Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   2   3   4   5   6   7   8   9   10   ...   48

b)  iqtisadi  və  sosial  bölmələrdə  bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin 

işlədilməsinə yönəldilən  birbaşa,  yaxud  nəzarət edilən (dövlət  bölməsi)  tədbirlər 

keçirmək;

c)  xəstəxana,  qocalar  evi,  yetimxanalar  kimi  sosial  sahə  müəssisələrinin 

sağlamlıq  durumuna,  yaşına  görə qayğıya ehtiyacı  olan  bölgə dillərinin,  yaxud 

azlıqların  dillərinin  daşıyıcılarının  öz  dillərində  danışmaqla,  onları  qəbul  və 

müalicə etmək imkanı ilə təmin etmək;

d)  təhlükəsizlik  təlimatının,  həm  də  bölgə  dillərində,  yaxud  azlıqların 

dillərində müvafiq vasitələrlə nəşr edilməsini təmin etmək;

e) istehlakçıların hüququna dair səlahiyyətli orqanlardan alınan məlumatları 

bölgə dillərində, yaxud azlıqların dillərində asan anlaşılan şəkildə vermək,

14-cü Maddə - Sərhədyanı əlaqələr

Tərəflər.

a)  mövcud  ikitərəfli  və  çoxtərəfli  sazişləri  dilin  eyni  və  ya  oxşar  formada 

işləndiyi  dövlətlərə  təbiq  etməyi,  yaxud  zəruri  halda,  eyni  dilin  daşıyıcıları 

arasında  mədəniyyət,  təhsil,  məlumat,  peşə  təhsili  və  fasiləsiz  təhsil  sahəsində 

əlaqələrə  yardım  etmək  məqsədilə  belə  dövlətlərlə  sazişlər  imzalamağa  cəhd 

göstərən  dövlətlərə tətbiq etməyi;

b)  bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin  maraqları  naminə  sərhədyanı 

əməkdaşlığa,  o  cümlədən  eyni  və  ya  oxşar  formada  eyni  dil  işlədilən  ərazilərdə 

yerli,  yaxud  bölgə  qurumları  arasında  əməkdaşlığa  kömək  etməyi  və/yaxud 

təşviq etməyi  öhdələrinə götürürlər.

IV  HİSSƏ.  XARTİYANIN TƏTBİQİ

15-ci  Maddə -  Vaxtaşırı məruzələr

1. 

Tərəflər,  bu Xartiyanın  II hissəsinə uyğun olaraq yürüdülən siyasət  və III 



hissənin  razılaşdıqları  müddəalarını  həyata  keçirmək  sahəsində  gördükləri 

tədbirlər  haqqında,  Nazirlər  Komitəsinin  müəyyən  etməli  olduğu  formada 

məruzələr  hazırlayıb,  vaxtaşırı  Avropa  Şurasının  Baş  Katibinə  təqdim 

etməlidirlər  Birinci  məruzə Xartiyanın  Tərəflərdən  konkret  birinə münasibətdə 

qüvvəyə  minməsindən  sonra  bir  il  müddətində,  sonrakı  məruzələr  isə  birinci 

məruzədən  sonra  üç il fasilə ilə təqdim edilməlidir.

2.  Tərəflər öz məruzələrini  dərc etməlidirlər.

16-cı  Maddə.  Məruzələrə baxılması

1.  15-ci  maddəyə  əsasən  Avropa  Şurasının  Baş  Katibinə  təqdim  edilən 

məruzələr  17-ci  Maddəyə  əsasən  yaradılan  ekspertlər  komitəsi  tərəfindən 

baxılacaqdır.

2.  Tərəflərin  birində qanuni əsaslarla yaradılan orqanlar və ya assosasiyalar 

ekspertlər  komitəsinin  diqqətini  bu  Xartiyanın  III  hissəsinə əsaslanaraq,  həmin 

Tərəfin qəbul etdiyi öhdəliklərlə bağlı məsələlərə cəlb edə bilərlər. Həmin Tərəflə 

məsləhətləşmədən  sonra  ekspertlər  komitəsi  bu  məlumatı  bu  Maddənin  3-cü 

paraqrafinda  nəzərdə tutulan məruzə hazırlanarkən nəzərə ala  bilər.

Bundan  başqa  bu  orqanlar və  ya  assosiasiyalar,  III  Hissəyə  müvafiq  olaraq 

Tərəfin yeritdiyi siyasətlə bağlı bəyanat verə bilərlər.

3.  Ekspertlər  komitəsi  1-ci  paraqrafda  nəzərdə  tutulan  məruzələr  və  2-ci 

paraqrafda  nəzərdə  tutulan  məlumatlar  əsasında  Nazirlər  Komitəsinə  məruzə 

hazırlayır.  Tərəfə təklif edilən qeydlər bu məruzəyə əlavə edilir.  Məruzə Nazirlər 

Komitəsi Tərəfindən dərc edilə bilər.

16

4. 3-cü paraqrafda nəzərdə tutulan məruzə Nazirlər Komitəsinin zəruri halda 



bir  və  ya  bir  neçə Tərəfə  istənilən  tövsiyəsini  hazırlamaq  məqsədilə,  ekspertlər 

komitəsinin Nazirlər Komitəsinə təkliflərindən ibarət olmalıdır.

5. 

Avropa  Şurasının  Baş  Katibi  Xartiyanın  tətbiqinə  dair  Parlament 



Assambleyasına iki  illik ətraflı məruzə hazırlayır.

17-ci Maddə - Ekspertlər Komitəsi

1.  Ekspertlər  komitəsi,  yüksək əxlaqi keyfiyyətli  və Xartiyada  əksini  tapmış 

məsələlərlə bağlı  bacarığı  etiraf olunmuş şəxslərin maraqlı Tərəfin təqdim etdiyi 

siyahısı əsasında  Nazirlər Komitəsi  tərəfindən Tərəflərin  hər  birindən  bir nəfər 

olmaqla  təyin olunan  nümayəndələrdən  təşkil edilir.

2.  Komitənin  üzvləri 6 il  müddətinə  ləyin edilir,  onların  səlahiyyət  müddəti 

təzələnə  bilər.  Komitə  üzvlərindən  hər  hansı  biri  öz  vəzifəsini  yerinə  yetirə 

bilmədikdə,  1-ci  paraqrafda  nəzərdə  tutulan  proseduraya  uyğun  olaraq 

əvəzlənməlidir  və  onun  yerinə  təyin  edilən  komitə  üzvü  öz  vəzifəsini  sələfinin 

səlahiyyət müddəti  bitənə qədər yerinə yetirəcəkdir.

3.  Eksperlər  komitəsi  öz  daxili  reqlametini  qəbul  edir.  Komitə  katibliyinin 

işini Avropa Şurasının Baş Katibi  təmin edir.

V  HİSSƏ.  YEKUN  MÜDDƏALARI

18-  ci Maddə

Bu  Xartiya  Avropa  Şurasının  üzv  dövlətləri  tərəfindən  imzalanmaq  üçün 

açıqdır. O, təsdiq edilməli, qəbul olunmalı, yaxud bəyənilməlidir. Təsdiqnamələr 

və  qəbuletmə,  yaxud  bəyənmə  haqqında  sənədlər  saxlanılmaq  üçün  Avropa 

Şurasının Baş Katibinə təhvil verilir.

19-  cu Maddə

1.  Mövcud Xartiya,  Avropa Şurasının  beş  üzv dövləti  18-ci  maddəyə uyğun 

olaraq, Xartiya ilə bağlılıqlarına  razılıqlarını  bildirəcəkləri gündən üç aylıq vaxt 

bitdikdən sonra  ardınca  gələn  ayın  birinci günü qüvvəyə minir.

2. Xartiya ilə bağlılıqlarına sonradan öz razılığını bildirən hər bir üzv dövlətə 

münasibətdə Xartiya təsdiqnamənin, yaxud qəbul etmə və ya bəyənmə haqqında 

sənədin  saxlanılmaq  üçün  təhvil  verildiyi  gündən  üç  ay  vaxt  bitdikdən  sonra, 

ardınca  gələn  ayın  birinci günü  qüvvəyə minir.

20-  ci Maddə

1. Bu Xartiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi 

Avropa  Şurasının  üzvü  olmayan  istənilən  dövlətə  Xartiyaya  qoşulmağı  təklif 

edə bilər.

2.  Qoşulan  istənilən  dövlətə  münasibətdə  Xartiya,  qoşulma  haqqında 

sənədin  saxlanılmaq  üçün  Avropa  Şurasının  Baş  Katibinə  təhvil  verilməsindən 

üç aylıq vaxt  bitdikdən sonra ardınca gələn ayın  birinci  günü qüvvəyə minir.

21-ci Maddə

1. İstənilən dövlət öz təsdiqnaməsini, qəbul elmə, bəyənmə və yaxud qoşulma 

haqqında  sənədini  imzalayarkən,  yaxud  saxlanılmaq  üçün  təhvil  verərkən,  bu 

Xartiyanın  7-ci  Maddəsinin  2-dən  5-ə  qədər  paraqraflarna  bir  və  ya  bir  neçə 

düzəlişlər edə bilər.  Başqa heç bir düzəlişə yol verilmir.

2.  Əvvəlki  paraqrafa  əsasən  düzəliş  etmiş  istənilən  razılığa  gələn  dövlət 

Avropa  Şurasının  Baş  Katibinə  xəbərdarlıq  məktubu  göndərərək,  bu  düzəlişi 

tamamilə və ya qismən  geri  götürə bilər.  Geri  götürmə  Baş  Katibin  xəbərdarlıq 

məktubu aldığı andan qüvvəyə minir.

17



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə