Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə50/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   46   47   48   49   50   51   52   53   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Ġrəlidə hər birimi,
ĠĢ sahibi olmalıdır.
Çanta kimi hər birimiz
Sevinc ilə dolmalıdır. 
Həsən bəy Zərdabinin jurnalda dərc olunan "Heyvanların rəngi" 
məqaləsində mühitin heyvanların yaşayışına, onların rənginə belə təsir etdiyi sadə 
dillə şagirdlərə çatdırılırdı. 
Abbas Səhhətin rus şairi Nikitindən tərcüməsi, Ə.Münzibinin "Mollanın 
papağı" da ilk sayda nəşr olunmuşdu. Bütün bunlarla yanaşı, "Böyüklər sözü" 
başlığı altında dərc olunan atalar sözü və məsələlər ilk sayın məzmununu daha da 
zənginləşdirirdi. 
Qafur Rəşad "Məktəbi" 1916-cı ilə qədər Əbdürrəhman Əfəndizadə ilə 
birgə redaktə etmiş, çapa hazırlamışdır. Ə.Əfəndizadənin vəfatı bu işin Q.Rəşad 
tərəfindən təkbaşına aparılmasına gətirib çıxardı. Çapı 1918-ci ilə qədər davam 
edən "Məktəb" erməni və bolşevik hərbi birləşmələrinin mart ayının 31-dən aprel 
ayının 1-dək Azərbaycan türklərinə qarşı apardıqları soyqırım günü fəaliyyətinə 
son verdi. M.B.Məmmədzadə bu barədə yazır: "1918-ci ilin mart hadisələri 
münasibəti ilə "Məktəb" müvəqqəti tətil etmişdir". 
1920-ci ilin fevralında Q.Rəşad "Məktəb"in nəşrini bərpa etdi. Sonra isə 
ölkədə baş verən gərgin siyasi proseslərin nəticəsində jurnal müntəzəm nəşr oluna 
bilmədi və bağlandı. 


103 
Birinci Dünya müharibəsi ərəfəsində romantik türkçülük xəttini həyata 
keçirən "Şəlalə" jurnalı nəşr edildi. 1913-cü ilin yanvar ayının 19-da, şənbə günü 
"Şəlalə"nin ilk sayı "Kaspi" mətbəəsində nəşr edildi. Jurnalın təsisçisi İsa bəy 
Aşurbəyli, baş redaktoru isə Səbirbəyzadə Xalid Xürrəmbəy idi. Məcmuənin 1913-
cü ildə 47 sayı, 1914-cü ildə isə 9 sayı çap olunandan sonra bağlanmışdır. Jurnalda 
Türkiyə mətbuatından alınan materiallar çap edilir, Osmanlı türkcəsinin ədəbi dil 
kimi qəbul olunması haqda polemikalara, diskussiya yə müzakirələrə yer verirdilər. 
İstanbul ləhcəsinin Azərbaycanda ədəbi dil kimi qəbul olunması ilə bağlı 
müzakirələrə xeyli sayda məqalələr həsr olunmuşdur. M.Ə.Rəsulzadənin də dil 
problemi ilə bağlı "Şəlalə"də məqalələri nəşr olunmuşdur. 
Cəmiyyətdə ziddiyyətlərin getdikcə kəskinləşməsi, sosial həyatın ağırlığı 
mətbuatın ideya-siyasi istiqamətlərinə təsir edirdi. Gündəlik ictimai-siyasi 
qəzetlərlə yanaşı, satirik mətbu orqanlar da yaradılırdı. "Molla Nəsrəddin" ədəbi 
məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri 
də "Mirat" idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında 
"Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik 
jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. "Mirat" 1910-cu ilin iyun ayında nəşr 
olundu. Bu jurnalın redaktoru Əliabbas Tağızadə idi. Aşağıdakı iki misranı öz 
fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, 
doğrunu yazacağını oxucalara vəd edirdi: 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə