bütün vəhşiliklərini təsvibə çalışan bu qəzetə hökumətimzin bu 
tədbirini gözü yummadan fitnə adlandırıb məsələnin nədən nəşət etdiyi haqqında 
bir söz belə söyləməyir və tez "müharibə" sözünü meydan mətbuata çıxarıb, bu 
sözlə Azərbaycan demokratiyasını qorxutmaqını istəyir ki, bəlkə bu qorxu üzündən 
Qarabağın general-qubernatorluq təşkilinə xələl yetirsin və ya həqiqətənmi bu işin 
müharibəyə müncərr olacağından, müharibə olursa erməni cümhuriyyətinin halı 
fəna bir surətə düşəcəyindən təşvişə düşür. Burası bir dürlü anlaşılmayır. Bəlkə 
tərəf-müqabilin "zəif olduğunu" bizə işarə edib də bizi davaya qızışdırıb ki, 
müharibəni biz başlayaq və bassaq da, basmasaq da təqsir bizim üzərimizə düşsün! 
Hər halda bu qəzetənin tez "müharibə sözünü ortaya salınması və erməni 
hökumətini zəif bir halda təsvir etməsi şayani-diqqətdir. 
Bizə qalarsa əminik ki, hökumətimiz Qarabağda general-qubernatorluq 
təşkil etmək istərkən erməni hökuməti ilə müharibəyə girmək ehtimalını heç 
xəyalına belə gətirməmişdir, çünki Qarabağ bizim, biz bizim. Öz yerimizdə, öz 
torpağımızda nə siyaq "adminstrativ" şəkillər yapacağımız bizim öz işimizdir. 
Erməni hökumətinin və ya erməni milli komitəsinin bu cürə işlərimizə qatışmağa 
heç bir haqları olmadığını özləri bilmirlərsə, o halda siyasiyatın ibtidai 
qaydalarından bixəbər və cahildirlər, özgələrindən öyrənsinlər. Və əlavə tutalım ki, 
Qarabağda general-qubernatorluq təşkili "erməni mənafeyinə toxunur". Haman 
saat müharibə etmək lazım gəlirmi? Və bir də erməni-gürcü müharibəsindən sonra 
hər tərəfin və müttəfiqlər komandasının da rəyi bu cürə hüdud məsələlərini 
konfranslarla, danışıqla, sülh və sazişlə həll etmək qərarı ittixaz olduqdan sonra 
hüdud məsələsinə aid olan bu işdə dəxi saziş və danışıq lüzumundan bəhs etmək 
əvəzinə, tez müharibə sözünü oraya salmaqda "Naşa vremya"nın məqsədi öz 
fitnəkarlıq xasiyyətini bildirməkdirsə, zəhmət çəkməsin, özümüz ondan da yaxşı 
bilirik. Yox, bizi qızışdırmaq və ya sınamaq isə, onu da anlayacaq qədər dərrakə və 
fərasətimiz vardır. 
Aramızda müharibə olarsa, erməni cümhuriyyətinin halı fəna olacağına 
şübhəmiz yoxdur, lakin hər halda biz müharibə xəyalında deyilik. Biz öz daxili 
islahat işlərimiz ilə məşğuluq. Müharibə etmək istəsə idik, əlimizdə böyük 
bəhanəmiz dəxi vardı. Halbuki indi müharibəyə heç bir tərəfin, heç bir bəhanəsi 
yoxdur. Ararat hökuməti şükür eyləsin ki, biz onun "Andranikin bizə dəxli yoxdur" 
sözünə inanıb da Andraniki xüdsər bir quldur sifətilə torpağımızdan rədd etdik. 
İndi də o quldurun hərəkati-vəhşiyanəsindən dolayı əhalimizə varid olan zərər və 


155 
ziyanları rəf etmək işilə məşğuluq. Əgər bizim bu işimizdən erməni 
cümhuriyyətinə və erməni "ərazisinə" bir xələl edirsə, bu xüsusda dəlillərini 
meydana qoyub müzakirəyə girsinlər. Yoxsa gözü yummadan protest etmək və ya 
müharibədən söz salmaq fitnə və provakatorluqdan başqa bir şey deyildir. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə