Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə22/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

Bu,  Çərçivə  konvensiyasının  16-cı  maddəsilə  bilavasitə  yasaq  edilir,  yerli 

özünüidarə  ilə  bağlı  Avropa  xartiyasının  5-ci  maddəsində  isə qabaqcadan  belə 

bir  şərt  qoyulmuşdur  ki,  yerli  ərazi  qurumları  sərhədəlrinin  dəyişdirilməsi, 

əlaqədar  yerli  icmalarla  ilkin  məsləhətləşmələr  keçirmədən  icra  edilmir,  bu  isə 

qanunun  yol  verdiyi  hallarda  referendum  formasında  keçirilə  bilər  (ərazi 

mexanizmlərinə Aid olan  19-cu  lövsiyyənin izahına bax)

c)  Regional və yerli səviyyəli mcxanizmlər

11.  Həmin  tövsiyələr, muxtar vilayətlər və digər ərazi bölgü və qurumları  da 

daxil olmaqla,  istər unitar dövlətin  tərkibinə daxil  olan,  istərsə də federasiyanın 

subyektləri  olan  əyalətlərdə,  departamentlordə,  rayonlarda,  prefekturalarda, 

bələdiyyələrdə,  şəhər  və  qəsəbələrdə  -  mərkəzi  hakimiyyətdən  aşağıda  bütün 

səviyyələrdəki hakimiyyət orqanlarına aiddir.  Hər kəsə bütün insan hüquqlarını 

eyni  dərəcədə  reallaşdırmaq  imkanı  verən  şəraiti  məntiqli  şəkildə  yaratmaq 

vəzifəsi  bu  hüquqlara  hörmətin  nəinki  mərkəzi  hakimiyyət  səviyyəsində,  hətta 

bütün  aşağı  səviyyələrdə  təmin  edilməsini  tələb  edir.  Ancaq  regional  yə  yerli 

səviyyəli  strukturlar  yaradılarkən  tətbiq  edilən  meyarlar  mərkəzi  hökumət 

tələbatın  və  ifadə  edilən  təklifin  müxtəlifliyindən  şərtlənən  simmetıiyasızlıq  da 

mümkündür.

d)  Məşvərətçi  və məsləhətçi orqanlar

12.  Helsinki  sənədinin  6-cı  bölməsinin  24-cü  bəndi  milli  azlıqlara  mənsub 

şəxslərin  fərdi  əsasda  və  başqaları  ilə  birlikdə (...) o  cümlədən  milli  regional  və 

yerli  səviyyəlrdə  (...)  demokratik  iştiraketmə  əsasında,  öz  ölkəsinin  (...)  siyasi 

(...)  həyatında  (...)  tamamilə  iştirak  elmək  hüququ  da  daxil  olmaqla,  öz  insan 

hüquqlarını və əsas azadlıqlarını azad şəkildə həyata keçirmələrini" təmin etməyi 

ATƏT-in iştirakçı dövlətlərinin öhdələrinə qoyur.

Belə  orqanlar  daimi  və  ya  məqsədli,  hakimiyyətin  qanunverici  və  ya  icra 

sahəsinə  aid  ola  bilər,  yaxud  onların  nəzdində və  ya  müstəqil  fəaliyyət  göstərə 

bilər.  ATƏT-in  bir  sıra  iştirakçı  dövlətlərinin  parlamenti  nəzdində  azlıqların 

nümayəndələrinin  iştirak  etdiyi  "dəyirmi  masalar"  kimi  komitələr  fəaliyyət 

göstərir.  Onlar  özünüidarə da daxil olmaqla  hakimiyyətin  bütün səviyyələrində 

yaradıla  bilər  və  artıq  real  şəkildə fəaliyyət  göstərməkdədirlər.  Belə  orqanların 

səmərələliyi  onların  tərkibinə  azlıqların  nümayəndələrinin  və  xüsusi  ekspert 

biliyi olan digər şəxslərin daxil cdilməsiylə, eləcə də onların sərəncamına adekvat 

resursların  ayrılması  və  rəhbər orqanların  onlara  diqqətli  maraq  göstərməsi  ilə 

təmin  edilir.  Məsləhətçi  vəzifəsini  yerinə  yetirməkdən  və  tövsiyələr  işləyib 

hazırlamaqdan  başqa  bu  orqanlar  dövlət  rəhbərliyi  ilə  azlıqlar  arasında  aralıq 

həlqə ola  bilərlər.  Onlar hökumət  səviyyəsində və azlıqların  yaşadıqları  icmalar 

səviyyəsində  tədbirlərin  görülməsini  də  stimullaşdıra  bilərlər.  Bundan  başqa, 

belə  orqanlar  proqramların,  məsələn  təhsil  sahəsində  proqramın  reallaşdırıl- 

masına  dair  konkret  məsələləri  həll  edə  bilərlər.  Bundan  əlavə  bu  və  ya  digər 

ixtisaslaşdırılmış  komitələrin  işi  bəzi  azlıqlar  üçün  xüsusi  əhəmiyyətə  malik  ola 

bilər,  buna görə də həmin azlıqlar bu komitələrdə təmsil olunmalıdırlar.

13.  Bu  orqanlardan  konstruktiv  istifadə  imkanları  konkret  vəziyyətlərdən 

asılıdır.  Ancaq  istənilən  halda  idarəetmənin  lazımi  praktikası  hakimiyyət 

orqanlarının  nüfuzlü  məsləhətçi  və  məşvərətçi  orqanları  işə  cəlb  etmək  üçün 

məqsədyönlü  tədbirlər  görməyi  və  lazım  gəldikdə  onlara  müraciət  etməyi,  o 

cümlədən  müvafiq  məsələlərlə bağlı  işə öz töhfələrini  vermək  təklifi  ilə müraciət 

etməyi  tələb  edir.  Bu  orqanlara  və  onların  üzvlərinə  münasibətdə  hakimiyyət

52

orqanlarının  açıq  mövqeyi  və  onlarla  əməkdaşlığa  hazır  olması  daha  optimal 



qərarların  qəbul  edilməsinin  rəhni  olacaq  və  cəmiyyətdə  hakimiyyət 

orqanlarının nüfuzunu  qaldıracaqdır.

III.  ÖZÜNÜİDARƏ

"Özünüidarə"  termini  icmanın özüylə bağlı  məsələlərin həllinə bu və ya digər 

dərəcədə  nəzarət  etməsini  tələb  edir.  "İdarə"  sözü  isə  qətiyyən  müstəsna 

səlahiyyəti  nəzərdə  tutnnır.  Bundan  başqa  o,  inzibati  və  sərəncamverici' 

səlahiyyətləri, həmçinin  konkret şəkildə razılaşdırılmış qanunverici  və məhkəmə 

funksiyalarını da ifadə edə bilər.  Buna dövlətin öz funksiyalarından  bir hissəsini 

göndərmək  və  ya  vermək,  yaxud  məsələn  federasiya  halında  baza 

səlahiyyətlərinin  ilk  bölgüsü  yolu  ilə nail olmaq  mümkündür ATƏT-in  iştirakçı 

dövlətlərində  özünüidarə  formaları  müxtəlif  şəkildə  -  muxtariyyətin 

göndərilməsi,  özünüidarə  və  ya  daxili  idarə  adlandırılır.  Həm  də  ərazi 

mexanizmlərinin  formalaşdırılmasında  etnik  meyarlar  heç  bir  halda 

müəyyənedici olmurlar.

ATƏT-in  iştirakçı  dövlətləri  Kopenhagen  sənədinin  35-ci  bəndində 

"müəyyən  milli  azlıqların  etnik,  mədəni,  dil  və din  özünəməxsusluğunun  təşviq 

edilməsi  üçün  şəraitin  müdafiəsi  və  yaradılması  məqsədilə  göstərilən  səyləri 

əlaqədar dövlətlərin yerli və ya muxtar idarə orqanlarının həmin azlıqların tarixi 

və ərazi şəraitlərinə cavab verən siyasətinə uyğun olaraq, göstərilən məqsədlərinə 

nail  olmağın  mümkün  vasitələrdən  birini  yaratmaq  yolu  kimi"  qeyd  etmişlər 

Bununla  bağlı  olaraq,  ATƏM-in  milli  azlıqlar  məsələsi  üzrə  ekspertlər 

Müşavirəsi  Məruzəsinin  IV bölməsinin 7-ci paraqrafında göstərilir ki, "onlardan 

(iştirakçı  dövlətlər)  bəziləri  müvafiq  demokratik  yolla,  o cümlədən, (...) yerli  və 

muxtar  idarə  orqanları,  eləcə  də  azad  və  vaxtaşırı  keçirilən  seçkilərdə  seçilmiş 

məsləhətçi, qanunverici və icra  orqanlarının mövcudluğu da daxil olmaqla ərazi 

əsaslı  muxtariyyatın  mövcudııluğu",  ərazi  əsasında  muxtariyyatın  olmadığı 

özünəməxsus  şəraitlə  bağlı  aspektlərdə  milli  azlıqların  özünüidarəsi; 

idarəetmənin desentralizasiya olunmuş və ya yerli  formaları; (...)  milli azlıqlara 

mənsub  və  öz  xüsusi  təhsil,  mədəniyyət  və  dini  müəssisələrini,  təşkilat  və 

assosiasiyalarını  (...)  yaratmaq  və  himayə  etmək  hüquqlarını  həyata  keçirmək 

üçün  maliyyə və  texniki  yardımlar  istəyən şəxslərə maliyyə və  texniki  yardımlar 

vasitəsilə  müsbət  nəticələrə  nail  olmuşlar(...)  Yerli  özünüidarənin  Avropa 

xartiyasının  preambulasında  demokratiya  və  hakimiyyətin  desentralizasiya 

prinsipləri  haqqında  müxtəlif  Avropa  ölkələrində  yerli  özünüidarənin  təmin 

edilməsinə  və  möhkəmləndirilməsinə  kömək  edən  faktor  kimi  daha  ümumi 

planda  danışılır.  Bununla  əlaqədar,  yerli  özünüidarənin  Avropa  xartiyasının  9- 

cu  maddəsinin  müddəaları  ayrılan  belə  səlahiyyətlərin  reallaşdırılması  üçün 

kifayət qədər maliyyə yardımını  hüququnu  nəzərdə tutur.

15. 

Dövlət  orqanları  bütünlükdə  dövlətlə  əlaqədar  bir  sıra  sahələrdə 



məsuliyyəti öz  üzərinə götürərək,  mərkəzi  hakimiyyət səviyyəsində  bu sahələrdə 

lazımi  tədbirlərin  həyata  keçirilməsini  təmin  elmləidirlər.  Adətən  belə sahələrin 

sırasına  daxildir:  əslində  dövlətin  ərazi  bütünlüyünün  təmin  edilməsinə  aparıb 

çıxaran  müdafiə  məsələsi;  iqtisadi  baxımdan  bərabər  durumda  olmayan 

rayonlar arasında  mərkəzi  hakimiyyətin  bir növ  larazlaşdırıcı  funksiyanı  yerinə 

yetirdiyi  dərəcədə  mühüm  rol  oynayan  makro-iqtisadi  siyasət:  eləcə  də. 

diplomatiyanın ənənəvi sahəsi.  Digər amillər də ciddi  ümumilli  nəticələrə malik

53



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə