Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə19/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

mədəni,  dil  və  din  özünəməxsusluğunu  təşviq  etmək  üçün  şəraitin  müdafiəsi  və 

yaradılması  ilə  bağlı  öhdəliklər  də  daxil  olmaqla,  ATƏT  üzrə  öz  müvafiq 

öhdəliklərini  daha səmərəli yerinə yetirmək üçün gələcək  imkanlar"  təklif edir.

BMT  Nizamnaməsinin  l-ci  maddəsinin  3-cü  bəndində  Təşkilatın 

məqsədlərindən  birinin  "iqtisadi  sosial,  mədəni  və  humanitar  xarakterli 

beynəlxalq  problemlərin  həll  edilməsində  və  irq,  cins,  dil  və  din  fərqi 

qoyulmadan  har  kəsin  insan  hüquqlarına  hörmətin  təşviq  edilməsi  və  inkişaf 

etdirilməsində  beynəlxalq  əməkdaşlığı  həyala  keçirmək"  olduğu,  daha  sonra 

Nizamnamənin 55-ci maddəsinin "c" bəndində dəqiqləşdirilmək, "irq, cins, dil və 

din  fərqi  qoyulmadan  hər kəsin  insan hüquqlarına  və əsas azadlıqlarına  ümumi 

hörmət  və  əməl  edilməsinə"  kömək  elmək  olduğu  deyilir.  Nizamnamə  insan 

hüquqlarına hörmətlə beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləmək arasında sıx 

qarşılıqlı  əlaqəyə  əsaslanır;  həmçinin  insan  hüquqları  ümumi  Bəyannaməsinin 

(1948-ci  il)  l-ci  maddəsində  və  Mülki  və  siyasi  hüquqlar  haqqında  beynəlxalq 

paktın  (1966-cı  il),  iqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında  beynəlxalq 

paktın  (1966-cı  il)  və  irqi  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi 

haqqında  beynəlxalq  konvensiyanın  (1965-ci  il)  preambulalarında  da  insan 

ləyaqətinin əsas mənalarından danışılır.

Bu  ləyaqət  bütün  insanlara eyni dərəcədə məxsusdur və  bərabər və ayrılmaz 

hüquqlar tələb edir.

Bərabər  ləyaqət  və  ayrılmaz  hüquqlar  ideyasından  ayrı-seçkisizliyin  əməli 

olaraq  insan  hüquqlarına  dair  bütün  beynəlxalq  sənədlərində  konkret  ifadəsini 

tapmış  prinsipləri  irəli  gəlir  və  bu  sənədlərin  arasında  da  İnsan  hüquqlarının 

ümumi  Bəyannaməsinin  2-ci  maddəsini;  Mülki  və  siyasi  hüquqlar  haqqında 

beynəlxalq  paktın  2-ci  və  26-cı  maddələrini  və  iqtisadi,  sosial  və  mədəni 

hüquqlar  haqqında  beynəlxalq  paktın  2-ci  maddəsini  qeyd  etmək  lazımdır.  İrqi 

ayrı-seçkiliyin 

bütün  formalarının  ləğv  edilməsi  haqqında  beynəlxalq 

konvensiyanın  l-ci  maddəsində  bütün  aydınlığı  ilə  göstərilmişdir  ki,  bu  sənəd 

ayrı-seçkiliyi, xüsusən nəsil, milli, yaxud etnik mənşə" əlamətinə görə yasaq edir. 

İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Avropa 

konvensiyasının  (1950-ci  il)  (bundan  sonra  "İnsan  luıquqları  haqqında  Avropa 

konvensiyası"  adlandırılacaq)  14-cü  maddəsi  də  Konvensiyanın  təminat  verdiyi 

hüquqlardan  və  azadlıqlardan  söhbət  getdiyi  bütün  hallarda  ayrı-seçkiliyə 

yolverilməzlik  prinsipini  birmənalı  şəkildə  "milli,  yaxud  sosial  mənşə,  milli 

azlıqlara  mənsubiyyət"  əlamətinə görə  ayrı-seçkiliyə aid  edir.  Bu  müddəalar  və 

prinsiplər  ATƏT-in  iştirakçı  dövlətlərinin  əksəriyyətinin  konstitusiyalarında 

əksini  tapmışdır.

Əgər milli  azlıqlara  mənsub şəxslərə ictimai-siyasi həyatda  fəal  iştirak etmək 

hüququ  verilibsə,  Kopenhagen  sənədinin  3-cü  bəndində.  Çərçivə  Konven­

siyasının  4-cü  maddəsində  və  azlıqlar  haqqında  BMT  Bəyannaməsinin  4-cii 

maddəsinin  2-ci  bəndində  göstərildiyi  kimi,  həmin  şəxslərin  bu  hüquqdan 

məhdudiyyət qoyulmadan  istifadə etmək imkanları olmalıdır.  Bununla  bərabər. 

Çərçivə  Konvensiyasının  4-cü  maddəsinin  2-ci  bəndinə  görə,  ləyaqətə hörmətin 

hüquqi  bərabərliyinin  təmin  edilməsi  nəinki  yalnız  ayrı-seçkiliyi  rədd  elmək 

prinsipini,  həm  də  milli  azlıqlara  mənsub  şəxslərlə  əhalinin  əsas  qrupuna 

mənsub  olan  şəxslər  arasında  tam  və  həqiqi  bərabərliyi"  tələb  edir  və  bunun 

üçün  dövlətlər  siyasi...  həyatın  bütiin  sahələrində...  lazım  gəldiyi  hallarda 

lazımı  tədbirlər  görmə"yə  borcludurlar  və  bunlarla  bağlı  onlar  "milli  azlıqlara

46

mənsub şəxslərin xüsusi  vəziyyətini  lazımi  qaydada  nəzərə alırlar".



Təkliflərdə  insan  hüquqlarına  hörmətlə  mülki  cəmiyyət  qurumlarının 

inkişafı arasında  nəzərdə tutulan əlaqə "səmərəli siyasi demokratiyanın"  tələbini 

əks  etdirir  və  insan  hüquqları  haqqında  Avropa  konvensiyasının 

preampulasında  deyildiyi  kimi,  bütün  dünyada  ədalətin  və  sülhün  təmin 

edilməsiylə  ayrılmaz  şəkildə  bağlıdır.  Yeni  Avropa  üçün  Paris  xartiyasında 

ATƏT-in  iştirakçı  dövlətləri  həm  də  bayan  etmişlər  ki,  demokratik  idarəetmə 

sisitemi, o cümlədən  insan  hüquqlarına  hörmət  tərəqqinin  əsasını  təşkil edir.

3.  Milli azlıqların ictimai-siyasi  həyatda səmərəli  iştirakını  təmin edən xüsusi 

qurumlar  başqalarının  hüquqlarının  sıxışdırılması  hesabına  yaradılmamalıdır 

İnsan  hüquqlarına  bütün  hallarda,  o  cümlədən,  dövlətin  müvafiq  səlahiyyətlər 

verə  biləcəyi  qurumlar  tərəfindən  tam  əməl  edilməlidir.  Kopenhagen  sənədinin

33-cü  bəndinə  görə,  milli  azlıqların  özünəməxsusluğunun  müdafiəsinə  dair 

iştirakçı  dövlələr  tərəfindən 

tədbirlər  görülərkən  "belə  təkliflərin  hər  biri 

müvafiq  iştirakçı  dövlətlərin  digər  vətəndaşlarına  münasibətdə  bərabərlik  və 

ayrı-seçkiliyə  yol  verməmək  prinsiplərinə  uyğun  olacaqdır"  Daha  sonra 

Kopenhagen  sənədinin  38-ci  bəndində  deyilir  ki,  "iştirakçı  dövlətlər  milli 

azlıqlara  mənsub şəxslərin  hüquqlarının qorunması və  təşviq edilməsinə dair öz 

səylərində  insan  hüquqlarına  dair  mövcud  konvensiyalara  və  digər  müvafiq 

beynəlxalq  vasitələrə  uyğun  olaraq,  öz  öhdəliklərinə  tam  dərəcədə  əməl 

edəcəklər".  Oxşar  müddəa  Çərçivə  konvensiyasının  20-ci  maddəsində  də  ifadə 

edilməkdədir:  "Bu Çərçivə Konvensiyasında ifadə edilən prinsiplərdən irəli gələn 

hüquq  və azadlıqları  həyata  keçirərkən  milli azlıqlara  mənsub  hər bir şəxs milli 

qanunvericiliyə əməl edir və digər şəxslərin, xüsusilə, əhalinin əsas qrupuna və ya 

digər  milli  azlıqlara  mənsub  şəxslərin  hüquqlarına  hörmət  göstərir",  bu  o 

cümlədən, "azlıqların  tərkibində  azlıqlar" haqqında, xüsusən ərazi muxtariyyəti 

(bax:  16  və  2 l-ci  lövsiyyələrə  aşağıdakı  qeydlərə)  ilə  bağlı  söhbətin  getdiyi 

hallara  da  aiddir.  Buraya  qadınların  hüquqlarına,  o  cümlədən,  qadınlar 

barəsində  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi  haqqında 

konvensiyanın! 1979-cu  il)  7-ci  maddəsində  deyildiyi  kimi,  "ölkənin  siyasi  və 

ictimai  həyalında"  ayrı-seçkilikdən  azad  hörməti də daxil etmək  lazımdır.

4.  Azlıqlara  mənsub  şəxslərin  özünüeyniləşdirmə prinsipinin  əsasını  bir  sıra 

əsaslı öhdəliklər təşkil edir.  Kopenhagen sənədinin 32-ci  bəndində göstərilmişdir 

ki,  "şəxsin  milli  azlığa  mənsubiyyəti  onun  şəxsi  seçiminin  predmetidir  və  bu 

seçimin  həyata  keçirilməsindən  heç  bir  "mənfi  nəticələr  törəyə  bilməz".  Çərçivə 

Konvensiyasının  3-cii  maddəsinin  l-ci  bəndində  də  oxşar  qaydalar  nəzərdə 

tutulmuşdur:  "milli  azlığa  mənsub  hər  hansı  bir şəxsin  özünə  belə  baxılmasını, 

yaxud  baxılmamasını sərbəst seçmək  hüququ var və bu seçim, yaxud  bu seçimlə 

bağlı  hüquqların  həyata  keçirilməsi  həmin  şəxsi  təhqir  etməməlidir".  Azlıqlar 

haqqında  BMT  Bəyannaməsinin  3-cü  maddəsinin  2-ci  bəndində  də  həmçinin. 

Bəyannamədə  ifadəsini  tapmış  hüquqların  həyata  keçirilməsi  və  ya 

keçirilməməsi  nəticəsində azlığa  mənsub istənilən  şəxs  üçün  hər hansı  bir  mənfi 

nəticənin  yolverilməzliyindən danışılır.

Fərdə  öz  istəyinə  görə  özünüeyniləşdirmək  hüququ  verilmədikdə  insan 

şəxsiyyətinin  müstəqilliyinə  və  azadlığına  hörmət  təmin  edilə  bilməz.  İnsan 

müxtəlif planda, həm də  nəinki şəxsi, hətta  ictimai həyatda  da  özünüeyniləşdirə 

bilər.  Müvafiq  surətdə  insanların  hərəkət  qabiliyyətinin  yüksəldiyi  və  ideyalar 

mübadiləsinin  genişləndiyi açıq cəmiyyətlərdə əksəriyyət eyni zamanda  bir  neçə

47



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə