Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə55/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   51   52   53   54   55   56   57   58   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Bəsirət" 
qəzeti nəşr olundu. 
"İctimai-siyasi, iqtisadi və ədəbi türk" qəzeti olan "Bəsirət" 1914-cü ilin aprel 
ayının 14-də ilk sayını oxuculara çatdırdı. Hacı İbrahim Qasımovun baş 
redaktorluğu ilə işıq üzü görən bu mətbu orqan Azərbaycan Xalq Cümhuriyyəti 
dövründə də nəşrinə nail oldu. 1920-ci il aprel ayının 27-də baş verən bolşevik 
işğalı qəzetin fəaliyyətinə son qoydu. İşğaldan sonra bir neçə sayın çapını həyata 
keçirmək mümkün oldusa da, sonradan qarşıya çıxan çətinliklər, ideoloji basqılar 
“Bəsirət”i tarixin salnaməsinə çevirdi. 7 il fəaliyyət göstərən “Bəsirət”də dövrün 
görkəmli publisistləri, siyasi-ictimai xadimləri, o cümlədən M.Ə.Rəsulzadə, 
N.Nərimanov, M.B.Məmmədzadə çıxış edirdilər. Hər on beş gündən bir nəşr 
olunan 
"Dirilik" 
1914-cü ilin sentyabr ayının 16-da mətbu həyata qədəm qoydu. 
Bu jurnal M.B.Məmmədzadənin yazdığı kimi həm də siyasi bir türk məcmuəsi idi. 
1914-cü ildə 8, 1915-ci ildə 9, üçüncü il isə 7 nömrəsi çıxmış və 1916-cı ilin 
ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl 
Mətləbzadə, müdiri isə Əliabbas Müznibi idi. M.Ə.Rəsulzadənin, Kazımoğlunun, 
Əbdülxalıq Cənnəti Qafarzadənin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin 
iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. 
Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə 
mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan 
M.Ə.Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı 
məşhur əsəri də bu jurnalda çıxmışdır. Rus imperiyasının dünyaya hakim olmaq 
planlarından bəhs edən "Rus imperatoru Böyük Pyotrun vəsiyyətnaməsi" adlı tarixi 
sənəd də "Dirilik"də dərc olunmuşdur. 
Məcmuənin ən başlıca məqsəd və məramı Azərbaycan türklərinin siyasi 
şüurunu formalaşdırmaq, onu milli varlığını qoruyub saxlamaq uğrunda 
mübarizədə birləşdirmək idi. Jurnalın ilk sayında baş mühərrir Ə.Müznibi 
"Məqsədimiz" adlı məqaləsində bəşəriyyətin son üç-dörd minillik tarixinə səyahət 
edir, fikirlərini ümumiləşdirir, xalqı bu tarixi imtahanlardan ibrət dərsi almağa 
səsləyir, fiziki və mənəvi diriliyin ölüm-dirim mübarizəsi ilə əldə edildiyini 
göstərir. 
"Dirlik"də XX əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatının bir sıra 
dəyərli nümunələri çap olunmuş, ədəbi-bədii fikrin formalaşmasına xidmət 
etmişdir. Əmin Abidin, Ümmugülsümün, Rəcəb Əfəndizadənin ədəbi yazılarında 


112 
vətənə məhəbbət, islam əxlaqına uyğun insani münasibətlər təbliğ olunurdu. 
"Dirilik" bütün fəaliyyəti boyunca Azərbaycan xalqında milli mənlik şüurunun 
yüksəlişinə xidmət etdi. "Dirilik" Azərbaycan mətbuatı tarixində ideya rəhbəri 
Ə.Müznibinin 1911-ci ildə arzu etdiyi "Mətbuatın kəlamı, əsrin kəlamı olmalıdır" 
şüarı ilə nəşr edildi və tarixiləşdi. 
Öz ideya-siyasi istiqaməti ilə bütöv bir dövr, məxsusi olaraq da 
Cümhuriyyət dövrü mətbatına təsir edən "Açıq söz" qəzeti istiqlal amallı mətbu 
orqanların yaranmasına təkan oldu. 1915-ci ilin oktyabr ayının 2-də ilk sayı işıq 
üzü görən bu mətbu orqan ilk dəfə olaraq milli kimliyimizi "müsəlman" və "tatar" 
sözlərindən "xilas" edərək "türk" sözü ilə dəyişdiridi. Qəzetin ilk sayı Məhəmməd 
Əli Rəsulzadənin müdirliyi və M.Ə.Rəsulzadənin baş mühərrirliyi ilə "İqdam" 
məlbəəsində nəşr olundu. "Açıq söz" qarşıya qoyduğu məqsəd və məramı ilk 
sayında işıq üzü görən proqram xarakterli məqaləsində açıqlayaraq yazırdı: 
"Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin 
millətçilik əsiri olduğunu isbat etdi". "Dünyanın xəritəsi qəribə dəyişəcək" deyə 
heyrət qarışıq bir cümlə indi bir çox ağızlarda eşidilməkdədir. Özlərinin lüzumunca 
bilib də istiqlal üçün müəyyən bir ideal məfkurə bəsləyən millət, şübhəsiz ki, 
böyük bir qüvvə təşkil edir. Bu sürətlə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya 
bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında 
birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı ulduza sahib 
olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan 
millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir 
silahdan məhrum qalan cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər". 
"Açıq söz" ilk sayında xalqı milli varlığını qorumağa, haqq hüquqlarını 
tələb etməyə çağırır, onları "müəyyən fikir və əməl" ətrafında birliyə səsləyirdi. 
Qəzet demokratik prinsiplər ətrafında xalqın bütün zümrələrinin birliyinin son 
nəticədə Azərbaycan xalqının milli-mənəvi, dini sahələrdə dinamik inkişafı ilə 
nəticələnəcəyi qənaətində idi. Çarizmin Qafqazdakı senzor komitələrinin 
nümayəndələri olan Qaraxanov və Kişmişovların türk xalqarının birlik və 
inkişafının qarşısını almaq üçün uydurduqları "panislamizm", "pantürkizm"dən 
uzaq olan "Açıq söz"ün birliyə çağırışı yalnız xoş məram və məqsədlərdən 
doğurdu. 
Qəzet ilk sayından etibarən Rusiyanın daxilində gedən ictimai-siyasi 
proseslər, Azərbaycanda baş verən hadisələr, milli dirçəliş, milli-mədəni 
muxtariyyat məsələləri və müharibənin xalqların həyatına gətirdiyi faciələr 
barəsində 
yazılar dərc edirdi. "Açıq söz"ün maraqlılığında, mövzu 
rəngarəngliyində dövrün görkəmli publisistləri, ictimai-siyasi xadimlərindən Ömər 
Faiq Nemanzadənin, Həsən bəy Ağayevin, Hüseyn Cavidin, Abdulla Şaiqin, 
Əhməd Cavadın, Şəfiqə xanım Əfəndizadənin, Tağı Şahbazinin böyük xidmətləri 


113 
olmuşdur. Qəzetin yazarları tək müharibənin gedişini işıqlandırmır, müharibənin 
insanları faciələrə gətirib çıxarmasını, onları yurdsuz-yuvasız qoymasını da qələmə 
alır, müharibədən zərər çəkənlərə yardım əli uzatmağı həmvətənlərinə məsləhət 
görürdü. Hətta qəzet Anadoluda müharibədən zərər görmüş, yurdsuz-yuvasız 
qalmış türk qardaşlarının ehtiyaclarını ödəmək üçün ianə kampaniyaları da 
keçirirdi. 1918-ci il yanvar ayının 18-də çap etdirdiyi bir məqalədə yanvarın 19-
nun "Əsirlər günü" elan olunması barədə məlumat verərək yazırdı ki, Bakıda əsir 
və möhtaclar üçün libas, yorğan-döşək toplanılacaqdır. Yazıdan bəlli olur ki, şəhər 
bir neçə məhəlləyə bölünəcəkdir, hər məhəlləyə isə müəyyən olunmuş səlahiyyətli 
şəxslər təyin olunmuşdur. Bu şəxslərin səhər tezdən ianə və əşya toplayacağını 
bəlli edən məqalə müəllifi yazır: "Bu, otuzu-qırxı bir yerdə ölən Nargin əsirləri 
üçündür. Əsirlərə qarşı şəfqət və mərhəmət hissi bizdən bunu tələb edir. Bu gün 
mərhəmət kisələri genis açılsın, üzərimizə açılan əllər boş qaytarılmasın". 
Məhəmməd Əli və Məhəmməd Əmin Rəsulzadələr İsa bəy Aşurbəyovun 
"Kaspi" elektrik mətbəəsini alaraq "Açıq söz"ün mülkiyyətinə çevirdilər və burada 
ilk toplu olaraq "Qardaş köməyi" dərgisini nəşrə hazırladılar. Bu dərginin 
satışından əldə olunacaq vəsaitin Qars çevrəsində müharibədən zərər görmüş 
insanlara verilməsi nəzərdə tutulmuşdur. Dərgi barəsində M.B.Məhəmmədzadə 
yazır: "Bu məcmuə inqilabdan qabaq başlayıb, inqilabın birinci ayında, fevralın 
başında çıxmalı ikən, sonra çıxdı". Yalnız bir saydan ibarət olan dərgidə Hüseyn 
Cavid, Abdulla Şaiq, Ömər Faiq, M.Ə.Rəsulzadə, M.S.Ordubadi, F.Köçərli 
C.Cabbarlı, Ə.Haqverdiyev kimi milli mövqeyi ilə seçilən tərəqqipərvər ədiblərin 
müharibənin xalqların, o cümlədən türk xalqının taleyinə gətirdiyi faciələrə həsr 
etdikləri əsərlər çap olunmuşdur. Hüseyn Cavid "Hərb və fəlakət" əsərində 
müharibənin törətdiyi dəhşətlərə ədəbi münasibət bildirir, türk millətinin yaşadığı 
acıları, günahsız insanların ağrılarını qələmə alırdı. Böyük ədib bu əsəri ilə 
Azərbaycan xalqının tarixi kökünə varır, milli təfəkkürün tərkib hissəsi olan 
türkçülük ideyasını cəmiyyətə çatdırırdı. Ömər Faiq Nemanzadə "Bən kiməm" 
məqaləsində türkləri mübarizələrlə, qəhrəmanlıqlarla dolu tarixi keçmişindən ibrət 
götürməyə çağırırdı: "Ey Türk! Keçmişindən ibrət al! Hələ vücudun sağlam ikən, 
yaşamağa istedadın varsa, fürsət əldə ikən əsl vücudunu tam, qədrini anla!" 
"Qardaş köməyi" dərgisinin daha çox satılıb, xeyli miqdarda pul 
toplanması üçün qəzetdə mütəmadi olaraq elanlar dərc olunurdu. Qəzetin 1918-ci il 
2 yanvar sayında "Qardaş köməyi"nin Bakıda 1 manat 30 qəpiyə, ayrı-ayrı 
şəhərlərdə isə 1 manat 70 qəpiyə satıldığı haqda verilən elandan bəlli olur ki, bu işi 
həyata keçirənlərin əsas məqsədi Anadolu köçkünlərinə, Sarıqamışda, Ərzurumda 
əsir götürülən türk əsirlərinə daha çox maddi kömək göstərməyə nail olmaq üçün 
dərginin daha çox satılmasıdır. 


114 
"Açıq soz"ün 18 yanvar 1918-ci il sayında "Möhtaclara kömək" qəzetinin 
dərc olunması barədə də məlumat var. Bakıda təsis edilmiş "Möhtaclara kömək" 
Cəmiyyətinin təsis etdiyi bu mətbu orqanın da əsas məqsədi Birinci Dünya 
müharibəsində ev-eşiksiz qalmış, döyüş meydanlarında əsir götürülmüş türklərə 
kömək edənlərin fəaliyyətini qiymətləndirmək idi. Çox təəssüf ki, "Açıq söz" 
mətbəəsində çap olunan bu qəzetin cəmi 4 sayı işıq üzü görmüşdür. 
İstiqlal və azadlıq duyğularını tərənnüm edən mətbu orqanlar 
fəaliyyətlərini genişləndirdikləri kimi ölkənin ictimai-siyasi təşkilatları da 
fəallıqlarını artırırdılar. Müsavat Partiyasının 1917-ci ilin oktyabr ayının 26-dan 
31-dək Bakıda davam edən qurultayı yerli mətbu orqanların da əsas mövzusuna 
çevrildi. "türk-ədəmi mərkəziyyət - Müsavat" firqəsinin orqanı olan, həftədə bir 
dəfə işıq üzü görən "Müsavat"ın şüarı "insanlara hürriyyət, millətlərə müsavat" idi. 
"Müsavat" qəzeti qurultaya hazırlıq prosesi, onun gedişini işıqlandıran xeyli sayda 
materiallar dərc etmişdi. Qurultayda Nəsib bəy Yusifbəylinin Gəncədə hələ mart 
ayında yaratdığı "Türk ədəmi-mərkəziyyət" firqəsi ilə Müsavat Partiyası birgə 
işlənmiş proqram, vahid ideya ətrafında birləşdi. 
"Müsavat" firqəsinin siyasi nöqteyi-nəzəriyyəsini, hadisələrə baxışını 
işıqlandıran "Açıq söz" qəzeti 1918-ci il 4 yanvar tarixli sayında oxuculara üz 
tutaraq yazırdı: “Dövri-hürriyyət” gəlincə Ədəmi-Mərkəziyyət qoşa: "Xalq 
cümhuriyyəti-muxtariyyat şüarları ilə sözdə qalmayıb işə keçməsini görmək 1918-
ci ilin proqramını təşkil edir". Millət və muxtariyyatdan bəhs edərkən "Açıq söz" 
hökumət də xalqa, torpaq da xalqa" ideyasını irəli sürürdü. M.B.Məhəmmədzadə 
Azərbaycan xalqının, onun mətbuatının formalaşmasında "Açıq söz" qəzetinin rolu 
barəsində "Milli Azərbaycan hərəkatı" kitabında yazır: "Açıq söz" bu xəbərdarlıq 
və bu qayə ilə milləti oyatmağa başlamışdır. 1917-ci ilə doğru Azərbaycanda 
xüsusi bir "Açıq söz"çü nəsli yaranmışdı". 
"Açıq söz"ün sonuncu sayının nə vaxt çıxması barədə müxtəlif fikirlər 
mövcuddur. Bəzi mənbələrdə (Azərbaycan dövri mətbuatı (1832-1920, Bakı. 1965) 
qəzetin 1918-ci il mart ayında sonuncu - 704-cü sayının çapdan çıxdığı göstərilir. 
Ancaq qəzet 718-ci sayında özündən asılı olmayaraq çapında fasiləyə yol verdiyi 
üçün oxucularından üzr istəyirdi. Bakı erməni-bolşevik birləşmələrindən 1918-ci 
ilin sentyabr ayının 15-də azad olduqdan sonra "Açıq söz" yenidən nəşrini bərpa 
etmişdir. 1984-cü ildə çap olunmuş "Azərbaycan dövri mətbuatı. 1832-1920" adlı 
biblioqrafıyada "Açıq söz"ün 724 nömrəsinin çıxdığı göstərilir. Mətbuat 
araşdırmaçılarının apardığı statistikaya görə isə bu mətbu orqanın fəaliyyəti 
müddətində 750 nömrəsinin işıq üzü gördüyü ortaya qoyulur. 
"Açıq söz"ün naşir və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin 
Rəsulzadə, Məhəmmədəli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc Qəmbər və 
Abuzər Orucov qardaşları olmuşlar. 


115 
" Açıq söz"ün ilk sayının çapından, yəni 1915-ci il oktyabrın 2-dən sonra 
Azərbaycanda xeyli sayda yeni mətbuat orqanları
da nəşr olunmağa başlamışdı. 
"Doğru söz", "İttifaqi-mütəllimin", "Müsəlmanlıq", "İttihad", İrəvanda nəşr olunan 
"Bürhani-həqiqət" yeni nəşrlər idi. "İttifaqi-mütəllimin" 1917-ci ildə mayın 6-da 
ilk sayı işıq üzü gördü. Bu qəzet Bakı müəllimlərinin qurultayında təsis olunmuş, 
qısa fəaliyyət göstərmiş, bağlanmışdır. 1917-ci ildə nəşr olunan "Müsəlmanlıq" 
qəzeti "Rusiyada müsəlmanlıq firqəsinin “naşiri-əfkarı" idi. Ceyhun Hacıbəylinin 
çıxardığı "İttihad" qəzeti bu firqənin orqanı olduqdan sonra qapanmışdır. 
Ceyhun bəy Hacıbəylinin redaktoru olduğu 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə