Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə53/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   49   50   51   52   53   54   55   56   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Səda" mətbəəsi.
 
Azərbaycan mətbuatının inkişafı naminə böyük 
çətinliklərə sinə gərən Haşım bəy Vəzirovun ən böyük xidmətlərindən biri "Səda" 
mətbəəsini yaratmasıdır. O, "Nicat" Maarif Cəmiyyətindən güzəştli qiymətlə borc 
aldığı mətbəəni "Səda" adlandırdı. Mətbəəni nizamladıqdan sonra H.Vəzirov qəzet 
nəşr etməklə yanaşı, kitab çapını həyata keçirməklə də məşğul oldu. Onun 
mətbəəsində Azərbaycan ədiblərinin əsərləri, dini kitablar, dərsliklər çap 
olunmuşdur. 
1910-cu ildə nəşrə başlayan "Səda" mətbəəsi elə həmin il "Səda" 
məktəbinin müəllimi Cəfər Bünyadzadənin sadə dillə qələmə aldığı, uşaqlar üçün 
nəzərdə tutulan "Mən məktəb istəyirəm" kitabını çapdan buraxdı. 
Mətbəə əsasən 1911-1913-cü illər arasında daha məhsuldar fəaliyyət 
göstərmişdi. 1911-ci ildə mətbəədə Nəcəf bəy Vəzirovun "Ağa Kərim xan 
Ərdəbilli" və "Vay şələkküm, mələkküm" kitabları işıq üzü görmüşdü. Bu ildə 
Yusif Vəzir Çəmənzəminlinin "İki hekayə", 1912-ci ildə isə "Üç hekayə" kitabı 
çap olunmuşdu. 
M.S.Ordubadinin, Mehdi bəy Hacıbababəyovun, Seyid Hüseynin, Cəfər 
Bünyadzadənin əsərləri "Səda"nın mətbəəsində nəşr olunmuş, dövrün oxucu 
kütləsinin maariflənməsinə səbəb olmuşdur. 
Kitab çapında Vəzirov tərcümə əsərlərinin də xüsusi fikir verir. Rəsul bəy 
Tahirovun tərcüməsində L.N.Tolstoyun "Allah haqqı görər, amma tez aşkar etməz" 
əsəri 1913-cü ildə oxuculara çatdırılmışdır. 


110 
Mətbəənin çap etdiyi tərcümə kitabları arasında Kilforun yazdığı "Həzrət 
Məhəmməd haqqında Amerika müvərrixi Kilforun rəyi" əsəridir. Onu Abdinzadə 
Namidər dilimizə çevirmişdi. 
Mətbəədə çap olunan bir çox kitabın redaktəsini, hətta korrektorluğunu da 
H.Vəzirov öz üzərinə götürürdü. 
Bütün bu işlər H.Vəzirovun Azərbaycan jurnalistikası ilə yanaşı, 
mətbəəçiliyin inkişafında da göstərdiyi böyük xidmətlərdir. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə