Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə76/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   72   73   74   75   76   77   78   79   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Ömər Faiq Nemanzadə,
"ĠrĢad" qəzeti 13 iyun 1907-ci il, № 110 


147 
TUTACAĞIMIZ YOL 
Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - 
əsrimizin milliyyət əsri olduğunu isbat etdi. 
"Dünyanın xəritəsi qəribə dəyişəcək" deyə heyrətlə qarışıq bir cümlə indi 
bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin alacağı yeni şəklə 
vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər heç 
şübhə yoxdur ki, vüzuh (aşkar) və rüsux (qətiyyətlə) peyda (zühur) etmiş milliyyət 
məfkurələrinin də boyük təsiri var və olacaqdır. 
Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir idemal (məfkurə) 
bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər. Şübhəsiz ki, sözün tam 
mənası ilə deyiləcək qədər kuhəfkən (dağ dağıdan) topların hakim olduğu hərb 
meydanlarında təsirsiz qalmayan bu qüvvət yaşıl mahudlu barışıq masası üzərində 
də əsaslıca bir təsir yapacaq. 
Hər hankı qalib tərəf az-çox sorunclu bir dinclik vücuda gətirmək istərsə, 
əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvətli milliyyət məfkurəsini 
ehmal edəməz! Bunun böylə olacağı arabir gələcəyin sülhü haqqında söz söyləyən 
Avropa mütəfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhsunə mənsub siyasilərcə, 
milliyyət əsasına riayət etməyəcək, millətlərin hüququnu gözətməyəcək bir sülh 
əqdnaməsi çox çəkməz yırtılar və sorunclu bir dinclik təmin edəməz. 
Hüquqi-təbiisi paymal olmuş bir millət baqi (əbədi) qalıncaya qədər 
Avropa müvazineyi-düvəliyyəsi (dövlətlər müvazinəti) hüquqi və sorunclu bir sülh 
üzü görməkdən məhrum qalacağı kimi, kəndi (öz) vətəndaşları arasında ögey-
doğmalıq gözədən bir dövlət də həqiqi bir qüvvətə söykənməyəcək, mütərəqqi və 
qüvvətli bir təşkilata malik olmayacaqdır. 
Demək ki, müəyyən bir məfkurəyə və əksər əfradınca (fərdlərcə) 
müşəxxəs (tanınmış) qayeyi-amala malik olan millətlər, dövlətlər arasındakı 
münasibətdə əhəmiyyət qazandıqları kimi, dövlətlərin daxili siyasətləri üzərinə də 
böyük təsirlər icra edəcəklərdir. Bu surətdə ayrı-ayrı millətlər bir millət olaraq 
yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və amallar 
ətrafında birləşərək bütün bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı 
yıldıza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir yıldıza malik 
olmayan millətlərlə yeni əsaslar üzərinə qurulacaq həyat hesablaşmayacaq və böylə 
silahdan məhrum qalan heyətlər kimsəyə söz eşitdirməyəcəklərdir! 
İştə millətimizin bir qəzetçisi olmaq hesabilə öhdəmizə düşən rəhbərlik 
vəzifəsinin ifası üçün tutacağımız yolun nöqteyi-əzimətini (məramını) təşkil 
edəcək əsas - milliyyət əsasıdır. 
Fəqət sui-təfahümə (anlaşmaya) meydan qalmamaq üçün həmən ixtar 
edəlim ki, (xatırlayalım ki) bizim qəbul etdiyimiz milliyyət düsturu "Zemşina", 


148 
"Novoye vremya"nın və sair bu kimi sağ qəzetə və məhfillərin (heyətlərin) bəhimi 
(vəhşi) millətçiliklərindən əlbəttə başqadır. Onlarca özgə millətlərin mənafeyi 
milləti-hakimənin mənafeyinə fəda edilməlidir. Halbuki bizim tərvic elədiyimiz 
əsas bütün milliyyətlər üçün bir dərəcə hürriyyət və müsavat tələb edir ki, bununla 
biz rus camaatının da salim düşünür qismilə heç bir ixtilafda bulunmuyoruz. 
Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad 
etmək məcburiyyətindədir. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə