Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

əhəmiyyətə  malik  idi.  ATƏM  bölgəsiııda  azlıqların  hüquqlarını  diizgün  və 

ardıcıl şəkildə həyata  keçirmək  məqsədini  əldə rəhbər  tutaraq,  MAAK  konkret 

məsələlərin  yerinə  yetirilməsində  MAAK-a  yardım  etmək  üçün  1993-cü  ildə 

yaradılmış qeyri-hökumət təşkilatı olan Etniklərarası münasibətlər Fonduna  iki 

tövsiyələr paketini -  təhsil sahəsində milli azlıqların hüquqları haqqında  Haaqa 

təkliflərini (1996-cı  il) və milli azlıqların dil hüquqları haqqında Oslo  təkliflərini 

(1998-ci  il)  hazırlamaq  üçün  beynəlxalq  baxımdan  qəbul  edilmiş  müstəqil 

ekspertlərdən  ibarət  iki  qrup  təşkil  elmək  xahişi  ilə  müraciət  etdi.  Hər  iki 

təklifdən sonralar bir sıra ölkələrin siyasi rəhbərləri və qanunvericiləri tərəfindən 

oriyentirləri kimi  istifadə edildi. 

Təkliflərin 

mətnini (bir neçə dildə) Etniklərarası 

münasibətlər Fondundan pulsuz almaq olar.

Ali  komissarın dəflərlə müraciət etdiyi mövzu  bir sıra şəraitdə dövlətin  idarə 

edilməsində  milli  azlıqların  səmərəli  iştirak  formaları  ilə  bağlıdır.  Bu  sahədə 

ATƏT-in  iştirakçı  dövlətlərinin  mövqe  və  təcrübələri  haqqında  təsəvvür  əldə 

elməyə  və  onlara  bir-biriylə  təcrübə  mübadiləsi  elmək  imkanını  verməyə 

çalışaraq  MAAK və ATƏT-in demokratik institutlar və insan hüquqları  Bürosu 

bütün  ATƏT  ölkələrinin  və  müvafiq  beynəlxalq 

təşkilatların  iştirakı  ilə 

"İctimaiyyətin idarəetmə və iştirak praktikası: müxtəliflik şəraitində inteqrasiya" 

mövzusunda  konfrans  keçirmək  qərarına  gəldilər  və  konfrans  İsveçrə 

konfederasiyası  tərəfindən  18-20  oktyabr  1999-ci  il  tarixdə  Lokarnoda  təşkil 

edildi.  Konfransın  yekunu  üzrə  Bəyanatda  onun  sədri  müzakirə  edilən 

mövzuların qısa xülasəsini verdi,  azlıqların səmərəli  iştirakı  və dövlətin optimal 

idarə  edilməsinin  müxtəlif  konsepsiya  və  mexanizməlrinin  hazırlanmasını 

davam etdirmək  də daxil olmaqla,  bütün  müxtəlifliyi  ilə cəmiyyəti  ümumdövlət 

inteqrasiyasına  aparan  gələcək  addımların  arzuedilən  olduğunu  qeyd  etdi.  Bu 

məqsədlə  MAAK  Etniklərarası  münasibətlər  Fondundan  Raul  Vallenberq 

adma  İnsan  hüquqları  və  humanitar  hüquqlar  institutu  ilə  birlikdə  tövsiyələr 

hazırlamaq  və  müvafiq  beynəlxalq  standartlar əsasında  mümkün  alternativləri 

müəyyənləşdirmək  üçün  beynəlxalq  səviyyədə qəbul edilmiş ekspertlər qrupunu 

təşkil  etməyi  xahiş etdi.

Bu  təşəbbüslərin  nəticəsi  olaraq,  Milli  azlıqların  ictimai-siyasi  həyatda 

səmərəli  iştirakına  dair  Lıınd  təklifləri  hazırlanıb  qəbul  edildi.  Ekspertlərin 

tövsiyə  mətninin  son  razılaşdırmasına  həsr  edilən  yekun  görüşü  İsveçin  Lund 

şəhərində  keçirildiyi  üçün  təkliflər  belə  adlandırıldı.  Ekspertlər  sırasına  həmin 

sahədə  ixtisaslaşmış  beynəlxalq  hüquqşünaslar,  konstitusiya  quruluşu  və  seçki 

sistemləri  problemləri  ilə  məşğul  olan  politoloqlar  və  azlıqların  problemlərini 

öyrənən  sosioloqlar  daxil  idi.  Aşağıda  Raul  Vallenberq  adına  İnstitutun 

direktoru,  professor  Qudmundur  Alfredssonun  başçılıq  etdiyi  qrup 

iştirakçılarının  adbaad düzəldilmiş siyahısı  verilir:

Raul  Vallenberq  adına  İnsan  hüquqları  və  humanitar  hüquq  İnstitutunun 

(Lund  Universiteti)  direktoru  prof.  Qudmundur  Alfredsson  (İslandiya); 

Oksford  universitetinin  dövlət  idarəetmə  kafedrasının  professoru  Vernon 

Boqdanor (Böyük  Britaniya);  Belqrad insan hüququ mərkəzinin direktoru  prof. 

Voin  Dmitriyeviç  (Yuqoslaviya);  Norveç  insan  hüquqları  institutunun  elmi 

əməkdaşı  doktor  Asbyorn  Eyde (Norveç);  prof.  Yaş Qxay (Keniya);  Honkonq 

universitetinin  ictimai  hüquq  professoru  ser  Y.K.  Pao,  Tafts  universitetinin 

Fletçr  adına  hüquq  və  diplomatiya  fakültəsinin  beynəlxalq  hüquq  professoru 

Hcrst  Hennem  (ABŞ);  Demokratiya  və seçkiyə yardım  Beynəlxalq institutunun

38

direktoru  Piter Harris (CAR); Rur universitetinin (Boxum) humanitar hüquq  və 



sülhü  himayənin  hüqııq  baxışları  fakültəsinin  dekanı  doktor  Hans-Hayntse 

(Almaniya);  Yerusəlim  universiteti  Avropa  institutunun  kolleqiya  sədri 

beynəlxalq  hüquq  professoru  Ruf Lapidot  (israil);  London  universiteti  Kinqs- 

kollecin beynəlxalq hüquq kafedrasının professoru  Reyn  Müllerson  (Estoniya); 

"Azlıqlar və  vətəndaşlar"  (Azlıqların  hüquqları  üzrə qrup)  fondunun  direktoru 

Şarlotta  Puflerova  (Slovakiya);  Texas  universitetinin  beynəlxalq  hüquq 

professoru  Stiven  Ratner  (ABŞ);  Nolrdam  universitetinin  dövlət  idarəetmə 

kafedrasının  dosenti  doktor  Endryu  Reynolds  (Böyük  Britaniya);  Kataloniya  ' 

vilayəti  Katalon  sosial  linqvistika  institutunun  direktoru  Migel  Strubell 

(İspaniya  və  Böyük  Britaniya);  Abo  Akademik  universitetinin  mülki  hüquq 

professoru  Markku  Luksi  (Finlandiya);  Lüblen  universitetinin  beynəlxalq 

hüquq  professoru  Danilo  Tyürk  (Sloveniya);  Merdok  universitetinin  İnsan 

hüquqları  və  etnik  münaqişələrin  vaxtında  qarşısının  alınmasına  dair  Asiya  - 

Sakit  Okean  mərkəzinin  direktoru,  baş  hüquq  müəllimi  doktor  Fernan  de 

Varenn  (Kanada);  Polşa  Elmlər  Akademiyası  İnsan  Hüquqları  üzrə  Poznan 

mərkəzinin direktoru prof.  Roman Veruşevski  (Polşa)

Azlıqların  hüquqları  sahəsində  mövcud  normaların  insan  hüquqları 

dairəsinə  aid  olduğundan  ekspertlər  öz  işlərində  dövlətlərin  ayrı-seçkilikdən 

azad  insan  hüquqlarına  aid  olan  bütün  digər  öhdəliklərindən  çıxış  edirdilər. 

Onlar həmçinin  belə bir anlayışı əldə rəhbər tuturdular ki, son halda bütün insan 

hüquqları  bərabərlik  şəraitində hər  bir şəxsiyyətin  azad  və  tam  inkişafını  təmin 

elmək  iqtidarındadır.  Müvafiq  surətdə  belə  nəzərdə  tutulurdu  ki,  vətəndaş 

cəmiyyəti  açıq  və  dinamik  olmalı,  deməli,  bütün  insanları  özündə 

birləşdirməlidir.  Daha  sonra 

idarəetmənin  optimal  demokratik  praktikası 

bütün əhalinin maraq və ehtiyaclarına cavab vermək iqtidarında olduğuna görə, 

dövlət  qərarlarının  təsirinə  məruz  qalan  insanların  həmin  qərarların  qəbul 

edilməsində  iştirakı  üçün  hər  bir  ölkə  hökumətlərinin 

maksimal  imkanlar 

yaratmaq səyləri çıxış mühakimələri  kimi  qəbul edildi.

Daha  əvvəl,  Haaqa  və  Osloda  qəbul  edilən  tövsiyələr 

kimi.  Lund 

tövsiyyələrinin  də  dövlətlər  tərəfindən  milli azlıqlarla  bağlı gərginliyi zəiflədən 

və  bununla  da  münaqişələrin  vaxtında  qarşısının  alınmasına  imkan  yaradan 

konkret  tədbirlərin  görülməsini  stimullaşdırmaq  və  asanlaşdırmaq  vəzifəsi 

MAAK-ın  başlıca  məqsədidir.  Milli  azlıqların  ictimai  həyatda  səmərəli 

iştirakına  dair  Lund  tövsiyələri,  azlıqların  hüquqları  sahəsində  və  MAAK 

tərəfindən  baxılan  şəraitlə əlaqəsi  olan  digər sahələrdə  hamı  tərəfindən  tanınan 

normaların  məzmununu  nisbətən  sadə  dildə aydınlaşdırmaq  və dəqiqləşdirmək 

təşəbbüsüdür.  Tövsiyələrdə  bu  normaların  açıq,  demokratik  dövlətlərdə 

həmahəng  tətbiqini  xüsusi 

nəzərdə  tutan  izahı  verilmişdir.  İyirmi  dörd 

tövsiyədən  ibarət  bu  dəst  uyğun  surətdə  ümumi  prinsiplərə,  qərarların  qəbul 

edilməsinə,  ictimai  həyatda  iştirakeıməniıı  səmərəli  formalarının  təminatına yol 

vcıən  özünüidarəyə  və  tədbirlərə  həsr  edilmiş  dörd  yaıımfəsili  əhatə  edir. 

Konseptual  baxımdan  Lund  tövsiyələri  iki  əsas  xətt  üzrə  qurulmuşdur: 

bütünlükdə dövlətin  idarəedilməsində işlirakelmə və yerli,  daxili  xarakterli  bəzi 

məsələlərdə  özünüidarə.  Bu  planda  ən  müxtəlif  sxemlər  mümkündür  və  artıq 

məlumdur.  Bəzi  tövsiyələrlə  bağlı  alternativ  variantlar  göstərilir.  Bütün 

tövsiyələr  I  hissədə  ifadə  edilən  ümumi  prinsiplərə  uyğun  surətdə  şərh 

edilməlidir.  Tövsiyələrin  hər  biri  üzrə  daha  ətraflı  izah  isə  konkret  şəkildə

39



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə