Akġf aġirli


Demə rüsvay edəcək aləmə "Mirat" məni



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə51/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   47   48   49   50   51   52   53   54   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Demə rüsvay edəcək aləmə "Mirat" məni,
Olduğun sürət ilə göstərəcək xəlqə səni. 
"Molla Nəsrəddin"çilərin tənqidi üsullarından istifadə edən "Mirat"çılar 
jurnalın ilk sayında qarşılarına elə bir ciddi səd qoymadıqlarını açıqlayaraq 
yazırdılar: "Təzəlikcə mövqeyi-intişarə qoyulan hər bir qəzetə və məcmuənin 
birinci nömrəsində idarə tərəfindən bir baş məqalə yazmaq lazım gəlir Amma biz 
xilaf qanun olaraq məcmuəmizdə baş məqalə yazmadıq". Bu fikirlərdən sonrakı 
cümlələrində bəlli olur ki, jurnalda baş məqalə ona görə yoxdur ki, onların 
məsləkləri bəlli deyil, məsləki göstərəndən sonra baş redaktorla oxucular xoruz-
beçə kimi döyüşməyə başlayırlar. Felyetonlar jurnalda "Qəhqəhə" başlığı altında 
dərc olunurdu. "Mirat"ın ilk sayındakı felyetonda xalqın maariflənməsi qayğısına 
qalmayanlar tənqid olunurdu. İkinci saydakı felyetonda isə Şərq ölkələrinin 
müstəmləkə zülmü altında yaşaması satirik yolla oxuculara çatdırılırdı. 
Jurnalda dərc olunan satirik şeirlər "Ədəbiyyat" başlığı altında verilirdi və 
bu şeirlərdən "Molla Nəsrəddin"çilərin üslubları açıq-aydın sezilirdi. "Mirat"dakı 
karikaturalar həm beynəlxalq aləmin, həm də yerli hadisələrin təsvirini əks 
etdirirdi. 


104 
İlk sayda jurnalın üz qabığında çap olunmuş "Dünya səhnəsində" adlı 
karikaturada beynəlxalq aləmdəki siyasi vəziyyət təsvir olunurdu. Şir quzunu 
parçalayır, canavar qoyunu yeyir, ilan ağaca sarmaşıb doğur, şəkilin digər tərəfində 
isə hörümçəyin tor qurduğu göstərilir. Karikaturanın siyasi məzmunu ondan ibarət 
idi ki, dünyada güclü dövlətlər zəifləri boğur, onlara tər hörür və bunun nəticəsində 
isə müharibə ab-havası hiss olunur. Jurnalın axırıncı 5-ci nömrəsində verilən 
karikaturada ingilisin Misir heykəlinin üzərinə mindiyi təsvir edilirdi. 
"Mirat" özünün 5-ci sayında oxuculara məlumat verərək jurnalın nəşrində 
tətil baş verdiyi, buna görə də sonrakı qeyri-mümkünlüyü bildirilir. 
“Mirat”dan sonra Dadaş Bünyadzadənin redaktorluğu, Əliməmməd 
Əliyevin naşirliyi ilə 1910-cu ildə "Arı" jurnalı fəaliyyətə başladı. Özündən əvvəlki 
satirik jurnallardan fərqli olaraq formatında dəyişiklik edən "Arı" karikaturasız nəşr 
olunurdu. Jurnalın ilk sayında "Arı" jurnalının məsləki" adlı baş məqalədə bu 
mətbu orqan özünün başlıca məqsəd və məramını oxuculara təqdim edir, ictimai-
siyasi proseslərə münasibət bildirir, maarif və mədəniyyətin inkişafının zəruriliyini 
vacib hesab edirdi. Dövrün mətbu orqanları üçün ən mühüm problem olan 
abunəçilərin azlığından, maliyyənin kasadlığından gileylənir və həmçinin 
hökumətin sərt tədbirləri tənqid olunurdu. 
İslami dəyərlərə yüksək qiymət verən "Arı" bir sıra mətbu orqanlara, o 
cümlədən "Molla Nəsrəddin"ə, "Bəhlul"a, "Zənbura" da öz müsbət münasibətini 
bildirir, bu nəşrlərin çapını yüksək qiymətləndirirdi. 
Jurnalın materialları bir qayda olaraq satirik nəşrlər üçün xarakterik olan 
gizlin imzalarla dərc edirdilər. "Məcnun və Leylayi" islam və yaxud "xəlifeyi-əsr" 
məqaləsi islam ölkələrində baş verən mühüm siyasi hadisələri təhlil edir, neqativ 
hallar kəskin tənqid olunurdu. İslam əhlini həmrəyliyə çağıran, problemlərin həllini 
ittihadda görən "Arı" Avropa mədəniyyətini də təbliğ edirdi. 
Jurnalın üz qabığında və ilk səhifələrində Azərbaycanın görkəmli maarif 
və mədəniyyət xadimlərinin şəkilləri dərc olunurdu. S.Ə.Şirvani, N.Vəzirov, 
S.Səlmasinin şəkilləri ilə yanaşı, Türkiyənin ictimai-siyasi xadimlərinin 
portretlərini də “Arı”nın ilk səhifələrində görmək mümkündür. 
"Arı" 1911-ci ilin martınadək çap olunmuş, cəmi 13 sayı işıq üzü 
görmüşdü. 
"Arı"dan sonra 1912-ci ildə Hacı İbrahim Qasımov və Seyid Hüseynin 
rəhbərliyi ilə Bakıda "Kəlniyyat" adlı satirik jurnal nəşrə başladı. "Kəlniyyat"ın ilk 
sayı mayın 24-də işıq üzü gördü. Jurnalın birinci səhifəsində böyük şriftlərlə 
"Kəllə" sözə verilmişdir. Bu, baş məqalənin sərlövhəsidir. Oxucu ilə ünsiyyət 
yaradan "Kəlniyyat"çılar bu məqalədə məqsədlərini açıqlayır: "Yaxşı oxu, kəllə 
deyirəm ha! Nə kellədir, nə küllə. Sözüm kəllə üstündədir. Hərçənd müsəlmanlar 
elmi, maarifi, tərbiyəni ayaqdan başa düşən kimi mən də gərək məqsədimizi 


105 
ayaqdan başlayaydım. Amma biz yeldöyən şəhərində oluruq və həmişə də yel əsən 
tərəfə burnumuzu çeviririk. Bu cəhətə bu səfərliyə biz də ayağı buraxıb kəllədən 
başlamağa məcbur oluruq". Aydın dillə oxucalara öz məramını bildirən 
"Kəlniyyat"da dövrün aktual problemləri, ictimai-siyasi hadisələri diqqətdə 
saxlanılırdı. Əsas materiallar "Felyeton" başlığı altında dərc olunurdu. Amma 
jurnalın "Bakı xəbərləri", "Xüsusi telefonumuz", "Poçtumuzdan" rubrikaları da var 
idi. Ölkədə baş verən hadisələri mollanəsrəddinsayağı təsvir edən "Kəlniyyat" öz 
səhifələrində daim satirik şeirlərə yer verirdi. Jurnalın əməkdaşları "Mürid", 
"Yetim cücə", "Dilənçi", "Bibi Rəziyə", "Bambılı", "Kefsiz" təxəllüsü ilə yazılar 
yazırdılar. Bu təxəllüsün sahiblərinin şəxsiyyətləri məlumdur. Əli Nəzmi "Kefsiz", 
Əli Məhzun İrəvani "Yetim cücə" təxəllüsü ilə “Kəlniyyat”da çıxış edirdilər. 
Jurnalın karikaturalarının çəkilməsində məşhur mollanəsrəddinçi Əzim 
Əzimzadə yaxından iştirak edirdi. O öz karikaturalarını "Əzim", "Əzimov", "Ə.Ə" 
imzaları ilə çap etdirirdi. "Kəlniyyat"ın 7-ci sayında karikaturada mollaların 
tamahkarlığı və rüşvətxorluğu göstərilirdi. Ə.Əzimzadə mövzunu xalqın işlətdiyi 
"Başı mollanın, leşi mollanın, iki qabırğa bir dişi mollanın, qaldı dörd əl ayağı, 
onlarla da var işi mollanın" zərb-məsəlindən istifadə etmişdir. Jurnalın 8-ci sayında 
dərc olunan bır karikaturada Əzimzadə Duma üzvlərinin xalqa heç bir xeyir 
vermədiyini təsvir etmişdir. Karikaturada göstərilir ki, ölülər qəbiristanlıqda Duma 
üzvünü qovub deyirlər: Ay Hacı, bura sənin üçün Bakı Duması deyil ki, müftə stol 
tutasan? Jurnalda mövzu müxtəlifliyi, hadisələrə fərqli yanaşmalar onun 
maraqlılığını artırır, oxucunu özünə cəlb edirdi. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə