Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə12/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

hüququnu  qəbul  edəcəklər  və  milli  dövlət  qanunvericiliyinə  uyğun  olaraq, 

əlaqədar  şəxslərin  və  qrupun  irqçilik  və  ksenofobiya  aktları  da  daxil  olmaqla 

ayrı-seçkilik  aktlarına  dair şikayətlə  çıxış  etmək  və  bu  şikayəti  müdafiə etmək 

hüququnu qəbul etməyə çalışacaqlar.

40.6  -  ayrı-seçkilik  probleminin  müzakirə  edildiyi  beynəlxalq  vasitələrə, 

hələlik qoşulmayıblarsa, qoşulmaq  məsələsinə baxacaq və vaxtaşırı məruzələrin 

təqdimi ilə bağlı öhdəliklər də daxil olmaqla, həmin məsələ üzrə öhdəliklərin tam 

yerinə yetirilməsini təmin edəcəklər;

40.7  -eyni  zamanda  dövlətlərə  və  ayrı-ayrı  şəxslərə  ayrı-seçkiliklə  bağlı 

məlumatları 

beynəlxalq  orqanlara  göndərmək  imkanı  verən  beynəlxalq 

mexanizmlərin qəbul edilməsi haqqında məsələyə baxacaqlar.

30

YENİ  AVROPA  ÜÇÜN PARİS XARTİYASI



İnsan  hüququ, demokratiya və qanunun aliliyi

Biz  ölkələrimizdə  yeganə  idarəetmə  sistemi  kimi  demokratiyanı  qurmağı, 

birləşdirməyi  və möhkəmləndirməyi  öz öhdəmizə götürürük.  Bu  təşəbbüsdə  biz 

aşağıdakıları  əldə rəhbər tutacağıq:

insan  hüququ  və  əsas  azadlıqlar  doğuluşdan  bütün  insanlara  məxsusdur, 

onlar  ayrılmazdır  və  onlara  qanunla  təminat  verilir.  Onları  müdafiə  etmək  və 

onlara  kömək  etmək  hökumətlərin  ən  birinci  vəzifəsidir.  Onlara  hörmət  hədsiz 

hakimiyyəti  olan  dövlətə  qarşı  çox  mühüm  təminatdır.  Onlara  əməl  etmə  və 

onları  tam  həyata  keçirmə - azadlığın, ədalətin və sülhün əsasıdır.

Demokratik idarəetmə müntəzəm olaraq azad və ədalətli seçkilərin gedişində 

ifadə  olunan  xalq  iradəsinə  əsaslanır.  İnsan  şəxsiyyətinə  və  qanunun  aliliyinə 

hörmət  demokratiyanın  əsasını  təşkil  edir.  Demokratiya  öz  fikrini  ifadə  etmə 

azadlığının,  cəmiyyətdə  bütün  qruplara  dözümlülük  göstərilməsinin  və  hər  bir 

insan üçün imkan bərabərliyinin ən yaxşı  təminatıdır.

Nüfuzlu  və  plüralist  xarakterə  malik  demokratiya  seçicilərə  hesabat 

verilməsinə,  dövlət  hakimiyyəti  orqanlarının  qanuna  və  ədalət  mühakiməsinin 

qərəzsiz həyata keçirilməsinə əməl etmək öhdəliyini  doğurur.  Heç kəs qanundan 

yuxarıda durmamalıdır.

Biz,  hər  bir  insanın  heç  bir  ayrı-seçkilik  qoyulmadan  aşağıdakı  hüquqlara 

malik olduğunu  təsdiq edirik:

fikir, vicdan, din  və əqidə azadlığı, 

öz fikrini ifadə etmə azadlığı,

assosiasiyalar yaratmaq və dinc yığıncaqlar keçirmək  azadlığı, 

yerdəyişmə azadlığı; 

heç kəs:

əsassız həbsə, yaxud  həbsdə saxlanmağa məruz qalmayacaq, 

işgəncəyə, yaxud amansız, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara  və 

cəzanın  başqa bir növünə məruz qalmayacaq; 

hər kəsin həmçinin aşağıdakı  hüquqları  var: 

öz hüququnu  bilmək və ona  uyğun hərəkət etmək, 

azad və ədalətli seçkilərdə iştirak etmək,

cinayət  etməkdə  ittiham  irəli  sürdükdə  ədalətli  və  açıq  məhkəmə 

araşdırmalarının  aparılması,

təkbaşına,  yaxud  başqaları  ilə mülkiyyət sahibi  olmaq  və fərdi  sahibkarlıqla 

məşğul olmaq

öz iqtisadi, sosial  və mədəni  hüquqlarından  istifadə etmək.

Biz  milli  azlıqların  etnik,  mədəni,  dil  və  din  özünəməxsusluğunun  müdafiə 

ediləcəyini, milli azlıqlara mənsub şəxslərin  bu özünəməxsusluqları  heç bir ayıı- 

seçkiliyə  məruz  qalmadan  və  qanun  qarşısında  tam  bərabərlik  şəralində  azad 

surətdə  ifadə etmək,  qoruyub saxlamaq  və  inkişaf etdirmək  hüquqlarına  malik 

olduqlarını  təsdiq edirik.

Biz  hər  kəsin  hüququnun  istənilən  pozuntusunu  qarşı  onun  milli,  yaxud 

beynəlxalq  hüquqi  müdafiəsinin  təsirli  vasitələrinə  yol  tapıb  onlardan 

istifadəsini  təmin edəcəyik.

Mövcud  müddəalara  tam  əməl  olunması  quracağımız  yeni  Avropanın 

özülüdür.

31



Bizim  dövlətlər  demokratik  nailiyyətlərə  dönməz  xarakter  vermək  üçün 

əməkdaşlıq edəcək və biri-birinə yardım göstərəcəklər.

GƏLƏCƏYİN ORİYENTİRLƏRİ

ATƏM-in  bütün  prinsip  və  müddəalarına  tam  əməl  etməyə  mökkəm 

bağlılığımıza  əsaslanaraq,  biz  hazırda  xalqlarımızın ehtiyac və  arzularını  təmin 

etmək  məqsədilə  əməkdaşlığımızın  tarazlaşdırılmış  və  hərtərəfli  inkişafına  yeni 

təkan verən qərar qəbul edirik.

32

ATƏM-İN  İNSAN ÖLÇÜSÜ  KONFRANSINA 



DAİR MOSKVA MÜŞAVİRƏSİNİN  SƏNƏDİ.

A vropada  təhlükəsizlik  və əməkdaşlığa 

dair Müşavirənin  38 iştirakçı dövləti  tərəfindən

1991-ci il oktyabrın 3-də qəbul edilmişdir.

28.  İştirakçı dövlətlər fövqəladə vəziyyət şəraitində insan hüquqlarını və əsas 

azadlıqlarını  qorumağı,  Kopenhagen  müşavirəsi  sənədinin  müddəalarını  nəzərə 

almağı  və  tərəfləri  olduqları  beynəlxalq  konvensiyalara  əməl  etməyi  mühüm 

sayırlar.

28.7 


İştirakçı  dövlətlər  iştirakçıları  olduqları  beynəlxalq  konvensiyalara 

uyğun  olaraq,  öhdəliklərdən  istənilən  bir  geıi  çəkilmədən  imtina  etməyə 

çalışacaqlar; belə geri çəkilmə fövqəladə vəziyyət şəraitində mümkündür.  Həmin 

öhdəliklərdən  geri  çəkilmə  tədbirləri  bu  sənədlərdə  təsbit  edilən  prosessual 

tələblərə ciddi şəkildə uyğun  görülməlidir.  Belə  tədbirlər konkret  şəraitdə  lazım 

olduğun  artıq  nə  kəskinləşəcək,  nə  də  qüvvədə  qalacaq;  onlar  öz  xarakterinə 

görə,  müstəsna  tədbirlərdir  və  məhdud  şəkildə  şərh  və  tətbiq  edilməlidir.  Belə 

tədbirlər  yalnız  irq,  dərinin  rəngi,  cins,  dil,  din,  sosial  mənşə  və  ya  azlıqlara 

mənsubiyyət 

əlamətinə 

görə 

müəyyənləşən 



ayrı-seçkiliyə 

gətirib 


çıxarmayacaqdır.

37.  İştirakçı  dövlətlər,  milli  azlıqların  problemlərinə  və  bu  azlıqlara  mənsub 

şəxslərin  hüquqlarına  aid  ATƏM-in  bütün  sənədlərində,  xüsusilə,  ATƏM-in 

insan ölçüsü  Konfransına dair  Kopenhagen  müşavirəsinin  sənədində və ATƏM 

ekspertlərinin milli  azlıqlar məsələsinə dair Cenevrə müşavirəsinin  Məruzəsində 

müddəa və öhdəlikləri  təsdiq edirlər, onların  tam və tezliklə yerinə yetirilməsinə 

çağırırlar.  Onlar  ATƏM-in  yeni  və  geniş  mexanizm  və  proseduralarının  tətbiq 

edilməsinin milli azlıqlara mənsub şəxslərin hüquqlarının gələcək müdafiəsinə və 

təşviqinə kömək edəcəyini güman edirlər.

38.  İştirakçı  dövlətlər,  bu  iştirakçı  dövlətlərdə  qanuni  yaşayan  mühacir 

zəhmətkeşlərin  və  onların  ailələrinin  hüquqlarına  hörmətlə  yanaşmanın  təmin 

edilməsinin, onların milli, mədəni, dini və dil xüsusiyyətlərini azad surətdə ifadə 

etmək  hüququnun  xüsusi  qeyd  edilməsinin  zəruriliyini  qəbul  edirlər.  Bu 

hüquqlar  yalnız  qanunla  müəyyən  edilən  və  beynəlxalq  standartlara  uyğun 

gələn məhdudlaşdırmalar ilə həyata  keçirilə bilər.

38.1  -  Onlar  irq,  dərinin  rəngi  və  etnik  mənşə  əlamətlərinə,  mühacir 

zəhmətkeşlər  barəsində  dözümsüzlüyə  və  ksenofobiyaya  görə  bütün  ayrı- 

seçkilik  hərəkətlərini  mühakimə edirlər.  Onlar  milli  dövlət  qanunvericiliyinə  və 

beynəlxalq öhdəliklərə uyğun dözümlülüyü, anlaşmanı, imkalar bərabərliyini və 

mühacir zəhmətkeşlərin  əsas  insan  hüquqlarına  hörmət edilməsini  təşviq  etmək 

üçün  təsirli  tədbirlər  görəcəklər;  milli,  irqi,  etnik  və  ya  dini  ayrı-seçkiliyə, 

düşmənçiliyə  və  ya  nifrətə  əsaslanan  və  zorakılığa  təhrikçilik  aktlarını  yasaq 



'

  edən  tədbirləri  hələlik görməyibləısə,  görəcəklər

33



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə