Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə80/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   76   77   78   79   80   81   82   83   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Azərbaycan" qəzeti 
30 yanvar 1919-cu il № 101 
 
 
Üzeyir bəy Həcıbəyli 
TƏƏSSÜRAT 
Parlamanımız açıldı, gördük Fətəli xan doğru dedi ki, yatsa idik də 
yuxumuza girməzdi... 
Əvvəldən, ingilislərin qeydkeşliyi hürriyyətimizin bədxahları tərəfindən, 
parlamanımız açılması münasibətilə məbadə bir şuluqluq büruzə verməsin və versə 
də, filfövr qabağı alınsın deyə, parlaman imarəti yanındakı Hacının qız məktəbidir 
- ingilislərin iki ədəd zirehli avtomobili dayanıb, içindən görünən topların ağzını 
açıb gəlib-gedənə guya: 
Dinc dur! - deyirdi. 
Zatən o səmtdən gəlib-gedən heç yox idi, çünki Azərbaycan polisi 
imarətin "bir ağaclığından" - qoy mübaliğə olsun adamları keçməyə qoymayıb, 
ancaq məbuslara və parlamana girmək haqqı vəsiqəsinə malik olanlara izin verirdi. 
Parlaman imarətinin içində ziynət cümləsindən calibi-diqqət olan şey 
qiymətli xalılar deyil idi, bəlkə fiatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasi-bəlkə 
fiatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyəsi dedikcə baha olan üçrəngli milli 
bayraqlarımız idi. 
Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: türkləşmək, 
islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu 
bayraq endirilməz! - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları 
salamlarkən təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu. Nədənsə bu 
fəqərə dəxi yadıma düşdü ki, görəsən küçədə zirehli avtomobillər olmayıb heç bir 
nəfər də polis və ya qoşun əhli görünməsə idi, bugünkü günün şərəfinə toxunmaq 
kimi ədəbsizliyə bir kəsdə cürət ola bilərdimi?! 
Məncə yox. Çünki bu müqəddəs məclisin imarətin dəlik-deşiklərindən 
belə dışarıya tərəf nəban etdiyi əzəməti-mənəviyyəsindən o dərəcə mütəəssir olardı 
ki, əli-qolu boşalıb dili də bağlanardı... 


156 
Məclisin açılmaq saatı yaxınlaşdı. Tamaşaçılar ki içlərində müsəlman 
xanımları da az deyildi - boş yerləri doldurdular. Məbuslar hər kəs öz məxsusi 
yerini tapıb oturdular. Qəzetə yazıçıları kağız və qələmlərini hazırlayıb müntəzir 
durdular. Ministirlər müavinləriylə bərabər öz yerlərinə keçib cərgə ilə oturdular. 
Bir lojaya sığmayıb, sağ və sol iki lojanı doldurdular. 
Bunların hamısı başı açıqdılar. Bir nəfərdən savayı, görünür ki, soyuqdan 
qorxurmuş, həqiqət, çox soyuqdur. 
Hamı amadə olub intizarda ikən milli şura rəisi Məhəmməd Əmin 
Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü məclisə tərəf, 
ayaqüstə bir vəziyyət aldıqda hazirinin intizarı donub diqqətə münqəlib oldu. 
Məhəmməd Əmin qəlbən nikbin və nikbinliyində də sabit-qədəm 
olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz 
ilə məbuslara xitabən nitq söyləməyə başladı. 
Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan 
Cümhuriyyətinin məclisi-məbusanını bir nəfər vətən övladı açdı. 
Məhəmməd Əmində natiqlikdə "patent" qazanmış olan "arator"lara 
məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər 
yox idi. 
Bunların əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışıb sözlərinin 
dəruni qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi. 
Qol atmaqdan bu yaxşıdır. Bunda ixlasi-qəlb və səmimiyyətlə bərabər, sərd edilən 
kəlamda bir də böyük bir ciddiyyət mövcud olduğuna hər kəs inanıb natiqin hər bir 
sözünə lazımınca əhəmiyyət verirdi. O idi ki, hər bir cümlə axırında alqışlar 
yağırdı. 
Natiqin nitqini bugünkü nömrəmizdə oxuyarsınız. Mənim məqsədim 
gördüklərimi, təəssüratımı söyləməkdir. 
Növbət ministrlər rəisi Fətəli xan Xoyskiyə yetişdi. 
Xudavəndi-aləm hər yerdə istibdad varsa, evini yıxsın necə ki, rus 
istibdadının evini yıxdı. Qoyurdularmı ki, vaxtında dilimizi öyrənək ki, yeri 
düşəndə danışarkən fikrimizi söyləməyə, söz axtarmağa möhtac qalmayaq! 
Bavücudi-in Fətəli xan çox da duruxa-duruxa danışmırdı, dilinə hətta 
rəvan demək də caizdir. Anasından öyrənmiş dilinə bir qədər də türk qəzetələrin 
mütaliəsindən və bir də Osmanlı türk qardaşlarımız ilə bir müddət təmasda 
bulunub deyib-danışmaq məcburiyyətindən hasil olan sözləri qatıb, bir dil 
düzəltmişdi ki, onunla ifadeyi-məram edirdi. 
Fətəli xan, zatən nitq söyləmirdi. O, məbuslar, əfəndilərlə dərdləşmək 
istəyirdi, dərdini söyləyib şikayət edirdi. 
Xaricdə qarışıqlıq və daxildə pərişanlıq ola-ola xəzinədə bir köpük pul və 
meydanda bir nəfər əsgər olmaya-olmaya, bizi hökumət seçib dedilər ki, gərək bu 


157 
işləri düzəldəsiniz. Biz də necə ki görürsünüz, mümkün qədər düzəltdik. Pul da 
var, yol da var və sairə. 
Məclis rəisi-vüzəranın sözlərinə diqqət və sükut ilə qulaq verirdi, ancaq 
sağ tərəfdə kim idisə, xısın-xısın pıçıldanıb rəisin hər sözünə bir kinayə buraxırdı. 
Zənnimcə, Fətəli xanın şikayəti parlaman əksəriyyətinin qəbuluna məzhər 
olmayacaq deyil. 
"Deklarasiya"nın müzakirəsi sonraya qaldı. Doğrudur, "Fətəli xan 
kabinəsinin əvəzində özgə bir kabinə alsa idi, işləri daha gözəl aparardı", deyənlər 
olacaqdır. Ancaq bəlkə "özgə kabinə heç bir işləri də görə bilməyəcək idi" deyənlər 
də az olmayacaqdır. 
Fətəli xanı "tənqid etmək asandır, amma işi görmək çətindir" sözlərinə 
çox adamlar şərikdir. 
Sağda oturan "İttihad" fraksiyası özlərindən sol olan fraksiyaları bir 
məsələdə qabaqladı, hətta bir dərəcəyə qədər "məhcub" belə etdi ki, "utandırdı" 
sözündən bir az yüngüldür. "İttihad" parlaman açılmaq bayramı münasibətilə siyasi 
dustaqların əfvi-ümumisi təklifini etdi. Fraksiya namından bu təklifi irad edən 
"İttihad" əzası "özgələrə" səbqət etmək arzusunun cüşindən karıxıb "siyasi" sözünü 
unutmaqla bir çoxlarını qorxutdu, kənardan tez "siyasi" sözünün əlavəsi mətləbi 
aşkar etməklə təskinə səbəb oldu. 
Cavan parlamanımızın birinci iclasında hasil olan təəssürat gələcək 
əndişələrimizin zayil edilməyəcəyinə ümidlər verib, indiki ovzamızın da bir 
dərəcəyə qədər hiss etdirməz ağırlığı müqabilində qəlbimizdə təsliyyətamiz bir hiss 
oyadar. 
Allah kömək etsin! 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə