Akġf aġirli


Birinci Dünya müharibəsi illərində mətbuat



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə54/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   50   51   52   53   54   55   56   57   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Birinci Dünya müharibəsi illərində mətbuat 
 
1914-cü ilin iyun ayında bəşəriyyət tarixində öz miqyasına, hərbi 
əməliyyatlara cəlb olunan dövlətlərin sayına görə dünyanın ən böyük müharibəsi 
hesab edilən Birinci Dünya müharibəsi başladı. Müharibənin başlanmasının 
səbəbkarı Almaniya, İngiltərə, Avstriya, Macarıstan və Rusiya idi. Qlobal 
mahiyyət alan bu müharibədə dünyanın 38 ölkəsi iştirak edirdi. Almaniyanın hərbi-
strateji müttəfiqi kimi Türkiyə sonu bəlli olmayan müharibəyə başladı və dünya 
müsəlmanlarına müraciət ünvanlayaraq cihad elan etdi. Türkiyə Rusiya ilə 
müharibədə Zaqafqaziya və Dağıstandakı müsəlman xalqlarının köməyinə ümid 
bağlayır, böyük ordu hissələrini Qafqazda yerləşdirirdi. 
Şərqi Anadolunun Qars, Ərzurum, Ərdəhan bölgəsində müharibənin 
törətdiyi dəhşətlərdən evsiz-eşiksiz qalmış insanlar Güney Qafqaza, Azərbaycana 
üz tutdular. Anadolu türkləri təkcə qaçqınlıq həyatı yaşamadılar, Sarıqamış 
ətrafında aparılan əməliyyatlarda əsir götürülən türklərin bir çoxu Rusiyanın bir 
sıra həbs düşərgəsinə aparıldığı kimi Nargin adasına da gətirildi. Rus 
çinovniklərinin Bakı əhalisinin gözü qarşısında türk əsirlərinin Narginə 
aparılmaları ciddi etirazlar doğurdu. İctimai-siyasi təşkilatların, milli mətbu 
orqanların siyasi maarifçilik işi, milli kimliyin və təfəkkürün formalaşmasında türk 
həmrəyliyinin yaranmasında oynadıqları rol öz təsirini göstərirdi. Müsəlman 
duyğusundan, milli kimlik düşüncəsindən doğan hisslər xalqın Türkiyəyə olan 
rəğbətini artırırdı. Əhali arasında günü-gündən Türkiyə tərəfdarlarının artması, 
Nargin adasındakı hərbi əsirlərin qaçırılması Bakı Quberniyası Jandarm İdarəsinin 
axtarış üzrə rəisinin məktubunda da öz əksini tapır. 1915-ci ilin sentyabr ayının 4-
də hazırlanan məktubda deyilir: "Mənə həvalə edilən, agentura idarəsindən daxil 
olmuş xəbərlərə görə Bakı şəhərində müsəlmanlar arasında yüksək əhval-ruhiyyə 
var. Əfqanıstan, İran və ümumiyyətlə, Qafqaz müsəlmanlarının üsyan və 
çıxışlarının baş verəcəyi barəsində söz-söhbətlər gəzir. Nə vaxt ki, türklər irəliləyir, 
müsəlman kütlələrinin əhval-ruhiyyəsi yüksəlir. Bakı əhalisinin istər yuxarı, istərsə 
də aşağı təbəqəsinin nümayəndələri türklərin tərəfindədir. Hətta cəbhədə vəziyyət 


111 
əleyhimizə dəyişərsə, müsəlmanların sakitləşəcəyinə ümid etsək, özümüzü 
aldatmış olarıq. Türklərin uğurları üzərində müsəlmanların ayağa qalxacağı istisna 
deyil". 
Jandarm idarələrinin, agentura şəbəkəsinin fəaliyyət göstərib milli ruhlu 
ziyalıları təqib etməsinə baxmayaraq, müharibənin gedişində Azərbaycanda mətbu 
orqanlar fəaliyyətini davam etdirir və yeni qəzetlər, jurnallar nəşr olunurdu. 
Müharibənin başlanması ərəfəsində 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə