Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə81/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   76   77   78   79   80   81   82   83   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Azərbaycan" qəzeti
9 dekabr 1918-ci il №
 
60 
 
 
Məhəmməd Əmin Rəsulzadə
 
MƏTBUAT AZADLIĞI 
 

Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı 
olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. 
O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və 
xoşbəxt olsun. Bu məsələni lazımınca dərk etmək və anlamaq istəyiriksə, onda 


158 
gərək mətbuat tarixini oxuyub araşdıraq, onun vəzifələrini və müxtəlif 
vəziyyətlərini təhlil edək. 
Yunan filosofu Ərəstun deyir: "İnsan ağıllı vücuddur. Onun ağlı və 
işgörmə qabiliyyəti var, bunlardan biri olmasa və ya təzyiq altına düşsə, həmin 
insanın yaradıcılıq qabiliyyəti itmiş olar". 
İnsanın zəkası və fəaliyyəti həmişə irəliyə və yüksəyə can atır. Yaşayan 
hər şəxs düşünür, daim irəliləyir, deyişir, onu əhatə edən mühitlə təmasda olur. 
İctimai həyat - xarici hadisələr və insanlar arasındakı əlaqədən başqa bir şey deyil. 
Biz bir-birimizlə bağlıyıq, bir-birimizi duyur, bir-birimizlə fikir mübadiləsi edirik. 
Beləliklə, ictimai əlaqə saxlayıb ehtiyaclarımızı ödəyirik. 
Əlaqə müstəqim və qeyri-müstəqim olur. Gündəlik ehtiyaclar müstəqim 
əlaqə nəticəsində tədricən ödənilir, bunu da danışıqlar yaradır. 
Qeyri-müstəqim əlaqələr isə yazı vasitəsilə yerinə yetirilə bilər.
Əlaqələr əvvəlcə insanlar arasında bilavasitə görüşmə, ikincisi yazı 
vasitəsilə həyata keçirilir. İkinci halda adamlar bir-birini görmürlər. 
Vəziyyət nəzərdən keçirilsə, görürük ki, qeyri-müstəqim əlaqə üçün 
yazının meydana gəlməsi zəmridir. Bunu dərk etmək çətin deyil. O zamankı 
insanlar icma halında çox sadə yaşayırdılar, ictimai ehtiyaclarımı ödəyə bilirdilər. 
O vaxt onların yazıya ehtiyacları olduğunu təsəvvür etmək olmaz. Bunu da bilirik 
ki, ehtiyac onları səy və çalışmağa məcbur edir. Tədrici və təbii irəliləyiş
cəmiyyətin inkişafı, cəmiyyət üzvlərinin bu və ya digər yerlərə səfərləri və ümumi 
ehtiyacların ödənilməsi zərurəti nəticəsində yazı meydana gəldi. İnsanların ümumi 
ehtiyacları xeyli çoxaldığından ümumi və xüsusi məişət əvvəlki halından çıxdı, 
fikirlər genişləndi və hissiyyat artdı, onun nəticəsində də yazı ilə insanlar arasında 
əlaqə genişləndi. 
Nə qədər ki həyat şəraiti, yaşayış tərzi sadə, qeyri-müstəqim idi, yazı da 
xüsusi və şəxsi səciyyə daşıyırdı. Amma yavaş-yavaş ictimai məsələlər 
genişləndikcə xəbərlər və yazılar xüsusilikdən çıxdı, ümumi məlumata və ümumi 
mənafeyə xidmət etdi. 
Beləliklə, xüsusilikdən çıxan yazı ümumi mətbuatın mənşəyi oldu, onun 
ictimai vəzifələri də buradan başladı. Əsrlər boyu mətbuatın təkamül tarixini 
nəzərdən keçirsək, onun əvvəllər necə olduğunu və simasının necə dəyişdiyini 
görərik. Mətbuatın əsasını qədimdəki xüsusi yazı və məktublar təşkil edir. Onlarda 
həmin dövrə aid məsələlərdən bəhs olunur və ümumi xəbərlər verilirdi. Belə 
məktublar qəzet, mətbuat rolu oynayırdı. Dostlar, xidmətçilər (katiblər) və məşhur 
adamlar ətraflı məktublar yazırdılar. Onları oxuyub əldən-əldə ötürürdülər, camaat 
mühüm hadisələrdən xəbər tuturdu. Bu cür təbliğat və nəşriyyat vasitəsi 
keçmişimizdən bizə irs qalsa da, bir müddət bu iş yüksək rütbəlilər arasında davam 
edirdi. İndi də, bilirsiz ki, hər kəs xaricdən vətəninə, ya dostuna məktub 


159 
göndərəndə "o ölkədən xəbərlər və s..."dən yazır. Eləcə də vətəndən xaricə 
məktubda istinasız yazır: "Ölkənin xəbərləri belədir... və ilaxır" və ya başqa 
məsələlərdən bəhs edir. 
Nəhayət, yeni mətbuat meydana gəlir. Nəşriyyat yarandıqdan sonra bir 
neçə məsələ ortadan çıxır. 
Mətbuatın tərifı və xüsusiyyətləri haqqında demək olar ki, mətbuat ümumi 
məsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın 
nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır, birinci - yazmaq, ikinci - ümumi 
mənafe, üçüncü - yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da yoxdur. Yazı 
ümumi mənafeyə xidmət edib geniş yayılmırsa, o, mətbuat yox, şəxsi yazıdır. 
Mövzunun ümumiliyini, həmçinin yayılmasını müqayisə etsək, demək olar ki, 
mətbuatda gedən yazı ümumi mənafeyi güdmürsə, xalqın nəzərinə çatmırsa, o, 
mətbuat hesab oluna bilməz. Bunlar mətbuatın xüsusiyyətləridir. Həmin 
xüsusiyyətləri öyrənib dərk etmədən bilmək olmaz ki, mətbuatın vəzifələri, 
mətbuat azadlığı nədir və ona nə lazımdır? 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə