Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə78/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   74   75   76   77   78   79   80   81   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Üzeyir bəy Həcıbəyli 
 
 
TƏƏSSÜRAT 
 
Parlamanımız ikinci iniqadında fraksiyaların bəyannamələrini eşitdik. 
Əvvəl sözünü deyən "Müsavat" oldu. 
"...Mülkədarlarla xüsusi maliklərə məxsus olan torpaqlar pulsuz və 
əvəzsiz olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir" dedikdə məclis əhlindən 
bir parası qurcalandılar. Lakin sol tərəfin gurultulu alqışı "işin üstünü örtüb" əhvalı 
dəyişməklə bərabər, mürgüləyən əzaları da yuxudan oyadı. 
“Müsavat”dan sonra "Sosialistlər bloku"nun adamları çıxdı. 
Aslanbəy Səfikürdski bəy də olsa kəndçi tərəfdarıdır. Kənd əhlinin ağır 
halı Aslan bəyə o qədər təsir edibdir ki, o təsiri parlaman əhlinə yetirmək üçün, 
bəlkə sözünə inanmazlar deyə kərratilə Allah-taalaya and içirdi: 
"Vallah, mən doğru deyirəm. 
Camaat əldən getdi, Allaha and olsun!" 
Mən onu gözləyirdim ki, camaatdan birisi durub deyəcək: 
-
Mən ölüm, doğru deyirsən? Bu da cavab verəcəkdir ki: 
-
Sən öl: Həzrət Abbas haqqı! 
Görünür bizim sosialistlər özgə millət sosialistləri kimi deyildirlər: 
Allaha, peyğəmbərə inanırlar. 
Amma mənim qəlbimi şad edən burasıdır ki, bizim sosialistlər 
Azərbaycanın istiqlaliyyətinə də inanırlar! 
Burası, sosialistlərimiz tərəfindən göstərilən siyasi bir hünərdir ki, bu 
hünər düşmənlərimizi məqhur və məyus, dostlarımızı isə məsrur və məmnun edib 
ümidsizlərə ümid, ümidlilərə də qüvvət və səbat verməklə yavaş-yavaş da olsa 
mənzili-məqsədə tərəf qədəməndaz oluruq. 
Biz bir şeydən qorxuruq: 
İstiqlal yolunda iki qədəm atmışıq, birisi istiqlali-elana və müstəqil 
hökumət təşkili, ikincisi isə parlaman açılması. 
Biz qorxurduq ki, üçüncü qədəmi atmağa bizə imkan verməyib, yoldan 
qaytaralar... 


150 
Amma şükür olsun, Aslan bəy and içdi Allaha ki, sosialistlərimiz imdada 
yetişib, üçüncü qədəmimizi daha da gen qoymaq üçün qolumuzdan yapışdılar. 
Qədəmlərimiz bir-birindən mübarəkdir. 
Bunlara ad qoyaq. 
Birinci qədəm - müstəqil hökumət. 
İkinci qədəm - şürayi-milli, yaxud parlaman. 
Üçüncü qədəm isə - əlbirlik! 
Bütün parlaman fraksiyalarımızın İstiqlal üstündə əlbir olub, söz-sözə 
verdiklərini xoşbəxt qulaqlarımız ilə eşitdik. İnşallah bu yoldakı, işlərini görməklə 
gözlərimizin də aydın olduğunu hiss edərik. 
İndi doğrudan da demək olar ki: 
- Millət irəli gedir! 
Artıq, bu sözə gülməyəcəyik, çünki irəliyə doğru üç böyük addım atmışıq 
və geri dönmək fikrimiz də yoxdur. Aslan bəy demişkən: 
- O getdi: 
Aslan bəy bu iki sözü bütün məclis tərəfindən gurultulu alqış almaq üçün 
demədi, həqiqət elə belədir ki var: 
-
O, yəni o mənhus geri - getdi! Arvadlar sözü olmasın: 
- Elə getsin ki, dalınca da bir qara daş! 
Haman o "mənhus geri"nin mənhus əsərlərindən idi ki, Aslan bəydən 
sonra kürsü xitabətə çıxan Şeyxülislamov "Hümmət" firqəsinin adından danışmaq 
istərkən başındakı fikrini söyləmək üçün ağzından söz tapmayırdı! 
Aşkar idi ki, natiqin başındakı, fikir rus dilində hazırdır. İndi bunu 
türkcəyə tərcümə etmək lazım. Ona görə gərək məclis əhli səbr edib, gözləsin, 
lakin tərcümə üçün də türkcə yaxşı bilmək lazımdır, halbuki natiq türkcə 
bisəvaddır. Pəs nə olsun? 
Hər nə oldu - desin! 
Odur ki, "paydar" deyəcək yerdə "paymal" deyirdi. 
"Cümhuriyyətə inam" əvəzinə "cümhuriyyətə ənam" çıxırdı. Bir çox 
sözlər vardır ki, heç deyə bilmirdi, gərək məclis əhli özü başa düşə idi. Qərəz, 
binəva çox əziyyət çəkirdi. Yaxşı ki, kömək edənlər az deyil idi. Bir tərəfdən sədri 
məclis, bir tərəfdən də yaxındakı yoldaşları "sufliyorlıq" zəhmətini müzayiqə 
etməyirdilər. 
Bir də natiqin canını qurtaran bir əhvalat idi: yalan yanlış da olsa, dediyi 
sözlərin mənası o qədər şayani-əhəmiyyət idi ki, haman hər mətləbindən sonra 
uzun alqışlar guruldayırdı, natiq bu fasilədən istifadə edib o biri fikrini tərcüməyə 
çalışırdı. 
Həqiqət, Şeyxülislamov cənablarının bir para mətləblərini qızıl xətt ilə 
yazıb saxlasan səzadır. 


151 
Deyirdi ki: 
- Azərbaycan istiqlalı yolunda mübarizə etmək lazım gələrsə, birinci 
mübarizə cərgəsində biz sosialistləri görərsiniz! 
-
İndi "Znamya truda" qəzetəsi müsəlman sosialistlərinin bu cürə 
sözlərini eşidib də söyməsin, bəs nə eləsin? Ümidləri puç oldu getdi... 
"Znamya truda"nın başına yığılmış olan yalançı sosialistlər bu ümiddə 
idilər ki, Azərbaycan istiqlalının təzə qoyulmuş binasını uçurub dağıtmaqda 
müsəlman sosialistləri onlar ilə əlbir olacaqdırlar və Azərbaycan evi Azərbaycan 
övladının öz əlilə yıxılacaqdır. 
Görünür, onlar belə güman edirmişlər ki, bizim sosialistlər, sosializm kimi 
ali bir elmi ağıl və bilik sayəsində dərk etməyib, yalnız bir "moda" olmaq üzrə 
özlərinə sosialist adını qoyubdurlarmış, binaənileyhə "bizdən ayrı olmağa 
utanarlar" ya ki, onları uşaq kimi tovlamaq olarmış ki, belə iş yaxşı deyil, rus 
demokratiyasından ayrılıb istiqlal qurmaq sosializm işinə xəyanətdir və sairə və 
sairə və sairə. 
Lakin bizim sosialistlərimizin ağıl və dərrakəsi "Znamya truda" başına 
yığılmışların şeytanət və xəbasətinə qələbə çalıb, sosialistlərimizin "moda" üçün 
deyil, bəlkə ciddi surətdə miskinlər tərəfdarı olduqlarını hər kəsə bildirdilər. 
Miskinlərin də kim olduğu məlumdur: 
Bizim kəndçilərimizdən, bizim əmələ və rəncbərlərimizdən başqa miskin 
kim ola bilər? 
Deməli, "Znamya truda"çıların bu ümidi də çürük qoz kimi puça çıxdı, 
sosialistlərimizi uşaq kimi tovlaya bilmədilər! 
Odur ki, indi də qorxuzmaq istəyirlər, xox gəldi edirlər! Belə ki “Znamya 
truda”nın son nömrələrinin birində bizim sosialistlərə itab və xitabən acıqlı bir 
məqalə yazılıbdır: 
- Siz nə ixtiyarla özünüzə "Azərbaycan sosialistləri" adını qoydunuz? 
Deməli, bunların sözündən belə çıxır ki, rus sosialisti, alman sosialisti
firəng sosialisti olar, amma Azərbaycan sosialisti olmaz, necə ki, Azərbaycan 
istiqlalı da ola bilməz! 
-
Andranikləri müdafiə edən bu cürə "sosialist"lərdən hələ çox sözlər 
eşidəcəyik... 
Belə güman edilməsin ki, bu sətirləri yazan özü sosialistdir, ona görə 
sosialistlərimizin hünərləri haqqında bu qədər danışır. Xeyr, mən sosialist, filan 
deyiləm, ola bilər ki, hələ ağlım o dərəcəyə çatmayıbdır, ancaq məni bu qədər 
fərəhləndirən Azərbaycan istiqlalı məsələsində sosialistlərimizin bu dərəcə sağlam, 
düzgün və həqiqi bir vəziyyətdə bulunmalarıdır. Məni fərəhləndirən
sosialistlərimizin parlaman kürsüsündə ağızlarından çıxan gözəl və pürməzmun 
sözlərdir. 


152 
Məsələn, Şeyxülislamovun bu sözlərini eşidib də hansı Azərbaycan övladı 
fərəhlənməz ki, deyirdi: 
- İstiqlalımıza inanmayan, gələcəyimizə ümidvar olmayan adamlar, 
hökumətimiz içində olmamalıdır! 
Qərəz! Mətləbi uzatmayaq. Növbəti dördüncü addımmdır. Bu addımın da 
adı: 
- Ləyaqətdir! 
Yəni müstəqil yaşamağa layiq olduğumuzu bildirsək, axırıncı olan beşinci 
addımımızı da atıb mənzili-məqsədə yetişərik. Beşinci addım isə: 
- İstehqaqdır. 
İstiqlalə müstəhəqq olduğumuzu dünyaya aşkar edək. Bu axırıncı addım 
da atılarsa, özümüzü məqsədimizin mənzilində görərik. O məqsəd isə: 
- Yaşasın müstəqil Azərbaycan! 
Kəlami-insaniyyət pərvəranəsinin sülh konfransında vilsonların ağzı ilə 
bütün cahana elan və elam edilməsindən ibarətdir! 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə