98
qardaşları"nın mətbəəsində kitablarla yanaşı, bir neçə qəzet nəşri də həyata
keçirildi ki, onlardan da biri Üzeyir bəy Hacıbəyovun redaktorluq etdiyi "Həqiqət"
idi. 1909-cu ilin dekabr ayının 25-də ilk sayı işıq üzü görən, gündəlik nəşr olan
"Həqiqət"in ömrü uzun olmadı. 1910-cu ilin avqustunda "zərərli istiqaməti"nə görə
bağlandı. "Həqiqət" qapadıldıqdan sonra "Orucov qardaşları" bir-birinin davamı
olaraq "Günəş", "Yeni həqiqət", "Məlumat" adında qəzetlərin nəşrini həyata
keçirmişlər. Bu qəzetlərin də fəaliyyətləri uzun sürmədi. Belə ki, "Günəş" 1910-cu
ilin avqust ayının 24-də işıq üzü görmüş, 1911-ci ilin yanvarın 20-dək
fəaliyyət
göstərdi. “Yeni həqiqət”in isə ömrü cəmi üç ay olmuş, 1911-ci ilin yanvarın 21-də
ilk sayı çap olunmuş, həmin ilin martında bağlanmışdı. “Yeni həqiqət”ə
İstanbuldan Əhməd bəy Ağaoğlu məktublar göndərmiş, publisist yazılarını dərc
etdirmişdi. Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Molla Ruhulla Məhəmmədzadə,
Həsən Səbri Ayvazov qəzetin fəal əməkdaşları olmuşlar.
1911-ci ilin iyulun 2-də Hacı İbrahim Qasımovun müdirliyi, Mehdi bəy
Hacılının baş redaktorluğu ilə "Məlumat" qəzeti oxuculara çatdırıldı. Təəssüf ki,
"Məlumat"m da yolu hökumət orqanları tərəfindən bağlandı.
1911-ci ildə doktor Qarabəy Qaraboyovun səyi ilə "Kaspi" mətbəəsində
"Həqq yolu" jurnalı nəşrə başladı. "Siyasi-ictimai, fənni, ədəbi,
iqtisadi həftəlik
nəşr olan "Həqq yolu"nun ilk sayı 1911-ci ilin dekabr ayının 14-də işıq üzü gördü
və 1912-ci ilə qədər fəaliyyət göstərdi. Bu məcmuədə Mahmud Nədim,
Məhəmməd Sadıq Axundov, F.Köçərli publisistik yazılarını oxuculara təqdim
etmişlər.
1911-ci il mart ayının 18-dən 19-na keçən gecə Bakı vilayət jandarm
idarəsi "zərərli istiqamət" yürütdüklərinə görə bir neçə mətbuat işçisini həbs etdi.
"Yeni Fyuzat" jurnalının baş redaktoru Əhməd Kamal, jurnalın redaktoru Əli Paşa
Hüseynzadə, "Yeni həqiqət" qəzetinin naşir və müdiri Oruc Orucov Məhəmməd
Sadıq Axundov, Əliabbas Müznibi həbs olunanlar siyahısında idi. Həbs olunan
jurnalistlərin evləri, qəzet-jurnal redaksiyaları, mətbəələri axtarılmış,
xeyli sayda
çap olunmamış materiallar və satışdakı nüsxələr müsadirə olundu. Jandarm
tutulanların yaxın qohum-əqrəbalarını, tanışlarını, qonşularını istintaqa çəkmiş,
məhkum olunmuşlar barəsində əlavə material toplamışdı. 1911-ci ilin mart ayının
24-də həbs olunanlar Bayıl həbsxanasına aparıldı. Bu doqquz nəfər jurnalistin
həbsinə "Yeni Fyuzat" jurnalının 1910-cu ilin beş və altıncı saylarında çap
olunmuş məqalələr "əsas yaratmış"dır. Materialların polis tərəfindən araşdırılması
zamanı "Yeni Fyuzat"ın beşinci sayında Əhməd Kamalın "Biz özümüz
müqəssirik", altıncı sayında isə sərlövhəsiz baş məqaləsi "zərərli" sayılmışdır.
Türkiyə təbəəsi olan Əhməd Kamalın panislamizm, pantürkizm yaydığını
əsaslandırmağa çalışanlar
onunla həmfikir olan, eyni mövqedə dayanan
jurnalistləri, bir sıra qəzetlərin naşir-redaktorlarını da həbs etmişdilər.
99
Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə
baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır,
müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil
olunurdular. 1911-ci ilin oktyabr ayından sonra Müsavat Partiyasının yaranması ilə
ölkədə "türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarı aparıcı
milli mətbu
orqanların əsas şüarına çevrildi. Müsavat Partiyası öz məramnaməsində ictimai,
dini, aqrar, fəhlə və maarif məsələlərinə yer ayırmış, dövlət quruculuğuna
toxunmuş, hər bir muxtar qurumun və vətəndaşın hüquqları maliyyə və iqtisadi
siyasətini geniş şərh etmişdi. Partiyanın ayrı-ayrı liderləri və üzvləri müəyyən
mətbu orqanlarda vaxtaşırı çıxışlar etsələr də, qarşıya
qoyulmuş məqsədə nail
olmaq üçün xalqla partiya arasında ünsiyyət yaratmaq zərurətini hiss edirdilər.
Məhz buna görə də Müsavat Partiyasının öz mətbuat orqanlarını yaratması vacib
idi. Bunun üçün qarşıya çıxan bir çox problemləri, o cümlədən texniki məsələləri,
kağız-nəşriyyat problemlərini həll etməyə başladılar. Belə bir dövrdə Müsavat
Dostları ilə paylaş: