Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə46/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   42   43   44   45   46   47   48   49   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Molla 
Nəsrəddin"çi 
jurnallar.
 
"Molla 
Nəsrəddin"in 
Cənubi 
Azərbaycanda məslək dostu, onun səsinə səs verən, Səttarxanın adı ilə bağlı olan 
"Azərbaycan" jurnalıdır. Məcmuənin ilk sayı 1906-cı ilin dekabrın 6-da işıq üzü 
görmüşdü. M.S.Ordubadi bu barədə yazır: "Səttarxan "Azərbaycan"ın ilk 
nömrəsini gördükdə "bu gün Azərbaycan xalqının milli bayramıdır" demiş və 
ağlamışdır". 
Jurnal 1907-ci ilin sentyabrınadək nəşrini davam etdirmiş və Cənubi 
Azərbaycanın "Molla Nəsrəddin"i adını qazanmışdı. İlk sayda bu bağlılığı özündə 
ehtiva edən "Azərbaycan" Molla Nəsrəddinin şəkili ilə Cənubi Azərbaycanı təmsil 
edən Hacı Babanın bir yerdə şəklini dərc etmişdi. Molla Nəsrəddin gülümsər 
nəzərlə Hacı Babaya baxır, ona şirin-şirin nəyisə nəql edir, cənublu "Molla" isə ona 
diqqət kəsilir. 


96 
"Azərbaycan"ın bütün saylarında "Molla Nəsrəddin" ədəbi məktəbinin 
təsiri hiss olunur. Bu oxşarlıq satirik şeirlərdə, istərsə də nəsrlə yazılmış 
materiallarda kifayət qədər qabarıq görünür. Məcmuədə mövzunun məqsədi və 
məramını açıqlayan, yazıya böyük məna verən karikaturalar da öz sələfi olan 
dərgidəki karikaturaları xatırladırdı: "Ərbab və rəncbər" adlı karikaturada şişman 
bir mülkədar təsvir olunub. Onun qarşısında cındır əbalı kəndli öz ailəsi ilə 
dayanıb. Kəndlinin kiçik uşağı əlini ağzına apararaq ac olduğunu bildirir, 
mülkədarla kəndli arasında isə buğda təpəcikləri vardı. Böyük buğda təpəsinin 
üstünə "ərbabın payı", kiçiyin üstünə isə "rəncbərin payı" yazılmışdır. Kəndli əli ilə 
taxıla işarə edib, ac olduğunu söyləyir. Mülkədar isə qəzəbli baxışlarla kəndlini 
təhdid edir Bu karikatura sinfi mahiyyətdən doğmasına baxmayaraq, günün 
reallığını özündə əks etdirirdi. 
Jurnalın 3-cü sayında dərc olunan karikaturada tiryəkxana təsvir olunurdu. 
5-6 nəfər nəşələnən şəxsin qarşısında manqal, dəm çaydanları var idi. Onlar 
tiryəkin təsirindən xumarlanıblar. Bu karikatura Cənubi Azərbaycanda bəzilərinin 
həyatına qəsb edən, onları ictimai mühitdən uzaqlaşdırıb məst edən tiryək əleyhinə 
kəskin münasibət idi. 
"Azərbaycan"ın fəaliyyəti İran hökumətini narahat etməyə bilməzdi, onlar 
jurnalın bağlanması üzərində düşünürdülər. İranda baş verən 1907-ci il inqilabı 
avqust-sentyabr aylarında böyük təhlükə qarşısında qalarkən jurnal da çətin 
vəziyyətlə üzləşdi və 1907-ci ilin sentyabrında 21-ci saydan sonra bağlandı. 
"Azərbaycan"ın redaktoru Əliqulu Səfərov Təbrizin müasir dünyagörüşə 
sahib ziyalılarından hesab olunurdu. O, Cəlil Məmmədquluzadə ilə dost idi. 
Jurnalın Ə.Səfərovdan başqa əsas mühərrirləri Xəzani və Sərraf idi. 
"Molla Nəsrəddin" məktəbini davam etdirən məcmuələrdən biri də 
Ələsgər Əliyevin redaktorluğu ilə nəşr olunan "Bəhlul"dur. Jurnal 1907-ci il may 
ayının 19-da nəşrə başladı. 
Ələsgər Əliyev 1883-cü ildə anadan olub. 1898-ci ildə Bakıda rus-tatar 
məktəbini bitirib "Kaspi" mətbəəsində çalışmışdır. Bakı sosial-demokratlarına 
qatılan Ə.Əliyev bir sıra siyası intibahnamələrin çapında fəallıq göstərmiş, əqidəcə 
sosial-demokrat kimi formalaşmışdı. 
1904-cü ildən başlayaraq pedaqoji fəaliyyət göstərən Ə.Əliyev bir sıra 
mətbu orqanlarla əməkdaşlıq etməyə başladı. Onun Peterburqda nəşr olunan 
"Ülfət" qəzetində, Kazanda çıxan "Vaxt" qəzetində bir sıra yazıları, publisistik 
qeydləri işıq üzü görmüşdür. Siyasi fəaliyyətinə, bolşevizmi yaydığına görə 1908-
ci ildə həbs olunaraq Həştərxana göndərilmişdir. Həbsxanadan çıxdıqdan sonra 
Həştərxanda Dadaş Bünyadzadənin redaktorluğu ilə nəşr olunan "Tartış" qəzetində 
əməkdaşlıq edib. 


97 
Ə.Əliyev Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bir müddət 
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə