Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə11/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

İNSAN HÜQUQLARININ  VƏ ƏSAS 

AZADLIQLARIN MÜDAFİƏSİ  HAQQINDA 

KONVESİYAYA  ƏLAVƏ EDİLƏN  12 №-Lİ 

PROTOKOL


Roma,  4 noyabr 2000-ci il

1-ci  Maddə.  Ayn-scçkiliyin ümumi qadağanı

1.  Qanun  tərəfindən  qəbul  edilmiş  istənilən  hüquqdan  istifadə  cins,  irq, 

darinin  rəngi,  dil,  din,  siyasi  və  digər əqidələr,  milli,  yaxud  sosial  mənşə,  milli 

azlığa  mənsubiyyət,  əmlak  vəziyyəti,  doğuııı  əlamətinə,  yaxud  istənilən  digər 

cəhətlərə görə heç  bir ayrı-seçkiliyə yol verilmədən  təmin edilməlidir.

2.  Heç  kəs  bu  maddənin  1-ci  bəndində  göstərilən  əlamətlərə  görə  ictimai 

hakimiyyət orqanları  tərəfindən ayrı-seçkiliyə məruz qoyula  bilməz.

26

ATƏM-İN  İNSAN  ÖLÇÜSÜ 



KONFRANSINA  DAİR KOPENHAGEN 

MÜŞAVİRƏSİNİN  SƏNƏDİ



A vropada  Təhlükəsizlik  və Əməkdaşlığa 

Dair Müşavirənin  35 iştirakçı dövləti  tərəfindən

1990-cı il iyunun  29-da  qəbul edilmişdir.

25.  İştirakçı  dövlətlər,  insan  hüquqlarına  və  əsas  azadlıqlara  aid  olan 

öhdəliklərdən fövqəladə vəziyyət şəraitində  istənilən geri çəkilmənin  beynəlxalq 

hüququn, o cümlədən  iştirakçıları olduqları  beynəlxalq vasitələrin, xüsusan geri 

çəkilmənin  mümkün  olmayacağı  hüquqların  nəzərdə  tutduğu  sərhədlər 

daxilində tam qalmalı  olduğunu  təsdiq edirlər.  Onlar həmçinin  təsdiq edirlər  ki:

25.4.  -  belə  tədbirlər  yalnız  irqi  mənsubiyyətə,  dərinin  rənginə,  cinsə,  dilə, 

dinə,  sosial  mənşəyə,  yaxud  azlıqlara  mənsubiyyətə  əsaslanan  ayrı-seçkiliyə 

səbəb olmur.

30.  İştirakçı  dövlətlər  milli  azlıqlara  aid  olan  məsələlərin  yalnız  qanunun 

aliliyinə əsaslanan demokratik siyasi çərçivələrdə, müstəqil  məhkəmə sisteminin 

fəaliyyəti  şəratində  qənaətləndirici  tərzdə  həll edilə  biləcəyini  qəbul  edirlər.  Bu 

çərçivələr  insan  hüquqlarına  və  əsas  azadlıqlara  tam  hörmətlə  yanaşmaya, 

bütün  vətəndaşların  bərabər  hüquq  və  vəziyyətlə  təmin  edilməsinə  onların  öz 

qanuni 

maraqlarını  da,  arzularını  da  sərbəst  ifadə  etmələrinə,  dövlət 



hakimiyyətindən  sui-istifadənin  yoluna  təsirli  əngəllər  qoyan  hüquq 

normalarının  yerinə  yetirilməsinə,  siyasi  plüralizmə  və  sosial  dözümlülüyə 

təminat verirlər.

Onlar  həmçinin  dözümlülüyün,  mədəniyyət 

müxtəlifliyinin 

təşviq 


edilməsində  və  milli  azlıqlarla  bağlı  məsələlərin  həllində  siyasi  partiyalar, 

həmkarlar  ittifaqları,  insan  hüquqları  üzrə  təşkilatlar  və  dini  qruplar  da  daxil 

ohnaqla,  qeyri-hökumət  təşkilatlarının  mühüm  rol oynadığını  qəbul  edirlər.

Onlar  daha  sonra,  hanulıqla  qəbul  edilmiş  insan  hüquqlarının  tərkib  hissəsi 

kimi  milli  azlıqlara  mənsub 

şəxslərin  hüquqlarına  hörmətlə  yanaşmanın 

iştirakçı dövlətlərdə sülhün, ədalətin, sabitliyin və demokratiyanın  mühüm amili 

olduğunu  təsdiq edirlər.

31.  Milli  azlıqlara  mənsub şəxslərin  öz insan  hüquqları  və əsas azadlıqlarını 

heç  bir  ayrı-seçkiliyə  yol  verilmədən  və  qanun  qarşısında  tam  bərabərlik 

şəratində tamamilə və səmərəli şəkildə həyata  keçirmək  hüququ  var.

İştirakçı  dövlətlər  insan  hüquqlarının  və  əsas  azadlıqların  həyata 

keçirilməsində  və  onlardan  faydalanmaqda  milli  azlıqlara  mənsub  şəxsİərin 

digər  vətəndaşlarla  tam  bərabərliyinə  təminat  vermək  məqsədilə  zəruri  halda 

xüsusi  tədbirlər görəcəklər.

32.  Şəxsin  milli  azlıqlara  mənsubiyyəti  onun  şəxsi  seçimidir  və  belə  bir 

seçimin həyata keçirilməsi heç  bir mənfi nəticələr doğura  bilməz.

Milli  azlıqlara  mənsub  şəxslərin  öz  etnik  mədəniyyət,  dil,  yaxud  din 

özünəməxsusluğunu  azad  surətdə  ifadə  etmək,  qoruyub  saxlamaq  və  inkişaf 

etdirmək,  öz  iradəsinin  əksinə  olaraq,  heç  bir  assimilyasiya  təşəbbüsünə  məruz 

qalmadan  bütün cəhətləriylə öz mədəniyyətini azad surətdə dəstəkləmək və onu 

inkişaf etdirmək hüquqları var.  Xüsusilə onlar aşağıdakı hüquqlara malikdirlər:

32.1  - şəxsi və ictimai  həyatda öz ana dilindən azad surətdə istifadə etmək:

27



32.2 - milli dövbl qanunvericiliyinə ııyğıın olaraq  könüllü maliyyə yardımını 

və  digər  yardımları,  eləcə  də  dövlət  dəstəyi  axtara  biləcək  xüsusi  təhsil, 

mədəniyyət  və dini  müəssisələrini,  təşkilat  və ya  assosiyasiyalarını  yaratmaq  və 

dəstəkləmək;

32.3  -  öz  dininə  etiqad  etmək,  o  cümlədən,  dini  materialı  əldə  etmək,  ona 

sahib  olmaq,  ondan  istifadə  etmək  və  öz  ana  dilindəki  təhsil  sahəsində  dini 

fəaliyyəti həyata  keçirmək;

32.4  -  öz  ölkəsinin  hüdudları  daxilində  öz  aralarında,  eləcə  də  digər 

dövlətlərin  ümumi  etnik  və  ya  milli  mənşəyi,  mədəni  mirası  və  ya  dini  etiqadı 

olan vətəndaşları  ilə maneəsiz əlaqələr qurmaq  və əlaqələri davam etdirmək;

32.5  - öz ana  dilində məlumatı yaymaq,  ondan  istifadə yoluna  malik  olmaq 

və məlumat mübadiləsi etmək;

32.6  -  öz  ölkəsinin  hüdudları  daxilində  təşkilatlar,  yaxud  assosiasiyalar 

yaratmaq  və  dəstəkləmək, 

beynəlxalq  qeyri-hökumət  təşkilatlarının 

fəaliyyətində iştirak elmək.

Milli azlıqlara mənsub şəxslər öz hüquqlarını həyata keçirməkdə və onlardan 

istifadə  etməkdə  fərdi  qaydada,  eləcə  do öz qrupunun  digər üzvləri  ilə  birlikdə 

həyata keçirə bilərlər.  Belə hüquqlardan istənilən birinin həyala keçirilməsi və ya 

keçirilməməsi milli azlıqlara mənsub  şəxslər üçün heç bir mənfi nəticələr doğura 

bilməz.

33.  İştirakçı dövlətlər öz ərazilərində milli azlıqların etnik,  mədəni, dil və din 



özünəməxsusluqlarını  müdafiə  edəcək  və  bu  özünəməxsusluqları  təşviq  etmək 

üçün  şərait  yaradacaqlar.  Onlar  bu  məqsədlə  hər  bir  dövlətin  qərar  qəbulu 

prosedurasına  uyğun  olaraq  belə  azlıqların  təşkilatları  və  ya  assosiasiyaları  ilə 

əlaqələr  də  daxil  edilməklə,  lazımi  məsləhətləşmələr  keçirdikdən  sonra  zəruri 

tədbirlər görəcəklər.

İstənilən  belə  tədbirlər  müvafiq  iştirakçı  dövlətin  digər  vətəndaşlarına 

münasibətdə  bərabərlik  və  ayrı-seçkiliyə  yol  verməmək  prinsiplərinə  uyğun 

olacaqdır.

34.  İştirakçı  dövlətlər,  milli  azlıqlara  mənsub  şəxslərin,  müvafiq  dövlətin 

rəsmi  dilini,  yaxud  rəsmi  dillərini  öyrənməyin zəruriliyindən  asılı  olmayaraq  öz 

doğma dilini öyrənmək,  yaxud öz doğma  dilində təlim  almaq,  həmçinin  bunun 

mümkün  və  vacib olduğu  yerdə  milli  dövlət  qanunvericiliyin  tətbiqinə  uyğun 

olaraq,  dövlət  orqanlarında  öz  doğma  dilindən  istifadə  etmək  üçün  lazımi 

imkanlara  malik olmalarına  təminat verməyə çalışacaqlar.

Onlar  həm  də  tədris  müəssisələrində 

tarix  və  mədəniyyətin 

tədrisi 

kontekstində milli azlıqların  tarix  və mədəniyyətini  nəzərə alacaqlar.

35.  İştirakçı  dövlətlər  milli  azlıqlara  mənsub  şəxslərin  belə  azlıqların 

özünəməxsusluğunun  müdafiəsi  və  təşviqi  işlərində  iştirak  da  daxil  olmaqla, 

dövlət işlərində səmərəli  iştirak etmək  hüququna  hörmət göstərəcəklər.

İştirakçı  dövlətlər  müəyyən  milli  azlıqların  etnik,  mədəni,  dil  və  din 

özünəməxsusluğunun 

təşviqi  üçün 

bu  məqsədlərə  çatmağın  mümkün 

vasitələrindən  biri  kimi maraqlı dövlətin siyasətinə uyğun lazımi  yerli  və muxtar 

idarəetmə  orqanları  ilə  belə  azlıqların  konkret  tarixi  və  ərazi  şəraitinə  cavab 

verən  şərali  yaratmaq  və  müdafiə  etmək  məqsədilə  göstərilən  səyləri  qeyd 

edirlər.

36.  İştirakçı  dövlətlər  onların  arasında  milli  azlıqların  məsələləri  üzrə  əməli 

əməkdaşlığın  inkişaf  etdirilməsinin  xüsusi  əhəmiyyət  daşıdığını  qəbul  edirlər.

28

Belə əməkdaşlıq qarşılıqlı anlaşmaya və etimada, dostluq və mehriban qonşuluq 



münasibətlərinə,  beynəlxalq  sülhə,  təhlükəsizliyə  və  ədalətə  kömək  etmək 

məqsədini  güdür.

Hər  bir  iştirakçı  dövlət  onun  ərazisində  yaşayan  bütün  şəxslər  arasında, 

etnik,  yaxud  milli  mənşə  və ya  din  fərqi  qoymadan  qarşılıqlı  hörmət,  anlaşma, 

əməkdaşlıq  və  həmrəylik  ab-havasına  kömək  göstərəcək  və  qanunun  aliliyi 

prinsiplərinə  əsaslanan  dialoqun  köməyi  ilə  problemlərin  həllini  təşviq 

edəcəklər.

37.  Bu  müddəalardan  heç biri  Birləşmiş  Millətlər Təşkilatı Nizamnaməsinin 

məqsəd və prinsiplərindən, dövlətlərin ərazi bütünlüyü prinsipi də daxil olmaqla 

beynəlxalq hüquq üzrə digər öhdəliklərə, yaxud Yekun aktının müddəasına zidd 

olan  hər hansı  bir fəaliyyətlə məşğul olmağa və ya  hər hansı  bir hərəkəti  həyata 

keçirməyə yol verən hər hansı  bir hüquq  kimi şərh edilə bilməz.

38.  iştirakçı  dövlətlər  milli  azlıqlara  mənsub  şəxslərin  hüquqlarının 

müdafiəsi  və  təşviqinə  dair  öz  səylərində  insan  hüquqları  üzrə  mövcud 

konvensiyalar  və  digər  müvafiq  beynəlxalq  vasitələr  üzrə  öz  öhdəliklərinə  tam 

əməl  edəcək  və  ayrı-ayrı  şəxslərin  şikayət  hüququnu  nəzərdə  tutan 

konvensiyalar  da  daxil  olmaqla,  əgər  hələ  qoşulmayıblarsa,  müvafiq 

konvensiyalara qoşulmaq haqqında,  məsələlərə baxacaqlar

39.  İştirakçı  dövlətlər  Birləşmiş  Millətlər  Təşkilatı  və  müvafiq  hallarda 

Avropa  Şurası  da  daxil  olmaqla,  üzvü  olduqları  səlahiyyətli  beynəlxalq 

təşkilatlarla  onların  milli  azlıqların  məsələləri  ilə  bağlı  gördükləri  işləri  nəzərə 

almaqla sıx əməkdaşlıq edəcəklər.

Onlar  milli  azlıqlar  barəsində  məsələni  hərtərəfli  müzakirə  etmək  üçün 

ekspertlər müşavirəsini çağırmaq məsələsinə baxacaqlar.

40.  İştirakçı  dövlətlər totalitarizmi, irqi və etnik ədavəti,  anlisemitizmi,  kimə 

qarşı  olursa  olsun  ksenofobiyanı  və  ayrı-seçkiliyi,  eləcə  də  dini  və  ideoloji 

səbəblərə  görə  təqibi  dəqiq  və  qeyd-şərtsiz  pisləyirlər  Bu  kontekstdə  onlar 

həmçinin


xüsusi  roman  (qaraçı)  problemini  qəbul edirlər.

Onlar bu  halların  bütün  formaları  ilə mübarizədə öz səylərini  fəallaşdırmaq 

üçün qəti  niyyətdə olduqlarını elan edirlər və buna görə də:

40.1  -  şəxslərə  və  ya qrupa  qarşı  antisemitizm  də daxil  olmaqla,  milli,  irqi, 

etnik  və  ya  dini  ayrı-seçkiliyə,  düşmənçiliyə  və  ya  nifrətə  əsaslanan  zorakılığa 

təhrikçilik olan istənilən aktdan müdafiənin təminatı üçün özlərinin konstitusiya 

sistemlərinə  və  beynəlxalq  öhdəliklərinə  uyğun  zəruri  ola  biləcək  qanunlart 

qəbul edərək təsirli  tədbirlər görəcəklər.

40.2  -  irq,  etnik,  mədəniyyət,  dil  və  din  özünəməxsusluğu  nəticəsində  ayrı- 

seçkilik,  düşmənçilik  və ya zorakılıq  təhlükəsinə,  yaxud  hərəkətinə  məruz  qala 

biləcək  şəxslərin,  yaxud  qrupun  müdafiəsi  və onların  əmlakının  müdafiəsi  üçün 

lazımi  və müvafiq  tədbirlər görməyi  üzərlərinə öhdəlik  götürəcəklər;

40.3  -  xüsusilə  təhsil,  mədəniyyət  və  məlumat  sahələrində  qarşılıqlı 

anlaşmaya  və  dözümlülüyə  kömək  etmək  üçün  milli, 

regional  və  yerli 

səviyyələrdə onların konstitusiya sistemlərinə uyğun  təsirli  tədbirlər görəcəklər.

40.4  -irqi  xurafata  və  ədavətə,  müxtəlif  sivilizasiyaya  və  mədəniyyətlərə 

hörmətin  gücləndirilməsinə  dair  problemlərə  təhsil  üzrə  vəzifələr  çərçivəsində 

xüsusi  diqqət yetirilməsinin  təmin  edilməsinə çalışacaqlar;

40.5  -  hər  bir  şəxsin  hüquqi  müdafiənin  təsirli  vasitələrinə  malik  olmaq

29



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə