Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə16/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

müvafiq  beynəlxalq normalara istinad edilən qeydlərdədir.

1.  ÜMUMİ  PRİNSİPLƏR

1.  Milli  azlıqların  ictimai-siyasi  həyatda  səmərəli  iştirakı  dinc  demokratik 

cəmiyyətin  ən  mühüm  taşkiledicilərindon  biridir.  Avropada  və  onun  xaricində 

toplanmış  təcrübə  göstərir  ki,  belə  bir  iştiraketməni  stimullaşdırmaq  üçün 

dövlətlər  çox  vaxt  milli  azlıqların  maraqlarını  təmin  edən  xüsusi  mexanızmlər 

yaratmalı olurlar.  Azlıqların özünəməxsusluqlarını, öz xüsusiyyətlərini qoruyub 

saxlamalarına  imkan  verməklə  və bununla  dövlətin  lazımi  idarə olunmasına  və 

bütünlüyünün təmin edilməsinə kömək elməklə azlıqların ümunıdövlət həyatına 

cəlb olunmasını asanlaşdırmaq  bu  tövsiyələrin məqsədini  təşkil edir.

2.  Bu  Tövsiyələr  beynəlxalq  hüququn  insan  ləyaqətinə  hörmət,  hüquq 

bərabərliyi  və  ayrı-seçkiliyə  yol  verməmə  kimi  əsas  prinsip  və  normalarına, 

bunların  milli  azlıqların  ictimai-siyasi həyatda iştirak etmək hüququna  və digər 

siyasi  hüquqlarına  tətbiq  edilməsinə  əsaslanır.  Beynəlxalq  səviyyədə  qəbul 

edilmiş  insan  hüquqlarına  və  qanunun  aliliyinə  hörmət  etmək  dövlətlərin 

vəzifəsidir;  həmin  hüquq  və  qanunlar  dözümlülük,  sülh  və  tərəqqi  şəraitində 

vətəndaş cəmiyyətinin hərtərəfli  inkişafını  təmin edir.

3.  Azlıqların  ictimai-siyasi  həyatda  səmərəli  iştirakını  təmin  edən  xüsusi 

institutlar  yaradıldığı  halda  -  həmin  institutların  hakimiyyət  funksiyalarını, 

yaxud  səlahiyyətlərini  həyata  keçirməsi  nəzərdə  tutula  bilər  və  fəaliyyətinə 

toxunduğu  bütün şəxslərin hüquqlarına hörmətlə yanaşmalıdır.

Milli 



azlıqlar 

mənsubiyyətdən 

başqa, 

fərdin 


sərəncamında 

özünüeyniləşdirmənin  başqa  formaları  da  var.  Bu  və  ya  digər  azlıqlara,  yaxud 

çoxluğa  mənsub  olmaq  və  ya  olmamaq  haqqında  qərar  həmin  şəxs  tərəfindən 

müstəqil  şəkildə qəbul  edilir və  kənardan  qəbul etdirilə  bilməz.  Bu  halda  seçim 

və  ya  bu  seçimdən  imtina 

həmin  şəxsin  maraqlarının  hər  hansı  bir 

sıxışdırılmasına gətirib çıxarmamalıdır.

5.  Bu  Tövsiyələrə  əsasən  institutlar  və  proseduralar  formalaşdırılarkən  bu 

prosesin  nəinki  məzmununa,  həm  də  formasına  diqqət  yetirmək  lazımdır. 

Etimad  şəraitinin  saxlanılması  üçün  dövlət  hakimiyyət  orqanları  ilə  azlıqlar 

arasında məsləhət  prossesi geniş  iştiraketmə üçün açıq  və transparent olmalı  və 

tabeçilik prinsipinə əsaslanmalıdır.  Dövlət ictimai-kütləvi informasiya vasitələri 

tərəfindən  mədəniyyətlərarası  qarşılıqlı  anlaşmaya  köməyi  və  azlıqların 

problemlərinin  işıqlandırılmasını  təşviq etməlidir.

II.  QƏRARLARIN  QƏBULUNDA  İŞTİRAK

a)  Mərkəzi hakimiyyət səviyyəsində mexanizmlər

6.  Dövlətlər  azlıqları  mərkəzi  hakimiyyət  səviyyəsində  real  təsir 

vasitələrindən  istifadə  ilə  təmin  etməlidirlər;  zəruri  halda  bunu  xüsusi 

mexanizmlər  yaratmaqla  həyata  keçirməlidirlər.  Şəraitdən  asılı  olaraq  bu 

mexanizmlərə aşağıdakılar daxil ola  bilər:

-  milli  azlıqlar nümayəndəliyinin xüsusi formaları, məsələn  parlamentin  bir, 

yaxud  hər  iki  palatasında  və  ya  parlament  komitələrində  onlar  üçün  müəyyən 

sayda  yerin  ehtiyatda  saxlanılması  və  həmçinin,  qanunvericilik  prosesində 

təminatlı  iştirakın digər formaları;

-  milli  azlıqların  nümayəndələri  üçün  nazirlər  kabinəsində  vəzifələrin,  ali 

məhkəmədə,  yaxud  konstitusiya  məhkəməsində  və  ya  aşağı  instansiyalı

40

məhkəmələrdə,  eləcə  də,  təyinatlı  məşvərətçi  orqanlarda,  yaxud  digər  yüksək 



səviyyəli  orqanlarda  yerlərin  təsbit edilməsi  haqqında  rəsmi,  yaxud  qeyri-rəsmi 

razılaşmalar;

-  uyğun  nazirliklər  çərçivəsində  milli  azlıqların  maraqlarının  nəzərə 

alınmasını,  məsələn  azlıqların  işləri  üzrə  əməkdaşlar  təyin  etmək,  yaxud  daim 

qüvvədə olan təlimatlar nəşr etmək  yolu  ilə təmin edən mexanizmlər;  və

-  azlıqların  nümayəndələrinin  dövlət  orqanlarında  işə  cəlb  edilməsinə  dair 

xüsusi tədbirlər görülməsi həmçinin, ictimai müəssisələrin milli azlıqların dilində 

xidmət göstərməsi.

b)  Seçkilər

7.  Avropada  və  onun  xaricində  toplanmış  təcrübə  azlıqların  siyasi  həyatda 

iştirakı  üçün  şəraitin  yaradılmasında  seçki  prossesinin  mühüm  rol  oynadığını 

təsdiq  edir.  Dövlətlər  milli  azlıqlara  mənsub  şəxslərin  ayrı-seçkiliyə  yol 

verilmədən  səs  hüququ  və seçkili  vəzifələrə seçilmək  hüququ  da  daxil  olmaqla, 

dövlət  işlərində iştirak hüququna  təminat verməlidirlər.

8.  Siyasi  partiyaların  təşəkkülü  və  fəaliyyəti  assosiyasiyalar  azadlığının 

beynəlxalq-hüquqi  prinsipinə uyğun  nizama salınmalıdır.  Bu  prinsipə  bu  və ya 

digər  icmaya 

mənsubiyyət  əlamətinə  görə  vətəndaşları  birləşdirən  siyasi 

partiyaları,  həmçinin,  ayrıca  hər  hansı  bir  icmanın  maraqlarını  ifadə  etməyən 

partiyaları yaratmaq azadlığı  daxildir.

9.  Seçki sistemi azlıqların  təmsil olunması  və öz nüfuzlarını  reallaşdırmaları 

üçün şərait yaratmalıdır.

- Azlıqların yığcam yaşadıqları hallarda onların kifayət qədər nümayəndəliyi 

birmandatlı dairələr yaratmaqla  təmin edilə bilər.

-  Proporsional  seçki  sistemləri  azlıqların  təmsil  olunmasına  imkan  yarada 

bilər;  belə  seçki  sistemlərində  bu  və  ya  digər  partiyaya  qanunverici  məclisdə 

ayrılan  yerlərin  həcmi  ümummilli  seçkilərdə  onun  aldığı  səslərin  həcmindən 

asılıdır.

-  Seçicilərin  öz  rəğbətləri  qaydası  ilə  namizədlərə  malik  olduqları  bəzi 

preferensial  səsvermə  növləri  də  azlıqların  təmsil  olunmasına  və  icmalar 

arasında əməkdaşlığın genişlənməsinə imkan  yaı ada  bilər.

-  Ölkənin  idarə  edilməsində  milli  azlıqların  iştirakını  parlamentə  keçmək 

üçün maneə faizini aşağı salmaqla  da genişləndirmək olar:

10.  Seçki  dairələrinin  sərhədləri  milli  azlıqların  ədalətli  nümayəndəliyinin 

mənafeyinə uyğun şəkildə müəyyən edilməlidir.

c)  Regional və yerli səviyyəli mexanizmlər

11. Dövlətlər milli azlıqların ictimai-siyasi həyatda bölgə səviyyəsində və yerli 

səviyyədə iştirakının  genişləndirilməsi  üçün  mərkəzi  hakimiyyət  haqqında  artıq 

danışılanlara  (6-10)  oxşar  tədbirlər  görməlidirlər.  Bölgə  və  yerli  idarəetmə 

orqanları  strukturlarının  və qərar qəbulunda  tətbiq etdikləri  proseduranın əhali 

üçün  şəffaf və  əlçatan  olmasını,  beləliklə,  azlıqların  iştirakını  asanlaşdırmasını 

təmin etmək  lazımdır.

d) 

Məşvərətçi və məsləhətçi orqanlar



12.  Dövlətlər  müvafiq  ictimai  qurum  .strukturu  çərçivəsində  dövlət 

hakimiyyət  orqanları  ilə  milli  azlıqlar  arasında  dialoqlar  üçün  vasitələr  ola 

biləcək  məsləhətçi  və  ya  məşvərətçi  orqanlar  yaratmalıdırlar.  Bu  orqanların 

mənzil  təminatı,  torpaq  fondu,  təhsil,  dil  və  mədəniyyət  kimi  məsələlər  üzrə 

xüsusi  komitələri  ola  bilər.  Bu  orqanların  üzvlərinin  tərkibi  onların  vəzifəsinə

41



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə