Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə24/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

beta bir aydın nəticə çıxır ki, dövlət çərçivəsi daxilində yckcinslilik məcburi deyil. 

Təcrübə göstərir  ki. səlahiyyətlər  bölgüsü  ədalət  məhkəməsinin sahələrinə (istər 

əsas,  istərsə  də  prosessual)  verilən  səlahiyyətlər  və  təsərrülatın  ənənəvi 

sahələriylə  bağlı  səlahiyyətlər  də  daxil  olmaqla,  adətən,  mərkəzi  hökumətin 

idarəsinə aid  ictimai  belə səlahiyyətlərin həyata keçirilməsinə cəlb edilməlidirlər. 

Eyni  zamanda  mərkəzi  hökumət  bütün  dövlət  ərazisində  ədalət  və  imkanlar 

bərabərliyinin  təmin edilməsi sahəsində səlahiyyəti özündə saxlamalıdır.

21. 


Azlıqların daha səmərəli iştirakını təmin etmək üçün məhəlli əsasla verilə 

bilən  səlahiyyətlər  aid  olduqlan  azlıqların  maraqlan  lazımi  dərəcədə  nəzərə 

alınmaqla  həyata  keçirilməlidir.  İnzibati  hakimiyyət orqanları  müvafiq  ərazidə 

bütiin əhaliyə hesabat verməlidir.  Bu  Kopcnhagen sənədinin  5.2  bəndindən  irəli 

gəlir  və həmin  bənd ЛТЭТ-in  bütün  iştirakçı dövlətlərinə bütün səviyyələrdə və 

bütün  şəxslər  üçün  "icraçı  hakimiyyət  orqanlarının  seçilmiş  qanunverici 

orqanlara,  yaxud  seçicilərə  hesabat  verməli  olduğu  və  öz  xarakterinə  görə 

nümayəndəlik olan  idarə formasını"  təmin etməyi  tapşırır.

VI 

TƏMİNATLAR 



a) Konstitusiya  və lıuquq  təminatları

22.  Bu  bölmədə müvafiq müddəaların "möhkəmləndirilməsi", daha doğrusu, 

qanunvericilik  qaydası  ilə  onların  qeydə  alınması  haqqında  məsələyə  baxılır. 

Bəzi  hallarda  hərtərəfli  hüquqi  mcxanizmlər  faydalı  olarsa,  digər  hallarda 

çərçivə  müddəaları  kifayət  edə  bilər.  5-ci  tövsiyyədə  göstərildiyi  kimi,  bütün 

hallarda  mexanizmlərin  qəbulu  açıq  proseduralar  vasitəsilə  həyata 

keçirilməlidir.  Eyni  zamanda  maraqlarına  toxunulan  şəxslərin,  xüsusən  milli 

azlıqlara  mənsub  şəxslərin  müəyyən  müdafiəsinə  təminat  vermək  üçün 

mexanizmlərin  qəbulundan  sonra  sabitliyi  təmin  etmək  lazımdır.  Yerli 

özünüidarəyə  dair  Avropa  xartiyasının  2-ci  və  4-cü  maddələrində  konstitusiya 

mexanizmlərinə  üstünlük  verilir.  Sabitliklə  çeviklik  arasında  arzulanan 

müvazinətə  nail  olmaq  üçün  müəyyənləşdirilmiş  aralıq  müddəti  vasitəsi  ilə 

yenidən  baxılmanı  əvvəlcədən  planlaşdırmaq  məqsədəuyğun  ola  bilər  və 

bununla  da  dəyişikliyin  təqdimetmə  prossesi  siyasizləşdiıilər,  gözdənkeçirmə 

prossesi  isə daha  az antoqonist olur.

23.  Bu  tövsiyyə  mövcud  mexanizmlərin  dəyişdirilməsi  üçün  şərtləri 

müəyyənləşdirməyi  deyil,  əvvəllər  tətbiq  edilməmiş  yeni  rejimləri  sınamağı 

nəzərdə  tutduğuna  görə  22-ci  lövsiyyədən  fərqlənir.  Səlahiyyətli  hakimiyyətlərə 

mərkəzi  orqanlarla  azlıqların  nümayəndələrinin  münasibətlərində  yaranan 

müxtəlif şəraitlərdə  öz  seçimini  həyata  keçirərkən  müxtəlif yanaşmaları  tətbiq 

etmək  imkanı  verilir.  Son  nəticələri  irəlicədən  müəyyənləşdirərək  bu,  yeniliyin 

qəbulu  və həyata  keçirilməsi  hesabına  faydalı  təcrübə mənbəyi ola  bilər.

b) Hüquq  müdafiəsi

24.  Kopcnhagen sənədinin 30-cu bəndində ATƏT-in iştirakçı dövlətləri "milli 

azlıqlara  aid  məsələlərin  yalnız  müstəqil  məhkəmə  sisteminin  fəaliyyəti 

şəraitində  qanunun  aliliyina  əsaslanan  demokratik  siyasi  çərçivədə 

kifayətləndirici qaydada həll edilə biləcəyini qəbul edirlər".  Hüquq  müdafiəsinin 

təsirli  vasitələri  haqqında  həmçinin.  Mülki  və  siyasi  hüquqlar  haqqında 

beynəlxalq  paktın  2-ci  maddəsinin  3-cü  bəndində  də  danışılır,  "məhkəmə 

müdafiəsinin  vasitələri"  isə  yerli  özünüidarəyə  dair  Avropa  xartiyasının  ll-ci 

maddəsində xatırlanır.

56

Məhkəmə  nəzarəti  konstitusiya  məhkəmələri  və  faktiki  olaraq  insan 



hüquqları  üzrə  müvafiq  beynəlxalq  orqanlar  tərəfindən  həyata  keçirilir.  Milli 

komissiyalar, ombudsmenlər, etniklərarası və ya "irqi" münasibətlər üzrə şuralar 

və  s.  kimi  məhkəmədən  kənar  mexanizm  və  sosial  qurumlar  da  həmçinin, 

Kopcnhagen  sənədinin  27-ci  bəndində,  İrqi  ayrı-seçkiliyin  bütün  formalarının 

ləğv  edilməsi  haqqında  beynəlxalq  konvensiyanın  14-cü  maddəsinin  2-ci 

bəndində.  Vyana  bəyannaməsinin  36-cı  bəndində  və  İnsan  hüquqları 

ümumdünya  konfransının  1993-cü  ildə  qəbul  etdiyi  fəaliyyət  proqramında 

deyildiyi  kimi,  mühüm  rol oynaya  bilərlər.

57



MİLLİ  AZLIQLARIN TƏHSİL 

HÜQUQU  ÜZRƏ  HAAQA TÖVSİYYƏLƏRİ

Beynəlxalq sənədlərin ruhu

1.  Milli  azlıqlara  mənsub  şəxslərin  yalnız  təhsil  prosesində  öz  ana  dili  ilə 

bağlı lazımi biliyi aldıqları halda, onların özünəməxsusluğunu saxlamaq hüququ 

reallaşa  bilər.  Eyni  zamanda  milli  azlıqlara  mənsub şəxslər dövlət  dilini  kifayət 

qədər  bilməklə  geniş  milli  cəmiyytə  inteqrasiya  olmaq  məsuliyyətini  də 

daşıyırlar.

2.  Milli  azlıqlara  mənsub  şəxslərin  vəziyyətinin  yaxşılaşdırılmasına 

yönəldilmiş  beynəlxalq  sənədlərə  əməl  etməklə  dövlətlər  bərabərlik  və  ayrı- 

seçkiliyə yol verməməyin əsas  prinsiplərinə ardıcıl şəkildə əməl etməlidirlər.

3.  Müvafiq  beynəlxalq  öhdəliklərin  minimal  beynəlxalq  standartlar 

olduğunu  nəzərdə  tutmaq  Lzımdır.  Bu  öhdəliklərin  məhdud  yozumu  onların 

ruhuna  və məqsədinə zidd  olardı.

Tədbirlər və resurslar

4.  Dövlətlər  təhsil  sahəsində  azlıqların  hüquqlarına  dair  fəal  siyasət 

yeritməlidirlər.  Dövlətlər  təhsil sahəsində azlıqların dil  hüquqlarını  fəal surətdə 

həyata keçirmək üçün onların mövcud resurslarından həm müstəqil şəkildə, həm 

də  beynəlxalq,  xüsusən  iqtisadi  və  texniki  yardım  və  əməkdaşlıq  vasitəsilə 

maksimum  istifadə etməklə zəruri yerlərdə xüsusi  tədbirlər görməlidirlər.

Descntralizasiya  və iştirak

5.  Dövlətlər  milli  azlıqların  təhsili  ilə  bağlı  siyasət və proqramların  işlənib 

hazırlanmasında  və  reallaşdırılmasında  müvafiq  milli  azlıqları  təmsil  edən 

təşkilatların  fəal  iştiraklarına şərait yaratmalıdırlar.

6.  Dövlətlər  milli  azlıqların  təhsili  sahəsində  regional  və  yerli  orqanlara 

müvafiq  səlahiyyətlər  verməklə  regional  və/yaxud  yerli  səviyyədə  siyasətin 

formalaşması prosesində azlıqların iştirakına kömək edirlər.

7.  Dövlətlər  valideynlərin,  milli  azlıqların  dil  öyrənmə  sahəsi  də  daxil 

olmaqla  yerli  səviyyədə təhsil sisteminə və  təhsil seçiminə cəlb edilməsini  təşviq 

edən  tədbirlər görməlidirlər.

İctimai və xüsusi müəssisələr

8.  Beynəlxalq  hüquqa  uyğun  olaraq  milli  azlıqlara  mənsub  şəxslərin 

başqaları  kimi,  milli  dövlət  qanunvericiliyinə  müvafiq  surətdə,  özəl  təhsil 

müəssisələrinə  yaratmaq  və  saxlamaq  hüququ  var.  Bu  müəssisələr  milli 

azlıqların dilində  təhsil verən məktəblər də daxil edilə bilər.

9.  Dövlətlər  milli  azlıqlara  mənsub  şəxslərə  özəl  təhsil  müəssisələrini 

yaratmaq  və  saxlamaq  hüququnu  verərək,  bu  hüququn  həyata  keçirilməsinə 

belə  müəssisələrin  yaradılmasını  və  idarə  olunmasını  nizama  salan  ifrat 

ağırlaşdırılmış proseduralar müəyyənləşdirməklə mane olmamalıdırlar.

10.  Milli  azlıqların  dilində  fəaliyyət  göstərən  özəl  təhsil  müəssisələrinin  heç 

bir  maneə  və  ya  ayrı-seçkilik  olmadan  ya  dövlət  büdcəsindən,  ya  beynəlxalq 

mənbələrdən,  ya  da  özəl  bölmədən  xüsusi  maliyyələşmə  mənbələrini  axtarıb 

tapmaq  hüququ  var.

Milli azlıqların ibtidai və orta səviyyələrdə təhsili

11.  İlk  təhsil  illəri  uşağın  inkişafı  üçün  həlledici  əhəmiyyətə malikdir.  Təhsil 

sahəsində araşdırmalar göstərir ki, məktəbəqədər səviyyədə təlim idealda  uşağın

58

ana dilində aparılmalıdır.  Mümkün olduğu hər yerdə dövlətlər valideynləriin  bu 



imkandan  istifadə etməsi üçün şərait yaratmalıdırlar.

Tədqiqatlar  onu  da  göstərir  ki,  ibıidai  məktəbdə  tədris  proqramı  idealda 

milli  azlıqların  dillərində  tədris edilməlidir.  Milli  azlıqların  dilləri  dərs  predmeti 

kimi  daimi  əsaslarla  tədris olunmalıdır,  tədrisi  uşaqların  div  və mədəni  hazırlığı 

olunmalıdır.  Rəsmi  dövlət  dili  də  dərs  predmeti  kimi  daimi  əsasda  tədris 

haqqında  yaxşı  təsəvvürü  olan  ikidilli  müəllimlərin  aparmasına  üstünlük 

verilməlidir.  Bu  mərhələnin  sonunda  bir  neçə  praktiki  və  ya  qeyri-nəzəri 

predmetlər  dövlət  dilində  tədris  olunmalıdır.  Dövlət  mümkün  olan  hər  yerdə 

valideynlərin  bu  imkandan  istifadə etmələrinə  imkan  verən şərait yaratmalıdır.

13.  Orta  məktəbdə  dərs  proqramının  əsas  hissəsi  milli  azlıqların  dillərində 

tədris  olunmalıdır.  Milli  azlıqların  dilləri  həm  də dərs predmeti  kimi  müntəzəm 

tədris  edilməlidir.  Rəsmi  dövlət  dili  də  dərs  predmeti  kimi  müntəzəm  tədris 

edilməlidir,  tədrisi  uşaqların  mədəni  və  dil  hazırlığı  haqqında  yaxşı  təsəvvürü 

olan  ikidilli  müəllimlərin  aparmasına  üstünlük  verilməlidir.  Bu  müddət  ərzində 

dövlət  dilində  tədris  olunan  predmetlərin  sayı  tədricən  artırılmalıdır. 

Tədqiqatlar  göstərir  ki,  artım  nə  qədər  tədrici  olsa,  uşaq  üçün  bir  o  qədər 

yaxşıdır.

14.  Milli  azlıqların  dillərində  təhsilin  ibtidai  və  orta  səviyyəsinin  təmin 

olunması  bir  çox  hallarda  bütün  dillərin  doğma  dildə  tədrisinə  hazırlanmış 

müəllimlərin  mövcudluğundan  asılıdır.  Deməli,  milli  azlıqlar  üçün  dilin 

öyrədilməsinin  adekvat  imkanlarını  təmin  elmək  öhdəçiliyindən  çıxış  edən 

dövlət  lazımlı  müəllimlər  hazırlığına  uyğun  şəraıi  təqdim  və  belə  hazırlığa 

imkanı  təşviq etməyə borcludur.

Milli  azlıqların peşə məktəblərində təlimi

15.  Milli  azlıqların  dillərində  peşə  təhsilinə  milli  azlıqlara  mənsub  şəxslərin 

istəklərinə, buna tələbatlarını göstərdikləri və saylarının buna haqq qazandırdığı 

hallara uyğun və konkret  predmetlər üzrə imkan yaradılmalıdır.

16.  Doğma  dildə  təlimi  təmin  edən  peşə  məktəblərinin  dərs  proqramı  elə 

tərtib olunmalıdır  ki,  bu  proqramı  başa  vurandan  sonra  tələbələrin  bu  peşə  ilə 

həm doğma,  həm  də dövlət  dilində məşğul ola biləcəklərinə zəmanət  versin.

Milli azlıqlar üçün ali təhsil

17.  Milli  azlıqlara  mənsub  şəxslərin  tələbatlarını  göstərdikləri  və  sayca 

şərtləndirdikləri  halda  doğma  dillərində  ali  təhsil  almalarına  imkanları 

olmalıdır.  Milli  azlıqların  dilində  ali  təhsil  almağa  imkanı  mövcud  təhsil 

strukturlarında  zəruri  şərait  yaratmaq  yolu  ilə  və  yalnız  bir  şərtlə  təmin  etmək 

olar  ki,  bu  həmin  milli  azlıqların  tələbatlarını  adekvat  ödəyə  bilsin.  Milli 

azlıqlara  mənsub  şəxslər  özlərinin  şəxsi  ali  təhsil  qurumlarını  yaratmaq  üçün 

yollar və vasitələr axtara  bilərlər.

18.  Ali  təhsilin  gələcək  modelləri  müəyyənləşdirilərkən  milli  azlıqların  yaxın 

keçmişdə  özlərinin  şəxsi  ali  təhsil  qurumlarını  saxladıqları  və  nəzarət  etdikləri 

faktı  nəzərə alınmalıdır.

Dərs proqramlarının  işlənməsi

19.  Beynəlxalq sənədlərin mədəniyyətlərarası  təhsilə, milli azlıqların  tarixinə, 

mədəniyyətinə  və  ənənələrinə  diqqətə  xüsusi  məna  və  əhəmiyyət  verdiklərinə 

görə,  dövlət  təhsil qurumları  uyğun  milli  azlıqların  tarixinin,  mədəniyyətinin  və 

ənənələrinin  öyrənilməsini  ümumi  məcburi  proqramlara  salmağı  təmin  etməyə 

borcludurlar.  Çoxluğun  nümayəndələrinin  həmin  dövlətdə  yaşayan  milli

59



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə