Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə42/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   38   39   40   41   42   43   44   45   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Əli Razi ġəmçizadədir. 
1906-cı ildə Tiflisdə Mirzə Cəlil, 
Sabir, Əliqulu Qəmküsar və Q.Şərifzadə ilə yaxından tanış olan Əli Razi bundan 
sonra "Molla Nəsrəddin" ilə əməkdaşlığa başlayır. Əvvəllər məhəbbət mövzusunda 
şeirlər yazan ədib satira yolunu seçir və 1908-ci ildən başlayaraq bu üslubda ədəbi 
nümunələr yaradır. Onun "Molla Nəsrəddin"ə ilk gəlişi 1908-ci ildə jurnalın 4-cü 
sayında çap etdirdiyi "Arvadlarımız" felyetonu ilə başlayır. Sonra şairin bir-birinin 
ardınca "Məşruyətçilər", "İranlılara", "Dürtmələ", "Neyləyir iranlılar" kimi 
satiraları məcmuədə dərc edilir. 
Cənubi Azərbaycanın Sərab yaxınlığında 1859-cu ildə Dünni kəndində 
anadan olan Bayraməli Abbaszadə də jurnalla sıx əməkdaşlıq etmiş, "Mirzə 
Gülzar" imzası ilə həcvlər, satirik şeirlər yazmışdır. İrandakı ağır ictimai-siyasi 
vəziyyət, kəndlilərin qul kimi yaşamasını öz gözləri ilə görən B.Abbaszadə 
Məşrutə inqilabı dövründə Səttərxanla birgə mübarizəyə atılmışdı. Təqiblərdən 
yaxa qurtarmaq üçün Şimali Azərbaycana gələn B.Abbaszadə heç bir sənəti 
olmadığından hamballıq etmişdir. Onun "Hammal" imzası ilə yazıb-yaratması da 
bundan irəli gəlirdi. Millətinin azadlıq istəyini uca tutan "Hammal" bu yolda öz 
qələmi ilə mübarizə aparır, "Həllac" şeirində vətən və xalq yolunda ölməyə hazır 
olduğunu söyləyirdi. 
B.Abbaszadə ilə yanaşı, jurnalın əməkdaşları sırasında Mirzə Əli Möcüz 
Şəbüstəri, C.Cabbarlı, Əli Möhzun İrəvani, Müceyri, Süleyman Məlikov kimi 
qələm əhli də var idi. 
"Molla Nəsrəddin" bu cür istedadlı qələm ustadlarının, sənətkarlarının 
yaxından köməyi və Şmerlinq, Rotter, Ə.Əzimzadə, X.Musayev, Ə.Behzad kimi 
rəssamların sənətkarlıq qüdrəti sayəsində mövzularını daim əhatəli edir, həyatın 
əksər sahələrinə işıq sala bilirdi. Jurnalın karikaturaları satirik yazılar qədər 
qüvvətli təsir bağışlayır, məqalələrin geniş açımına xidmət edirdi. 
"Molla Nəsrəddin" fəaliyyətə başladığı zaman satirik qrafikasının da 
yaranması vacib məsələ kimi dururdu. Bu vacib məsələnin həllində Mirzə Cəlil 
böyük çətinliklərlə üzləşdi. Xüsusilə jurnalın Azərbaycanın kənar mühitində nəşrə 
başlaması və milli rəssam kadrlarının yoxluğu çətinlikləri daha da artırırdı. Lakin 
"Molla Nəsrəddin" redaktorunun axtarışları səmərə verdi. 


93 
"Molla Nəsrəddin"in ilk sayında rəssam 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə