Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə45/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   41   42   43   44   45   46   47   48   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Xəlil 
Musayev 
idi. Onun imzası 1913-cü ildən başlayaraq məcmuənin səhifələrində 
görünür. X.Musayev öz karikaturalarında cəhaləti, qadın hüquqsuzluğu və irticanı 
kəskin tənqid edirdi. 
Adları sadalanan bu rəssamlardan başqa jurnalda V.Kikadze, 
Ə.İbrahimzadə və başqaları iştirak etmişlər. Məcmuənin Təbriz nömrələrinin 
rəssamı Seyid Əli Behzad idi. 


95 
"Molla Nəsrəddin" jurnalı fəaliyyət göstərdiyi 25 il ərzində böyük bir 
ədəbi məktəb yaratdı. Mollanəsrəddinçilər klassik Azərbaycan, Şərq və rus 
satirasından, xalq yumoru və folklorundan məharətlə istifadə edərək Azərbaycan 
ədəbi dilini zənginləşdirdilər. Onlar ən böyük, ən ciddi məsələləri xalqın "öz ana 
dilində", məzəli bir formada izah etməyə çalışırdılar. Məcmuədə işlənən bədii ifadə 
vasitələri çox zəngin və rəngarəng idi. Sadə, rəvan dildə problemləri qələmə alıb 
oxucuya çatdırmaqla "Molla Nəsrəddin" özündən əvvəlki mətbu orqanlardan 
kifayət qədər fərqlənirdi. Məcmuədə satirik şeir və hekayə formalarından əlavə, 
açıq məktub, satirik dialoq, tapmaca, elan, teleqraf və lüğət formalarına da 
müraciət edilirdi ki, bu da jurnalistikada yeni bir istiqamət kimi qəbul edilir. 
Jurnalın səhifələrində dərc olunan karikaturalar mövzunun açımı, oxuculara sərrast 
çatdırılması üçün olduqca əhəmiyyətli idi. 
İnqilabi-demokratik ideyaların yayılması, milli şüurun oyanışı, milli 
mədəniyyətin inkişafı və müasir dünyagörüşün formalaşmasında böyük xidmətlər 
göstərən "Molla Nəsrəddin" Azərbaycanda ictimai və bədii fikrin zənginləşməsinə 
xidmət etdi. Bu məcmuənin mətbuat tariximizdə önəmi həm də ondan ibarətdir ki, 
ömründə dəftər-kitab üzü görməyənlər də "Molla Nəsrəddin"i alır, oxumağa, 
yazmağa başlayırdılar. Deməli, bu dərgi həm də dövrün oxucu kütləsinin 
formalaşmasına böyük təkan vermişdi. 
"Molla Nəsrəddin" Yaxın və Orta Şərq xalqlarının milli oyanışına, azadlıq 
hərəkatına böyük xidmət etdi. Orta Asiya, İran, Türkiyə, Tatarıstan və başqa 
yerlərdə inqilabi ideyaların yaranmasına, yeni tipli realist ədəbiyyatın 
yaranmasında "Molla Nəsrəddin"in rolu danılmazdır. İranda və Cənubi 
Azərbaycanda çıxan "Suri-İsrafil", "Azərbaycan", "Baba Şəməl", "Nəsimi-Şimal", 
Aşqabadda türkcə çap edilən "Tokmak" kimi jurnallar bu və ya digər dərəcədə 
"Molla Nəsrəddin"ə bağlıdır. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə